Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:18 - 10.12.2018  
Alışanovun “Şamaxı əhvalatı”nın pərdəarxası
Tarix: 7-04-2018, 10:28 | Bölmə: Xəbərlər » Ölkə içi

Qulu Məhərrəmli: "Məhkəmədə üzə çıxanlar dövlətin, prezidentin ayırdığı maliyyənin necə xərcləndiyini göstərir”

Alışanovun “Şamaxı əhvalatı”nın pərdəarxası"Bu işdə 6 milyona yaxın puldan, əmlakdan söhbət gedir. Arif Alışanovda hardandı bu pullar? Necə qazanıb? Hansı yolla?” Bu suallar Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun "zərərçəkmiş” olduğu iş üzrə keçirilən prosesdə səslənib. Vəkillər AzTV sədri Arif Alışanovun adının zərərçəkən statusunda keçdiyi iş üzrə bu suallara aydınlıq gətirilməsini vəsatətlə tələb etmişdilər.

Lakin hakimlər vəsatəti baxılmamış saxlayıb "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun bunca sərvətinin mənbəyinin aydınlaşdırılmasını əngəlləmişdilər. 1 aydan çoxdur ki, məhkəmədə verilən bu suallar açıqdır. İctimayyətdə belə bir fikir formalaşıb ki, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərləri Arif Alışanov kimi böyük sərvət sahibdirlər. Hətta bəziləri media kapitanlarını da rəsmi milyonçular sırasına qatmağa tələsirlər.

Əslində vəziyyət necədir? Arif Alışanovun AzTV sədri olaraq gəlirləri onun milyonçular sırasına qatılmasına imkan verirmi?

Media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli deyir ki, əslində sualın cavabı ortalıqdadır: "Alışanovun pullarının mənbəyi haqda neçə illərdir mətbuatda yazılar dərc olunur. Müxtəlif maliyyə əməliyyatlarında, pulların nəğdləşdirilməsi  ilə bağlı məharəti haqda danışırlar. Tenderlərdəki qanunsuzluqlar, azad zonalara ötürülən pullarla  bağlı da adı hallanır. Şamaxı əhvalatı da ortaya çıxandan sonra bir daha sübut olunur ki, yazılanlar havayı deyil, pulun mənbəyi haradandır. Düzdür, Alışanov izahatlarında göstərir ki, qohum-əqrəba yığışıb pul qoyublar. Bir qohumu 3 milyon, o biri 2 milyon qoyub. Belədirsə, niyə məhz bu adam ortada fəallıq edib?”

Alışanovun “Şamaxı əhvalatı”nın pərdəarxası

Qulu Məhrrəmli deyir ki, baş verənlər bəzi adamların dövlət büdcəsinə divan tutmasının sübutudur: "Bu məhkəmə təkcə maddi məsələləri deyil, həm də mənəvi məsələləri də ortaya çıxarıb. Məsələn, orada qətl hadisəsi haqda söhbət açılır. Əslində bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Mətbuat da bu məsələnin araşdırılmasından kənar qalmamalıdır. Çox məyusedicidir ki, AzTV tarixində belə bir fiqur ortaya çıxıb. Bu məsələlər təkcə televiziyanın adını batırmır, həm də orada çalışan çox dəyərli insanların adına xələl gətirir”.

Ekspert deyir ki, məhkəmədə üzə çıxan çoxmilyonluq pul qovğası ilk növbədə korrupsiya faktları haqda fikirlər formalaşdırır: "AzTV-dən fərqli olaraq İctimai Televiziyada çalışanlar aybaay maaş, quruluş haqqı alırlar. Televiziyada texnika alınması, quruluş haqlarının ödənməsi, dizayn, dublyaj məsələlərində rəqəmləri dolaşdırmaq, pul əldə etmək mümkündür. Bütövlükdə bu sözləri İTV sədrinə aid etmək olmaz. AzTV-dən başqa digər televiziyalarda bu cür irimiqyaslı korrupsiya faktları yoxdur. AzTV-də isə var və mətbuat dəfələrlə bu haqda yazıb, bu gün də çox tutarlı faktlarla yazılmaqdadır. İTV və AzTV dövlət büdcəsindən maliyyələşdirilir. AzTv-nin ötən illərə qədər 50 milyon manat büdcəsi var idi. Sonra bu məbləği 31 milyon manata qədər endirdilər. Bu məbləğin özü də çox böyük maliyyədir. Bundan əlavə, prezidentin xüsusi göstərişi ilə texnika alınması üçün də əlavə maliyyə ayrılırdı. AzTv-nin maliyyəsi Gürcüstan və Ermənistanın bütün televiziyalarının maliyyəsindən çoxdur.

Amma bu qədər maliyyənin qabağında görülən iş göz qabağındadır. İri həcmli filmlər, tamaşalar, iri maliyyə tələb edən televiziya məhsulları da ortaya çıxmır. Ona görə də məhkəmədə torpaq alınması üçün xərclənən pulların mənbəyi təxminən görünür. Bu pulların haradan  formalaşması haqda fikirlər yaranır. Diqqətlə araşdırılsa, məlum olar ki, üzə çıxan çox cüzi bir maliyyədir. Başqa əməliyyatlar, başqa biznes işləri üçün də daha böyük maliyyə var. Məhkəmədə də səslənir ki, bu adamın başqa rayonlarda - Qubada, Xızıda, Zərdabda, Sabirabadda da biznesi var. Məhkəmədə üzə çıxanlar hamısı dövlətin, prezidentin ayırdığı maliyyənin necə xərcləndiyini göstərir. Prezident çıxışlarında ictimai nəzarətin gücləndirilməsinə dair tövsiyələr verir. Mətbuat ictimai nəzarətin ən təkmil, sınanmış formasıdır. Mətbuat bu məsələni müstəqil şəkildə araşdırıb ortaya qoymalıdır. Hansısa hakimin bu məsələni öz istədiyi kimi, subyektiv məsələlərlə əlaqəli araşdırması obyektiv nəticəni ortaya qoya bilməz. Hakim məhkəmədə deyir ki, bəlkə bu pullar atasından qalıb. Amma bu gülüncdür, ədalətsiz yanaşmadır. Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək”.

Ekspertin sözlərindən belə aydın olur ki, AzTV-də əmək haqqı problemi yaşanır. Büdcədən 31 milyon  manat vəsait ayrılan bir təşkilatda əmək haqqı probleminin yaşanmasının səbəbi nədir?

Qulu Məhərrəmli deyir ki, işçilərin az bir qisminə əmək haqqı verilir: "AzTV-də yüksək vəzifə tutanlar əmək haqı alır. Bu da az bir qismdir. Orada işləyənlərin 3/4-ü əmək haqqı almır. Veriliş çəkilir, təhvil verilir. Orada komissiya var. Verilişi qəbul etmir və işçilərə də əmək haqqı  yazılmır. Bu, çox dəhşətli sistemdir və bütövlükdə əmək hüquqlarının pozulmasıdır. Yüzlərlə belə işçilər var. AzTV-də çox acınacaqlı vəziyyətdir. Halbuki AzTV-yə büdcədən ayrılan 31 milyon manatdan əlavə də gəlirlər daxil olur. Sponsorluq, reklamdan gələn gəlirlərin hesabatı ictimiyyətdən gizlədilir. AzTV-də yayımlanan  reklamların pulu hara gedir? AzTV-nin rejissoru Nərgiz Cabbarlı Arif Alışanovu məhkəməyə vermişdi. Həmin məhkəmədə üzə çıxdı ki, işçilərə əmək haqqı yazılıb və bu haqda məlumatlar Sosial Müdafiə Fonduna göndərilib. İşçilərə həmin əmək haqqı verilməyib! Saxta hesabatlar yazılıb və əmək haqları verilməyib. Hesab edirəm ki, bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək Şamaxıda və Bakıda külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Munasib Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. /Y.M/

Xəbər 3536 dəfə oxunub






Oxşar xəbərlər

Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”
Qubada ərinin əmisi oğlu ilə qaçan qadın danışdı - Video
Ceyhun Bayramovun direktorsuz məktəbi: Sorağı məhkəmədən gəlir
"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev
Sabiq erməni prezidenti həbs olunacaq:– QƏRAR
Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ
POLİS GƏNC QADINI ÖLÜMDƏN XİLAS ETDİ
Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”
BNA əməkdaşına hücum edən şəxs müraciət yazdı
Putindən Avropaya jest: “Türk axını”…
"İlham Əliyev Nikol Paşinyanla söhbətləşdi - MÜSAHİBƏ
Bürclər – 8 dekabr
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Kreml çeçen və inquşları barışdırır
Fransada yaşayan azərbaycanlılara xəbərdarlıq – “Sabah evdən çıxmayın”
Abşeronda evə silahlı basqın edildi
NAZİRLİK DEPUTATI TƏXRİBATDA İTTİHAM ETDİ – “Nə varsa onu açıqlayıb deyirəm…”
Səddam Hüseyni sevdirən səbəblər...
"Azərbaycan büdcəsindən barıt qoxusu gəlmir" - Fərəc Quliyev
Baş nazir qəbirlərlə bağlı standartı təsdiqlədi
RƏSMİ: Belə hallarda DTX-ya müraciət edin
“Broker Əbülfəz”-ə DGK-da vəzifə verilməyib" /Açıqlama
Orduxan Teymurxan haqqında cinayət işi açıldı
Oqtay Əsədov Volodinə məktub yazıb
Ziya Məmmədovun xalaoğulları Ucarı niyə viran qoyub?
Azərbaycanın FIFA referisi karyerasını başa vurur
Gülnarəyə görə 14 milyard dollar!
Gəncə “İmamzadə”si qeydiyyata alındı, maşınla təmin olundu
Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?
Lift idarəsinin müdiri dediyini dandı: "Qiymət artırılmayacaq"
İran mediası Azərbaycanı nədən tənqid edir?
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Putin və Medvedevin maskası ilə 2 türk soyuldu
Həbib karyerasını bitirməsindən danışdı
Zaur Kamala yüksək vəzifə verildi
Qazaxıstan prezidenti öz qızına mükafat verdi
“Bu şəhərdə”dən sərt cavab: Coşquna nə olub? – Video
Paşinyandan KTMT-yə qəribə müraciət: Bakını dayandırın!
Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə
26 yaşlı gənc özünü asıb - Sumqayıtda
Eldar Namazov: “Aprel döyüşlərindən sonra dünyada rəy dəyişib”
Lukaşenki Putinlə mübahisə etdi, axırda üzr istədi - Video
Bu xanıma vəzifə verildi (FOTO)
ABŞ-ın neft nəhəngləri Azərbaycanı niyə tərk edir?
Keçmiş “KQB” agenti: “Naxçıvanda idim, yeganə çıxış yolu...”
Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi
46 nəfər güzəştli mənzillərdən İMTİNA ETDİ
Lukaşenko Ermənistanın son ümidlərini də puç etdi
Şəkidə gəlin baldızları tərəfindən döyülüb
Prezident İlham Əliyev Rusiyaya işgüzar SƏFƏRDƏ
Azərbaycanlı “Kamçatka gözəli” seçildi – FOTO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16779] initstartout [0.00016] initstartin [0.00088] calstart [0.01109] calend [0.00067] topnewsend [0.00427] rsssend [0.00000] ehgend [0.04288] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10709]