Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:22 - 22.09.2019  
Azərbaycanda şəhərsalmaya nəzarət güclənir
Tarix: 24-11-2014, 20:03 | Bölmə: Xəbərlər » Ölkə içi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Azərbaycanda şəhərsalmaya nəzarət güclənir
Şəhərsalma və Arxitektura Komitəsi bu fərmanda nəzərdə tutulmuş Qaydalara uyğun olaraq həyata keçirilən dövlət şəhərsalma nəzarətinin nəticələri barədə hər ilin yekunlarına görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Bu Qaydaların tələbləri şəhərsalma fəaliyyətini həyata keçirən dövlət orqanları, bələdiyyələr və digər hüquqi və fiziki şəxslər üçün məcburidir.

Dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinin (ümumi planlar, baş planlar, müfəssəl planlar) tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması, ərazi planlaşdırılması sənədlərinin keyfiyyətinin yüksəldilməsi, şəhərsalmanın nizamlı inkişafı, torpaqlardan səmərəli istifadə, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir.

Şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən riayət edilməsinə nəzarət Komitə tərəfindən kameral və səyyar qaydada aparılır.

Kameral qaydada nəzarət yerli icra hakimiyyəti orqanlarının Tikintilərin Dövlət reyestrinə təqdim etdikləri məlumatları araşdırma yolu ilə həyata keçirilir. Kameral qaydada nəzarət zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması halları aşkarlanarsa, həmin pozuntuların tammüəyyənləşdirilməsi və araşdırılması üçün yerli icra hakimiyyəti orqanından əlavə sənədlər tələb edilir, yaxud Komitənin əməkdaşları yerli icra hakimiyyəti orqanlarına ezam olunurlar.

Səyyar qaydada nəzarət tərtib edilmiş plan üzrə (3 ildə bir dəfədən az olmayaraq), yaxud daxil olmuş ərizə və şikayətlər, həmçinin digər məlumatlar əsasında növbədənkənar qaydada yerli icra hakimiyyəti orqanlarında araşdırma aparmaq və müvafiq ərazilərə baxış keçirmək yolu ilə həyata keçirilir.

Komitə yerli icra hakimiyyəti orqanlarının şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirərkən aşağıdakıları araşdırır:

- şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti orqanları tərəfindən əməl olunması;
- müvafiq ərazini əhatə edən müfəssəl planın olub-olmaması, belə plan olmadıqda və ya onun müddəti bitdikdə müfəssəl planın hazırlanması üçün müəyyən edilmiş tədbirlərin görülməsi;
- tikinti layihələrinə münasibət bildirilərkən onların ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın tələblərinə uyğunluğunun təmin olunması;
- tikintiyə icazə verilməsi icraatı zamanı və məlumatlandırma icraatı qaydasında tikinti layihələrinə münasibət bildirilərkən Məcəllənin 75-78-ci və 80-84-cü maddələrinin tələblərinə riayət olunmasının təmin edilməsi;
- müvafiq ərazini əhatə edən müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydalarının tələblərinin təmin olunması;
- aşkar edilmiş özbaşına tikililərin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsi vəziyyəti.

Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir.

Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

Yerli icra hakimiyyəti orqanları şəhərsalma fəaliyyəti, habelə yerli səviyyədə dövlət şəhərsalma nəzarəti sahəsində il ərzində gördükləri işlər və onların nəticələri barədə növbəti il fevralın 1-dək Komitəyə hesabat təqdim etməlidir.

Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Komitənin səlahiyyətləri aşağıdakılardır:

- bu Qaydalarda nəzərdə tutulmuş nəzarət funksiyalarını həyata keçirmək üçün yerli icra hakimiyyəti orqanlarından şəhərsalma fəaliyyəti ilə bağlı sənədləri (o cümlədən ərazi planlaşdırılması sənədlərini, tikintiyə icazə və məlumatlandırma icraatı ilə bağlı sənədləri) tələb etmək, habelə bu məqsədlə dövlət və bələdiyyə orqanlarına, o cümlədən hüquqi və fiziki şəxslərə sorğular vermək;
- səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmadığı, habelə bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən tələblərin təmin edilmədiyi aşkar olunduqda, yerli icra hakimiyyəti orqanlarına həmin tikinti layihələri üzrə tikintiyə icazənin verilməsindən imtina edilməsi barədə əsaslandırılmış göstəriş vermək;
- şəhərsalma fəaliyyəti ilə bağlı aşkar olunmuş pozuntular barəsində akt tərtib etmək və onların aradan qaldırılması mümkün olduğu hallarda yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə yerinə yetirilmə müddəti göstərilməklə icrası məcburi olan əsaslandırılmış "göstəriş” (1 nömrəli əlavə) vermək. İnzibati məsuliyyətə səbəb olan pozuntular barəsində protokol (2 nömrəli əlavə) tərtib etmək və müvafiq qərar qəbul etmək;
- yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişləri vaxtında icra etməyən və ya icrasını lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanlarına və aidiyyəti üzrə digər orqanlara məlumat vermək.

 

 

Demokratik.Az

Xəbər 2961 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.49536] initstartout [0.00024] initstartin [0.00112] calstart [0.04061] calend [0.00077] topnewsend [0.00639] rsssend [0.00000] ehgend [0.02473] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.42054]