Ramil Usubov “Masallıdan kişi çıxıb?” deyən polis zabitini sistemdən qovdu

  • 27 fev 2018, 20:04
Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib. Bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb.

Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb. Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən həmin polis zabiti əqli cəhətdən zəif inkişaf etdiyi təxmin edilən gənci sorğu-suala tutur, onun hansı rayondan olduğunu soruşur. Gənc Masallıdan olduğunu deyir. Bu dəfə polis zabiti ondan soruşur: "Masallıdan kişi çıxıb?”. Və bu suala "ya hə, ya yox” cavabı verilməsi üçün israr edir. Saxlanılan gənc qorxusundan əvvəlcə "yox” cavabı verir və polis zabiti həmin cavabdan məmnun qalır. Sonra gənc cavaba düzəliş verir, "çıxıb, niyə çıxmayıb?" deyir...


Oxşar xəbərlər