"Milli Şuranın bugünkü mitinqində 1200 nəfər iştirak edib"

  • 31 mart 2018, 18:32

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

BŞBPİ-dən verilən açıqlamada bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Demokratik.Az

Oxşar xəbərlər