Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:45 - 16.08.2018  
Uşaqlar niyə tualetdə çimir-İnternatda dəhşətli hadisə
Tarix: 21-11-2014, 21:39 | Bölmə: Xəbərlər » Ölkə içi

Uşaqlar niyə tualetdə çimir-İnternatda dəhşətli hadisəSabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbində azyaşlının yanması xəbəri ötən həftə ölkə mətbuatının gündəmini zəbt etmişdi. 


Doğrudur, internat məktəbinin direktoru Gülnarə Abdullayeva uşağın ciddi yanıq xəsarəti almadığını, buna görə də narahatlığa səbəb olmadığını söylədi. Hətta Təhsil Nazirliyi mətbuatı uşağın yanması hadisəsini şişirtməkdə günahlandırdı.

Bundan sonra nazirlik internat məktəbində uşaqlara göstərilən qayğıdan, rəhbərliyin ana nəvazişindən, gündə 5 dəfə yeməkdən, isti otaqlardan, keyfiyyətli tədrisdən, qısası, hər cür ideal şəraitdən ağızdolusu danışdı.

Amma hüquq müdafiəçiləri Nigar Hüseynqızı və Teymur Rzanın virtualaz.org saytının redaksiyasına həmin internat məktəbi ilə bağlı təqdim etdiyi şok effektli videoçarx bu deyilənləri yumşaq desək, təkzib edir.

Həmin görüntülər sözügedən internatda nazirliyin "bəy tərifi” vurduğu ideal şəraitdən əsər-əlamətin olmadığını bir daha təsdiqləyir. Belə ki, videodan da göründüyü kimi, uşaqlar soyuq tualetdə (hamamda, vanna otağında yox!), özü də şlanqla çimirlər. Üstəlik, uşaqları internat məktəbinin tərbiyəçiləri deyil, öz həmyaşıdları çimizdirir.
Uşaqlar niyə tualetdə çimir-İnternatda dəhşətli hadisəHüquq müdafiəçisi Nigar Hüseynqızı virtualaz.org saytına bildirib ki, uşaqların qışın soyuğunda soyuq tualet otağında, özü də şlanqla çimizdirilməsi ilə bağlı fakt daxil olan kimi təhsil naziri Mikayıl Cabbarova müraciət ediblər. Lakin bu müraciət də internatdakı nöqsanlarla bağlı edilən digər şikayətlər kimi arxivə göndərilib. Çünki Təhsil Nazirliyinin bu internat məktəbinə nəzarət edən əməkdaşı uşaqların deyil, məktəb direktorlarının mənafeyini qorumaqla məşğuldur.

"İnternat məktəbindəki uşaqlardan bizə videosüjet daxil oldu. Görüntülərdə iki məktəblinin bir-birini çimizdirməsi əks olunur. Maraqlıdır ki, uşaqlar hamamda deyil, soyuq tualet otağında, üstəlik də soyuq su ilə çimirlər. İnternat məktəbində hamam olduğu halda nəyə görə uşaqlar tualet otağında, özü də soyuq su ilə çimir? Nəyə görə tərbiyəçilər olduğu halda uşaqlar bir-birilərini çimizdirir?

Təəssüf ki, bu sualların cavabını tapa bilmirik. Çünki digər internat məktəbləri kimi bu internat da qapalıdır, mətbuat nümayəndələri, hüquq müdafiəçiləri ora buraxılmır. Uşaqların soyuq otaqda, soyuq su ilə yuyunması nəticəsində onların tez-tez xəstələnməsi ilə bağlı məlumatlar alırıq. Ötən ay burda 30-a yaxın uşaq qızılcaya yoluxmuşdu. Lakin internatda baş verənlər çox gizli saxlanılır” - deyə N.Hüseynqızı bildirir.

Hüquq müdafiəçisi bu internat evində azyaşlının digər azyaşlını yandırması faktını da xatırladır: "Ötən ayın sonunda müəllim nəzarətsizliyindən bir uşaq digərini yandırmışdı. Məlumat daxil olan kimi mən, Teymur Rza və Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin profilaktik iş üzrə müfəttişi Rafiq İsmayılov internata getdik. Biz orada olarkən Təhsil Nazirliyinin deinstitutlaşma və uşaqların müdafiəsi idarəsinin internatlar üzrə əməkdaşı Həbib Kərimov da internatda idi. Direktor Gülnarə Abdullayeva belə bir hadisənin baş vermədiyini dedi. Həbib Kərimov da internatda heç nə baş vermədiyini təsdiqlədi. Ümumiyyətlə, bizə daxil olan məlumata görə, internatda baş verənlərlə bağlı şikayətlərin ünvanına çatmamasında Həbib Kərimovun rolu böyükdür. Həbib müəllim hətta bizim internata getməyimizə əsəbiləşdi, "kim sizə icazə verib ki, internatda baş verənləri araşdırmağa çalışırsınız” dedi.

Bu internatda xüsusi qayğıya ehtiyacı olan uşaqlar qalırlar. İnternat evləri dövlətin nəzarətdədir, onlara hər il milyonlarla manat pul ayrılır. Bundan əlavə, internatlara, uşaq evlərinə yardımlar aparılır. Niyə görə 200-dən çox xəstə uşağın yaşadığı internatda hamam işləmir? Bu hamam yoxlamaya gələn qurumlara göstərmək, bəzək üçün tikilib?”

Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların bir-birini çimizdirməsi yanlış cinsi tərbiyəyə səbəb ola bilər: "Nəzərə almırlar ki, bu uşaqların xüsusi qayğıya ehtiyacı var, onlara daha çox nəzarət edilməlidir. Amma belə hadisələrlə azyaşlıların homoseksuallığa marağı arta bilər. Ötən illərdə Mərdəkandakı internat məktəbində idman müəlliminin oğlanlara qarşı seksual xarakterli ədəbsiz hərəkətlər etməsi faktı aşkarlandı, müəllim cəzasını aldı. 16-18 yaşlı uşaq həmcinsini çimizdirirsə, heç kim burda da eyni hadisənin olmayacağına zəmanət verə bilməz”.

Nigar Hüseynqızı onu da qeyd etdi ki, internat evində baş verənlərə məktəbin əvvəlki direktoru, hazırda direktor müavini işləyən Mirvari Orucova nəzarət edir: "Mirvari Orucova ailəsi ilə birgə Ermənistandan siyası sığınacaq almış azərbaycanlı Cavid Orucovun anasıdır. Hazırda Ermənistanda yaşayan Cavid Orucov öz hərəkətləri ilə bütün dünyada Azərbaycanın imicinə zərbə vurmağa çalışır, Mirvari Orucova isə qaçqın və məcburi köçkün müəllimlərə qarşı təzyiqlər edir, oğlunun Ermənistana getməsinə haqq qazandırır.  

Görəsən, öz oğlunun Ermənistanda siyasi sığınacaq almasına haqq qazandıran 68 yaşlı müəlliməyə başqalarının uşaqlarını niyə etibar edirlər? Təhsil Nazirliyi təlim-tərbiyə işləri üzrə mütəxəssis təyin edərkən dövlət maraqlarını nəzərə alırmı?”

Cavabsız suallar artdıqca isə...

P.S. Yazı çapa hazırlanarkən Teymur Rza bu internatda baş verənlərlə bağlı yeni məlumat verdi.
Uşaqlar niyə tualetdə çimir-İnternatda dəhşətli hadisəHüquq müdafiəçisi bildirdi ki, bu gün internatın həmkarlar təşkilatının iclası keçirilib. İclasda internatla bağlı məlumatları mətbuata ötürən pedaqoq Mülkicahan Əliyeva və Təhsil Nazirliyinə şikayət edən daha iki müəllimin işdən çıxarılması məsələsinə baxılıb. Hər üç müəllim internatdakı dözülməz şəraitlə bağlı məlumatları ictimailəşdirdikləri üçün işdən azad olunub.
 
Demokratik.Az
 
Xəbər 1665 dəfə oxunub






Oxşar xəbərlər

Robert Köçəryan məhkəmədə "Surətin qiyamı"ndan danışıb
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olundu
“Xəzər” maşınları nə vaxt ixrac ediləcək?
Hafiz Hacıyev bəzi xəbər saytlarını porno saytlara bənzətdi
MKİ-nin ən iri iflası: 30 Amerika agenti edam edildi
Məşhur azərbaycanlı çoban universitetə qəbul oldu
TAP-dan yeni xəbər var
DİN-in Qərb regional mətbuat xidməti niyə "basməmmədi" işləyir? - Laqeyidlik
"Karabakh-tv.org" - XOŞ GƏLDİN!
ABŞ-ın "Texas A&M" Universitetinin əməkdaşları ADAU-ya gəldi - foto
Deputat benzinin bahalaşması ehtimalından danışdı
Hüseyn Abdullayevin vəkili istintaqdan danışdı
DİM Kamran Əsədovu məhkəməyə verəcək
Prezident 3 polkovnikə GENERAL rütbəsi verdi
Nazirlik təqaüdçüləri sevindirdi: Pensiyalar verildi
Kəlbəcərin icra başçısı prezidenti aldadıb?! - NATAMAM DOSYE
Bakıda "ayıq sürücü" itkin düşüb- FOTO
Bakıda avtobus dayanacağının ətrafı zəbt edilib (FOTO)
Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ
Eldar Namazov Xəzər anlaşmasını şərh etdi
Paşinyanın 100 gününə sürpriz - çörək bahalaşdı
Məcburi köçkün məktəbləri və təhsilalma ayrı- seçkiliyi - EKSPERT SƏRT DANIŞDI - VİDEO
Bürcünüz– 16 avqust
Vitse prezident: “Türkiyə səhv yoldadır...”
Nazir aqrar sahənin inkişafından danışıb
Bu, Mehriban Əliyevanın xidmətidir - FOTO
Hacı Şahindən ŞOK açıqlama - Video - namaz qılan, araq içən..
Merkeldən Ərdoğana dəstək zəngi - "Güclü olmağınız..."
"Qırmızı siyahı"dakı o terrorçu məhv edildi
Bakıda intihara cəhd - 4 nəfər birdən
Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
Gülxar Həsənova 100! - Prezident sərəncam verdi
İsraildə “Eurovision”un taleyi həll olundu
Dünya Azərbaycanlılarından "QARABAĞ-TV" - yə dəstək ifadə olunub - VİDEO
Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq istəyir
Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
Fazil Mustafa Ərdoğanın ABŞ-a dirənişindən yazdı: "Haqlıdır!"
Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı AÇIQLAMA
Bakıda 19 ünvanda piyada keçidləri inşa ediləcək
Qənirə Paşayeva macar spikerlə Qarabağdan danışdı
Mövlud Mövluda həsr edilən qısa film - Video
Türkiyədə dolların məzənnəsi 6 lirədən aşağı düşüb
Azərbaycan nefti cüzi bahalaşıb
Unibank Mobile istifadəçilərinin sayı 200.000-i keçib
Jurnalist Səbuhi Məmmədli intihara cəhd edib - Reanimasiyadadır
Xocalı canisi Köçəryan həbsdən necə qurtulub?
Tramp sabiq köməkçisinə “it” dedi
Soyunub maşın yuyan qız danışdı – FOTOSESSİYA OLUB
Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR
Diplomatların Bakı səfəri: Nələr gözlənilir?
Türkiyədə şok gəlişmə - NATO-nu tərk edə bilər
Fernando Alonso "Formula-1"i tərk edir
Aleksandr Qleb: "Yaxşı ki, "Qarabağ"ı keçə bildik"
Azərbaycanın ixrac etdiyi qara kürüyə nəzarət gücləndirilməlidir!
İqtisadçı-ekspert: “Dollar hansısa əmrlə dünya valyutası olmayıb...”
ULDUZ FALI - 15 AVQUST
Bakıda güllələnən kriminal avtoritetin FOTOLARI
Nazirdən YENİ TƏYİNAT
“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – ekspert
700 bal toplayanlara telefon hədiyyə verildi
Taliban Əfqanıstanda hərbi bazanı ələ keçirdi
Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
Bakıda da dollar yandırdılar - VİDEO - YAŞASIN ƏRDOĞAN!
Füzulidə yol tikintisinə 4,7 milyon manat ayrıldı
DİN və Ekologiya Nazirliyi Xəzərin sahilində reyd keçirdi - 65 minlik CƏRİMƏ
Abşeronda oğurluq: Zərərçəkmiş narkomanlardan şübhələnir - ŞİKAYƏT
Türkiyənin ordu generalı Bakıya gəldi – Foto
Bakıda biabırçılıq: qızı lüt soyundurub maşın yuduzdurdular - VIDEO
Adnan Oktar cinayətində ŞOK - MASON DETALI
"APA niyə bağlandı?"- Eynulla Fətullayev yazdı, Vüsalə Mahirqızı cavab verdi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17804] initstartout [0.00018] initstartin [0.00090] calstart [0.01142] calend [0.00061] topnewsend [0.00471] rsssend [0.00000] ehgend [0.02844] tagsstart [0.00080] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13093]