Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:35 - 14.12.2018  
Göygöl İHB-də DƏLƏDUZLUQ yoxsa SAVADSIZLIQ?! - ŞOK TƏFƏRRÜAT!
Tarix: 1-03-2018, 09:38 | Bölmə: Xəbərlər » Ölkə içi

Göygöl İHB-də DƏLƏDUZLUQ yoxsa SAVADSIZLIQ?! - ŞOK TƏFƏRRÜAT!Azərbaycanda yerli icra hakimiyyəti rəsmilərinin tikinti sahəsində nöqsanları və özbaşınalıqları hər kəsə əyandır. Bunların aramsız baş verməsinə əsas səbəblər isə savadsızlıqdan, bu sahədə əhalinin maariflənməsinin kasadlığından irəli gəlir. Yəni, rüşvətxor dövlət məmurlarının mövcud qanunların pozulmasına qəsdən yönəldilmiş hərəkətlərinə rəvac verən orqanlarla yanaşı, bu işdə elə ilk günahkarlar sadə vətəndaşların özləridir. Vətəndaşların öz hüquqlarını və qanunu yaxşı bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni cinayətkar tələblərinin normaya çevrilməsinə səbəb olub. Baxmayaraq ki, son zamanlar Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənib, tikinti sahəsində hələ də yerli icra hakimiyyəti orqanları icra başçıları səviyyəsində özbaşınalıqlarını davam etdirirlər.

"Demokratik.Az"-a Göygöl rayonundan gələn çoxsaylı müraciətləri, şikayətləri nəzərə alıb belə bir yazı hazırlamaq qərarına gəldik. Bu yazı təkcə vətəndaşların maariflənməsinə deyil, "Göygöl İHB-nin aidiyyatı şəxsləri üçün də təlimat xarakteri daşıyır" - deyə bilərik. Bu şərtlə ki, onlar əməllərinin cinayət deyil, savadsızlıq olduğunu etiraf etsinlər. 

Bayaq da qeyd etdiyimiz kimi, bu sahədə çoxlu neqativ hallar mövcuddur. Hamılıqla maariflənməyimiz lazımdır.

"Hal hazırda qüvvədə olan qanunun tələblərinə görə fərdi mənzil tikintisi üçün icazə proseduru xeyli asanlaşdırılıb. 2015-ci il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon və ya şəhər icra hakimiyyətlərindən icazə alması tələb olunmur. Vətəndaş sadəcə yerli icra hakimiyyəti orqanını özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır. Yəni, faktiki olaraq qanunvericiliyin tələbinə əsasən, icazə (sərəncam-red) "məlumatlandırma icraatı” ilə əvəz olunub. Təbii ki, "məlumatlandırma icraatı” üçün bir sıra şərtlər müəyyən edilib. Göstərilən tələblər daxilində yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatının həyata keçirilməsi üçün tələb olunan sənədlər bunlardır:

- ərizə
- şəxsiyyət vəsiqəsinin surəti;
- torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (notariat qaydasında təsdiqlənmiş surəti);
- torpaq sahəsinin planı və ölçüsü (notariat qaydasında təsdiqlənmiş surəti);

- Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış memarlıq-planlaşdırma bölməsi (3 nüsxədə rəngli)

İcra hakimiyyətinə tikinti barədə yazılı xəbərdarlıq göndərərkən, memarlıq-planlaşdırma sənədləri də məktuba əlavə olunmalıdır. Yəni, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj (lahiyə) çəkilməlidir. Belə lahiyələr lisenziya əsasında fəaliyyət göstərən memarlar və ya tikinti-layihə işləri ilə məşğul olan müəsisələr tərəfindən müəyyən pul müqabilində hazırlanır. Qanuna əsasən, 15 gün ərzində həmin plan-çertyoja (layihəyə) yerli icra hakimiyyətindən irad tutulmazsa, tikintiyə başlanıla bilər. Qeyd etmək lazımdır ki, çertyoj-plana yerli icra hakimiyyəti orqanları yalnız bir dəfə irad tuta bilər. Əgər planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olarsa, vətəndaş bu iradları aradan qaldırıb tikintiyə başlaya bilər. Umumiyyətlə, qanunda plan-çertyojun (lahiyənin) peşəkarlar, memarlar tərəfindən hazırlanması haqda tələbin qoyulmasını məntiqə uyğundur. Əks halda, infrastrukturun təşkilində, planlaşdırmada, ümumi standartlaşmada anlaşılmazlıqlar yarana bilər.

Tikinti ilə bağlı hər hansı bir mübahisəni 2016-cı ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Apelyasiya Şurasına müraciət etməklə də həll etmək mümkündür. Tikilmiş evin sökülməsi barədə hədələrə gəlincə, yerli icra hakimiyyətinin tələbinə əsasən, çertyoj-plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması vətəndaş üçün inzibati məsuliyyətə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən ancaq və ancaq 300-600 manatadək cərimə oluna bilərlər.

Konkret olaraq icra hahimiyyətləri heç bir halda tikilinin sökülməsinə sərəncam verə bilməz. Bu hüquq yalnız Məhkəmə Hakimiyyətinə məxsusdur.

Müəyyən icra hakimiyyətləri məsuliyyətdən yayınmaq məqsədi ilə ərazi üzrə tikinti işlərinə nəzarət etmək üçün işə müqaviləsiz, yəni ştatdankənar işçiləri xidmətə cəlb edirlər. Vətəndaşla ünsiyyətdə olan özünü müəyyən orqanın işçisi kimi təqdim edənlərin şəxsiyətini və vəzifəsini müəyyənləşdirmək vətəndaşın haqqıdır. Bu gələcəkdə müəyyən problemlərin qarşısını almaq üçün vacibdir. Hazırda ölkəmiz üzrə bir sıra rayonlarda, xüsusən Bakıda belə hallarla qarşılaşmaq adiləşib. Təsəvvür edin ki, həmin "v ne ştatnik" işçilər tikinti aparan şəxslərə özlərini və müvafiq sənədlərini təqdim etmədən icra hakimiyyətinin nümayəndələri kimi qələmə verərək ancaq və ancaq tikintini dayandırmağı tələb etməklə tikinti aparan şəxsi icra hakimiyyətinin müvafiq idarəsinə şəxsən gəlmələrini tələb edirlər. Əks halda, tikilini sökəcəkləri ilə hədələyirlər. Vətəndalardan icra hakimiyyətinin müvafiq inzibati binasında səsyazma və video çəkiliş qabiliyyəti olan və olmayan bütün mobil telefonlar alındıqdan sonra total yoxlamadan keçərək qəbula buraxılırlar və qeyri qanuni tələblər isə oradaca məcburi qanuni tələblərə çevrilir. 

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə "Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz”. Vətəndaş qeyri qanuni tələblərə görə hüquq mühafizə orqanlarına müraciət etməkdə haqlıdır.

Ümumiyyətlə, qeyd edək ki, fiziki və ya hüquqi şəxsə məxsus ev və ya tikililərin məhkəmə qərarı olmadan icra hakimiyyəti orqanları tərəfindən sökülməsi qeyri qanunidir. Bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə "Əmlakı qəsdən məhvetmə və ya zədələmə” kimi qiymətləndirilərək cinayət məsuliyyəti yaradır. Tikilinin Məhkəmə qərarı olmadan sökülməsinə sərəncam vermiş vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu, 310-cu maddələrinə əsasən "Vəzifə səlahiyyətlərini aşma” və "Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə” kimi cinayət əməlinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının qanunlarına görə ölkəmizdə fərdi yaşayış ev tikmək üçün nə icazə nədə hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş tələb olunmur. Sadəcə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən yerli icra hakimiyət orqanına müvafiq sənədlər əlavə edilməklə "məlumatlandırma icraatı” şəklində rəsmi qaydada ərizə ilə ev tikmək məqsədi barədə məlumat verilir. Göstərilən Məcəllədən kənar tələblər qanuna ziddir və bu hallar məmurlara inzibati və cinayət məsuliyyəti yaradır".

Göygöl İHB-də DƏLƏDUZLUQ yoxsa SAVADSIZLIQ?! - ŞOK TƏFƏRRÜAT!Demokratik.Az saytı bu ümumi maarifləndirici bilgiləri oxucularına axtardıqdan sonra, iştirakımızla sınaqdan keçirdiyimiz dəqiq faktlar əsasında bildiririk ki, Göygöl İHB tərəfindən qanunvericiliyin sadaladığımız müvafiq tələbləri kobud qaydada pozulmaqdadır. Belə ki, rayon İHB-nin arxitektura şöbəsi vətəndaşların müraciətlərindən sui-istifadə edərək heç bir əsas olmadan rüsum adı ilə icra hakimiyyətinin bank hesabına 60 manat pul ödətdirir. Hansı ki, bu hal bayaq qeyd etdiyimiz kimi, 2015-ci ilin yanvarından qüvvəyə minmiş "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələbi ilə daban-dabana ziddir. Təkrar edirik ki, fərdi yaşayış evi tikmək üçün hər hansı bir dövlət rüsumu və ya hər hansı bir ödəniş qanunla nəzərdə tutlmadığı halda, rayon icra hakimiyyətinin başçısının göstərişi ilə arxitektura şöbəsi belə bir pul maxinasiyası həyata keçirir. Nəzərə alınsa ki, bu illərdir davam edən maxinasiyadır, deməli bilə-bilə Arif Seyidov və memar ətrafı sakinlərdən dələduzluq yolu ilə, rüsum adı altında 10 minlərlə manat pulu mənimsəyiblər. Bununla yanaşı, rayon icra hakimiyyəti bəzi tikili evlərin sənədləşdirilməsində də birokratiya sərgiləyir. Vətəndaşların müraciətinə tutarlı və əsaslı cavab verə bilmədikdə "bu iş məhkəməlikdir" deyərək hərəkətsizliklərə də yol verirlər.

Məsələnin digər tərəfi də odur ki, bəlkə də Göygöl İHB-nin başçısı Arif Seyidov da, rayonun baş arxitektoru da və digər memarlar da "Şəhərsalma və Tikinti Məcəlləsi"ndən bixəbərdirlər. Yəni savadsızdırlar. Dəhşətli mənzərə yaranır və hər iki halın adı ancaq biabırçılıqdır. Hərçənd ki, məlum məcəlləni təsdiq edən ölkə başçısının Göygöl nümayəndəsinin bu qanunvericiliyi bilməməsi, PA tərəfindən bu barədə lazımınca təlimatlandırılmaması heç inandırıcı görünmür.

İcra hakimiyyətində əyləşən,yaşı 70-i ötmüş qeyri-rəsmi arxitektor Fikrət İsmayılov isə ümumiyyətlə məcəllədəki yeni qanunçuluqları analiz etmək, özündən kiçiklərə nəyisə başa salmaq və qavramaq iqtidarında deyil. Başçının qocaman arxitektor qudası yalnızca alman memarlıq üslubunu öyrənməklə məşğuldur.

İnanırıq ki, Göygöl İHB-nin səlahiyyətliləri yuxarıda yazılan nöqsanlarını aradan qaldırmağa səylər göstərəcək. Məsələn, son illər ərzində rüsum adı ilə sakinləri aldadaraq toplanmış 60 manatlar vətəndaşların özlərinə geri qaytarıla bilər. Amma bu təşəbbüs yəqin ki, Seyidovun komandası tərəfindən baş verməyəcək. Bari bundan sonra İHB-nin memarlarının bu "rüsum dələduzluğu"na son qoyulacağını istərdik.

Sakinlərə bir daha bildiririk ki, diqqətli olsunlar. Fərdi ev tikintisi üçün icra hakimiyyətlərinə ödəniləcək hansısa dövlət rüsumu nəzərdə tutulmayıb.

Göygöl İHB-nin memarlıq şöbəsinin "rüsum" adlı pul mənimsəmələrinə qarşı Prezident administrasiyasının, Nazirlər kabinetinin və ölkənin baş prokurorluğunun da susqun qalmayacağına ümid edirik!

Qeyd: Bu məqalədə hüquqşünas Vüqar Dadaşovun məcəlləyə dair təhlili də əsas götürülüb.

Hazırladı - Osman Nərimanoğlu

Demokratik.Az

Xəbər 3725 dəfə oxunub






Oxşar xəbərlər

Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi
Xətainin icra başçısı vəzifədən çıxarılıb - DOSYESİ
Şaxta babalar əlbəyaxa oldular - VİDEO
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Qız qaçıran şəxsin şikayəti rədd edildi və həbsdə qaldı
Sülhəddin Əkbər Elçibəy hakimiyyətinin səhvlərindən danışdı
Prezident Fəxri xiyabanda: "Heydər Əliyevin vəfatının 15-ci ili"
Emin Ağalarovu xanımı belə təbrik etdi - FOTO
Bu il dünyasını dəyişən tanınmışlar (SİYAHI)
"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq
Asəf Məmmədovun intihar xəbəri yalan çıxdı
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Ulduz falı: 13 dekabr
Model plastik əməliyyatlara 1 milyon xərcləyib
BDU-da anım mərasimi - Abel Məhərrəmov çağırılmadı
İbrahim Mehdiyev danışdı - “bu xəbərin əsası yoxdur”/ ÖZƏL
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Adi xörək duzu bu xəstəlikləri müalicə edir
Arif Əsgərovu ayağından asmaq çağırışı
Bakıda lüks butikdən oğurluq - VİDEO
Jirinovski artistləri tənqid edib: "Axı nə qədər olar?"
Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
Ermənistana gedən maşınlar yolda qalıb
Əli Həsənov: "Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq"
İlham Əliyev sərəncam imzaladı
Erməni politoloqun Elçibəylə bağlı bənzətməsinə sərt reaksiya
ABŞ kanadalı sabiq diplomatın Çində tutulmasından narahatdır
Qarabağ Komitəsini niyə “sıxırlar”?
Naxçıvanda şok - İşdən çıxarılan baş nazir müavini intihar etdi!
Mərhum Heydər Əliyevin vəfatından 15 il ötür
“Görüşənə qədər...” – Deputatdan Heydər Əliyev haqda təsirli yazı...
Ucarda bir ailə kömək istəyir - EVLƏRİ UÇUB
“Özümü dənizə atıb öldürmək istəmişəm” - Nazpəri Dostəliyeva
Bakıda "BMW" yandı - VİDEO
İşçilərin sayı artdı – Maaş 540 manata çatıb
Eldar Əzizov Atatürk parkını niyə “şumlayır”? - Açıqlama
“İnşaat Konstruksiyaları” MMC barədə CİNAYƏT İŞİ BAŞLANDI – Rəsmi
AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq
"iPhone"un Çində satışına qadağan qoyulub
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb
Köçəryanın vəkili azərbaycanca danışdı: “Bilmirəm”
Şabranda evdən 2900 manat oğurlanıb
Poroşenko Rusiya ilə dostluğu bitirdi - ŞOK
Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET
Fransa etirazlarında Rusiya izi araşdırılır
"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
MİLLİ MƏCLİS Parlamentin 100 illiyini niyə qısa andı? - VİDEO
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10535] initstartout [0.00016] initstartin [0.00083] calstart [0.00877] calend [0.00040] topnewsend [0.00302] rsssend [0.00000] ehgend [0.00588] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08579]