Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:01 - 20.05.2019  
GDU-nun şarlatanı "Demokratik.Az"-ı təhdidə başladı - ŞANTAJEDİCİ MESAJLAR
Tarix: 22-03-2018, 14:42 | Bölmə: Xəbərlər » Ölkə içi

GDU-nun şarlatanı "Demokratik.Az"-ı təhdidə başladı - ŞANTAJEDİCİ MESAJLAR

Ötən gün saytımızda dərc edilən tənqidi yazının yaman gur "səsi" çıxıb. 

"Elmar Vəliyevə GDU-dan açılan "atəş" yaxud bir kafedra müdirinə 10 SUALbaşlıqlı həmin məqalənin tirajlanması çoxsaylı oxucu tərəfindən xoş qarşılansa da, əməllərinin işfa olunduğunu həzm etməyən nadürüst bir "ziyalı" şarlatan ətrafındakı özünəoxşar çuşqalarla saytımıza qarşı hücum çəkib. Hücum taktikası isə olduqca maraqlıdır. 

Hazırda Gəncə Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışan Elçin Cavadov həmin məqaləyə görə sayt rəhbərini telefon mesajları ilə təhdidə başlayıb. O, Osman Nərimanoğluna ağzına gələni yazır...

"Demokratik.Az" olaraq hesab edirik ki, qarşı tərəfin hansısa iddialara etiraz edəcəyi gözlənilən idi. Amma əndazəni xeyli aşan, neçə illərdir çalışdığı universitet rektoruna və digər şəxslərə qarşı kompro materiallar yazaraq saxta e-maillərlə saytlara göndərdiyi ehtimal edilən Cavadov bizə atdığı şantajedici mesajlarını mötəbər bir qurumun - DTX-nın adını çəkərək göndərir. Bizə görə gözlənilməz və yolverilməz olan hərəkət də hələlik budur. Axı kimsəyə hər hansı güc orqanının adından danışmağa, kimisə DTX adından təhdid etməyə icazəsi yoxdur. Hələ bunu edən bir rüşvətxor, yaramaz, nankor Elçin Cavadovdursa o bunu heç edə bilməz. Ona hər gün yandaşlıq edib fitə basanların kim olmalarından asılı olmayaraq...

Təbii ki, qarşı tərəfin öz mövqeyini sərgiləmək haqqı vardı, amma belə mesajlı şantajlarla yox...

Beləliklə, Elçin Cavadovun (050-669-20-51 mobil nömrəsindən 051-547-25-22 nömrəsinə) mesajlarında güya bizə maşınında rüşvət verdiyi yazılır və başqa hansısa özfəaliyyətini qabardaraq lap tərbiyyəsizliyə yol verir. Güya əlində hansısa gizli yolla əldə etdiyi səs və videoyazı olduğunu bildirən kafedra müdiri jurnalistə açıq şantaj mesajları verir. Şantaj isə heç olmasa bir az həqiqətə dayanıqlı olanda təsirli olar. Daha yalanlar dolu mesajlarla bizi qorxutmağa cəhd etmək nəyə və kimə xidmət edir ki..?

Bizim gizlində və şəxsən Elçin Cavadovun yanında heç bir qorxacaq əməlimiz yoxdur. Biz fəaliyyətimizlə cəmiyyətə yetərincə açığıq. Məhz bu səbəbdən Elçin Cavadovun böhtan və yalan dolu mesajlarını olduğu kimi ictimailəşdirəcəyik və yazdıqlarına yerindəcə aydınlıq gətirəcəyik.

Elçin Cavadov şantaja cəhdinin ilk mesajında yazır: "Salam demokratik paz.Məni məşhurlaşdırdığın üçün təşəkkür. Bilməzdim ki, məni bu qədər çox istəyirsən. Lakin yazdığın cızmaqaraları oxuduqdan sonra sənə yazmaq məcburiyyətində oldum.Mənə ünvanladığın yaltaq, katalizator, donosbaz, yalançı, dezinformator, buqələmun, nankor, şərxata, xətalı məlumat siçanı kimi sözlər düz sənin əyninədir. Bunu bütün mətbuat aləmi bilir. 22 mart- 2018-13:43:31".

Bu mesaja aydınlıq gətirək, cavab verək. Əvvəla, Elçin Cavadov ortaya atdığımız lazımi sözləri öz şəxsinə cəmləşdirərək öz portretini özü cızıb. Amma onu ifşa etdiyimiz yazını oxuyarkən nədənsə dərk etməyib ki, bizim fəaliyyətimizdə yaltaqlığa, yalançılığa, nankorluğa, şərxatalığa və sair əməllərə zərrə qədər yol verilməyib. Və həqiqətən də ölkə mediasında bunu çoxları bilir. Əksinə, məlum yazıda da qeyd etdiyimiz kimi, əgər o hazırda kafedra müdiridirsə, buna yaltaqlığı ilə nail olub. Bu xislətini dəqiqləşdirmək istəsə, dekanı Muğan Quliyevdən bu barədə soruşsa kifayətdir. Əgər bizim iddiaları kişi kimi qəbul edirsə, boynuna alırsa, öz çörək yediyi universitetdən saytlara məlumatlar ötürməsi əməlləri onu katalizatora, danosbaza, nankora, buqələmuna, xətalı məlumat siçanına bənzətmirmi? 

Növbəti mesajda yazılır: "İndi sənə keçən il mənim avtomobilimdə GDU-nun 4-cü korpusuna gedərkən sənin rüşvət almaq barədə səs yazını göndərmək istəyirəm. Bilirsən ki, kimdən nə qədər. Lakin göndərmirəm. Bu səs yazısı DTX-ya göndəriləcək. Onlar elə sənin kimi reket jurnalist axtarırlar. 22-mart-2018 13:50".

İkinci səviyyəsiz və təhdidedici mesaj lap şantaj janrındadır. Bu şərxata nə yazdığının fərqindədirmi? Güya əlində Osman Nərimanoğlunun rüşvət aldığının səsyazısı var. Bu nə əqidəsizlik, nə biabırçılıqdır! Belə bir səsyazısı vardısa, bunu indiyədək kompromat kimi saxlanc etmək Elçin Cavadovun nəyinə lazım idi ki? Bizim onun maşınında və GDU-nun 4-cü korpusunda nə işimiz olub axı? Cavadov taksi fəaliyyəti kimi bizi ora niyə aparıb? Gəlin açıqlayaq. Xatırladaq ki, Cavadovun yazdığı kimi keçən il deyil, 2016-cı ilin mayında GDU-da qalmaqallı dekanlıq seçkiləri baş tutub. Bu barədə internet səhifələrində xeyli xəbər var. Həmin ərəfədə saytımıza sızan məlumatlar əsasında "Gəncə Dövlət Universitetində "Dekanlıq"davası - yenilənib başlıqlı bir yazı ilə də biz çıxış etmişdik. Gəncədə olduğumuzdan Universitetdən məlumatın dəqiqləşdirlməsi üçün dəvət almışıq və bu işdə əvvəllər tanımadığımız Elçin Cavadov maşın fəaliyyəti kimi iştirak edib. Sonralar bizə məlum olub ki, Muğan Quliyevin dekan seçilməsində bu adamın sabiq dekan barədə sayta ötürdüyü qaralamalardan istifadə olunub. Onun maşınında universitetin 4-cü korpusuna getməyimizin səbəbi isə bir tələbənin şikayətini araşdırmaq olub. Xoşbəxtlikdən rüşvət də almamışıq və Elçinin həmin yazının saytdan silinməsi xahişini yerinə yetirməmişik. Bu iftiraları şərbaz özünə saxlasa yaxşıdır. Yadına salsın ki, o zaman müdafiə elədiyi həmən dekan sayəsində bugün kafedra müdiridir. Və əgər əlində rüşvət almağımız barədə səsyazısı varsa, onu sübut etməzsə şərəfsizdir, ləyaqətsizdir.

Sonuncu mesajı isə belədir: "Məqaləndə məni Xəqaniyə və Elmar müəllimə böhtan atmaqda suçlayırsan. Elmar Vəliyev böyük şəxsiyyətdir. Mən kim, o kim? Sən isə onun heç ayağının tozu ola bilməzsən. Amma saytındakı cızmaqaralar onun əleyhinə yazılanlarla doludur. 22-mart-2018 14:00".

Sonuncu təhdid mesajı isə bu yarıtmaz kafedra müdirinin qeyri-məntiqi düşüncəsini ortaya qoyur və deyəsən əməlini də etiraf edir. Elçin Cavadov mesajında sizcə niyə bizə yazır ki, "məni Xəqaniyə və Elmar müəllimə böhtan atmaqda suçlayırsan". Necə bəyəm, Elçin Cavadov hesab edir ki, onların barəsində yazdıqları tam həqiqətdir? Özünü yaltaq saymayan adamın son mesajında yaltaqlıq da var. Bəli, Elmar Vəliyev şəxsiyyətdir. O qədər böyük  şəxsiyyət ki, Elçin Cavadov kimi zatlar siçan kimi saxta e-maillərdə gizlənməklə ona qarşı ağzına gələni yazır. Biz isə öz adımızdan mərd-mərdanə yazırıq və yazılarımıza dözümlülük nümayiş etdirdiyi üçün Elmar Vəliyevin mərd, əqidəli və cəsur olduğunun fərqindəyik. Elə bu səbəbdən Elmar Vəliyevlə namərdcə savaşanları ifşa etməyi qarşımıza məqsəd qoymuşuq. Mərdə sözü olan mərd kimi söz desin gərək, Elçinlər kimi namərdcəsinə yox.

Elçin Cavadovun təbirincə desək, GDU-da gizlənib ara qarışdıranlar heç mübaliğəsiz cənab Elmar Vəliyevin ayaq tozu olmağa belə layiq deyillər. Elçin Cavadovun timsalında, belələrini durmadan ifşa edəcəyik. Bu adamın əməlləri isə araşdırılmalı və barəsində təcili tədbir görülməlidir. Axı GDU rektoru bu adamın nəyindən qorxur, yoxsa Yusif Yusifov da real şantaja uğrayıb? Bəlkə, Elçin Cavadov elə rektorun özünün şər maşasıdır?! Bu nüansları da araşdıracağıq.

Sonda, kafedra müdirinin davranışları özü haqqında yazılan bütün iddiaları qəbul etdiyinə dəlalət edir. Axı soğan yeməyənin içi belə göynəməzdi?! Bizə yazılan mesajlar isə bataqlıqda boğulan bir meymunun saman çöpündən sallaşmasına bənzəyir...

Amma, beləcə çabaladıqca batacaq buqələmun!

Osman Nərimanoğlu

"Demokratik.Az"


Xəbər 4356 dəfə oxunub






Oxşar xəbərlər

Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16733] initstartout [0.00015] initstartin [0.00068] calstart [0.00802] calend [0.00045] topnewsend [0.00316] rsssend [0.00000] ehgend [0.00561] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14872]