Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:31 - 24.05.2019  
İkinci təyinat partiyası – gənclər irəli çıxdı, kabinet gəncləşdi
Tarix: 24-04-2018, 08:47 | Bölmə: Xəbərlər » Ölkə içi

Nazirlər Kabinetində yeni simalar: İnam Kərimov, Sahil Babayev, Rövşən Rzayev, Muxtar Babayev, Ceyhun Bayramov, Fuad Muradov, Fuad Nağıyev, Qoşqar Təhməzli, Səfər Mehdiyev, Vüsal Hüseynov…

İkinci təyinat partiyası – gənclər irəli çıxdı, kabinet gəncləşdiXəbər verildiyi kimi, prezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən 16 şəxs Nazirlər Kabinetinin üzvləri təyin edilb.

Keçən dəfəki təyinatlarda olduğu kimi, bu dəfə də yeniliklər var. Ümumiyyətlə, 2003-cü ildən bəri ilk dəfədir ki, Nazirlər Kabinetinin tərkibi bu miqyasda dəyişikliyə uğrayır.

Ekologiya və təbii sərvətlər naziri postunda Hüseyn Bağırovu Muxtar Babayevin əvəz etməsi bir xeyli sensasionaldır. Çünki H.Bağırov işinə son dərəcə məsuliyyətlə yanaşan nazirlərdən biri idi və adının ətrafında hansısa bir qaralayıcı qalmaqal yox idi. Yeni nazir isə hələlik nəinki geniş ictimaiyyətə, hətta media dairələrinə belə tanış sima deyil.

Gənclər və idman naziri Azad Rəhimovun öz postunda qalması da bir baxımdan sensasiyalıdır. Ona görə ki, onun Hacıbala Abutalıbovun baş nazirin müavini təyin olunmasından sonra boşalan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin olunacağı barədə geniş yayılmış söz-söhbət vardı. İndi o söz-söhbətə son qoyuldu, eləcə də BŞİH rəhbəri vəzifəsinə namizədlərin sırası seyrəldi. 

Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsində saxlanılması gözlənilməz deyil və elə bir gözlənti də yox idi. Sadəcə, onun rəhbərlik etdiyi nazirliyin iki yerə parçalanması – turizm sektorunun ayrılması Qarayevin işini yüngülləşdirib, həm də nüfuz dairəsini bir az daraldıb.

Müdafiə sənayesi naziri Yavər Camalovun öz vəzifəsində qalması gözlənilirdi. Ancaq onu vəzifəsindən götürsəydilər də, bu heç kəsə heyrətamiz görünməyəcəkdi. Eyni fikri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov haqqında da demək olar.

Ancaq səhiyyə naziri Oqtay Şirəliyevi vaxtından əvvəl təqaüdə göndərənlər yanıldılar. Oqtay həkim yeni kabinetdə də yer aldı.

Bu dəfə ən şansı gətirən şəxslərdən biri də Ceyhun Bayramovdur. Təhsil naziri postuna namizəd olaraq xeyli adamın adı çəkilsə də, sonda məhz ona etimad göstərildi.

Öz rəhbərini əvəz edənlərin sırasında Səfər Mehdiyev də var. O, bu günə qədər Gömrük Komitəsinin sədr müaviniydi, indi isə DGK sədridir, Aydın Əliyevə isə hansısa səbəbdən etimad göstərilməyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin Hicran Hüseynovadan başqası olacağı gözlənilmirdi, elə də oldu.

Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən götürüləcəyi barədə yayğın söhbətlər vardı, amma bu vəzifəyə gənc deputat Fuad Muradovun təyin edilməsi "sensasional təyinat” qrafasındadır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı daha populyar nazirliyə rəhbər təyin ediləcəyi məsələsi ara-sıra müzakirə olunsa da, postunu itirəcəyi ehtimal olunmurdu. O da öz postunda qaldı.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov da yeni kadrlardan olduğu üçün yerində qalması tam təbii hesab edilir. Ancaq yeni yaranan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, eləcə də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ictimaiyyət üçün yeni simalardır. Onlar da gənc kadrlar siyahısındadırlar.

Qeyd edək ki, prezidentin ötən həftənin şənbə günü imzaladığı sərəncamla daha üç gənc kadr nazir vəzifələrinə təyin edilib. Bunlar kənd təsərrüfatı nazir təyin olunmuş İnam Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başına gətirlmiş Sahil Babayev, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dözvlət Komitəsinin sədri postuna təyinat almış Rövşən Rzayevdir. 

Beləliklə, bir neçə gün öncəyə qədər yarızarafat-yarlgerçək "qocalar klubu" adlandırılan Nazirlər Kabinetinin üzvləri arasında artıq 10-a yaxın gənc nazir və komitə sədri var.

Musavat.com

Xəbər 4353 dəfə oxunub






Oxşar xəbərlər

Poltavada Albert-Gülağa müəmması... -İDDİA
Xədicə İsmayıl Ramil Səfərovu təhqir etdi - Cavab
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb
Prezident sərəncam imzaladı
Rüfət Quliyevi kim və niyə danışdırır? – Siyasilərin fikri
Müğənni AzTV-nin studiyasına “Jeep” ilə girdi
Qafqaz zubrları Azərbaycan təbiətinə buraxıldı
Zaminlikdən imtina etməyin yolları
Bu maşınların istifadəsi qadağan ediləcək
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda!
Erməni bacı-qardaş Azərbaycandakı yarışda
Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?
Ermənilərə satılan iki xainin miskin hekayəsi - Şok faktlar
Ərdoğan Trampla bu tarixdə görüşəcək
Ermənistan çıxılmaz siyasi panikaya girdi
"Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər"
Fəzail Ağamalı: “Qraçov Elçibəyə zəng vurub dedi ki...”
"Laçın" Ticarət Mərkəzinin sahibinin oğlu həbs edildi
“Bizə Qarabağı azad etmək üçün çox uzun vaxt verməyəcəklər” – Polkovnik
Mübariz İbrahimovdan yazan psixoloq: “Mən sülh istəyirəm”
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
ƏHƏD ABIYEVƏ MÜRACİƏT! "DAŞKƏSƏNİN ADI DƏYİŞDİRİLSİN!"
Abşeron İHB-nin "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.23716] initstartout [0.00019] initstartin [0.00081] calstart [0.01109] calend [0.00065] topnewsend [0.00529] rsssend [0.00000] ehgend [0.01939] tagsstart [0.00077] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19892]