Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:43 - 16.07.2019  
DİREKTORLAR YALAN DANIŞIR?- Gəncədəki şagird ölümünə dair çətin SUALLAR - DETALLAR
Tarix: 16-02-2018, 15:59 | Bölmə: Xəbərlər » Ölkə içi

Xəbər verildiyi kimi, fevralın 13-də Gəncədə qətl hadisəsi baş verib. Şəhərin Tağı Arani küçəsində, İmperial" şadlıq sarayının yaxınlığında, mübahisə zəminində şagird şagirdi bıçaqla ürəyindən vuraraq qətlə yetirib.

DİREKTORLAR YALAN DANIŞIR?- Gəncədəki şagird ölümünə dair çətin SUALLARRəsmi açıqlamaya görə, qətli törədən şəxs Gəncə şəhər Mircəlal Paşayev adına 39 saylı orta məktəbin rus bölməsinin 10-cu sinif şagirdi Tağıyev Tural İsmayıl oğludur. Hadisədə həyatını itirən şagird isə şəhərin 4saylı orta məktəbinin Azərbaycan dili bölməsinin 11 A sinif şagirdi Bağırov Elnur Həsən oğludur. Hər ikisi Gəncə şəhər sakinləridir. "Demokratik.Az" qanlı olayın detallarını araşdırıb. Məlumata görə, hadisədən bir neçə gün əvvəl tərəflər arasında mübahisə düşüb və "haqq-hesab" günü saat 12-oo radələrində hadisə yerində başqa şagirdlər də olub. Davanın görüntüsü yaxınlıqdakı mağazanın kamerasına da düşüb. Şəhər sakinlərinin dilində dolaşan iddialara görə, öldürülən şagird həmin gün söhbətə çağırılıb, "söhbətinə" isə əvvəllər oxuduğu M.Ə. Sabir adına 5 saylı orta məktəbdən və 42 saylı məktəbdən olan dostlarını dəvət edib. Yayılan söz-söhbətlərə inansaq, qarşı tərəfin də 10-15 şagirddən ibarət dəstəsi olub və 39 saylı məktəbin şagirdləri hadisə yerinə sonuncu dərs saatlarından yayınaraq gedə biliblər. Bu iddanı qəbul etsək, belə bir mənzərə ortaya çıxır ki, 10-larla şagird dərs saatlarında adıçəkilən məktəblərdən qaçıb bir yerə toplanıblar. Bu versiya ətrafında hesab edirik ki, həm prokurorluq orqanı, eləcə də Təhsil nazirliyi obyektiv araşdırma aparmalı, olayın məktəblərdəki tədris prosesinə aid hissəsinə real hüquqi qiymət verilməlidir. Lakin, məktəbin direktorlarının həmin gün KİV-ə oxşar açıqlamaları olayın təfərrüatı barədə bu kimi iddiaları bəri başdan nəinki təkzib edir, əvəzində direktorların səmimiyyəti ilə bir sıra mətləblərə də özü aydınlıq gətirir. Hər iki direktor şagirdlərinin dərsə gəlmədiyini jurnal yoxlaması ilə, müəllimlərin dili ilə sanki isbata çalışır. 

Direktor N.Rzayevin dediklərindən SİTAT: -"O, (Tağıyev Tural-red) bu gün dərsə gəlməyib. Müəllimi bununla bağlı uşağın valideynlərinə zəng etdikdə, onlar övladlarının həvəskar futbolla məşğul olduğunu və yəqin məşqə getdiyini, sonradan isə onun qətl törətdiyini eşitdiklərini bildiriblər".(sitatın sonu)

DİREKTORLAR YALAN DANIŞIR?- Gəncədəki şagird ölümünə dair çətin SUALLAR 

Direktorun açıqlamasından aydın görünür ki, o, Gəncədə ən öncül məktəblərdən olan, M.C.Paşayev adına 39 saylı orta məktəbdə hər bir şagirdə xüsusi diqqəti önə sürür. N.Rzayev bu açıqlaması ilə bəlkə də kimlərisə inandırmağa çalışır ki, məktəbdə təhsil alan 2000 şagirdin gündəlik dərsə davamiyyəti çox yüksək səviyyədədir və olayın qəhrəmanı da heç vaxt dərsdən qalmırmış. Yəqin, şagirdin dərsdən qaldığı bircə gün olub ki, onda da məlum olayı törədib. Gənc direktorun bu açıqlaması başadüşüləndir və inanırıq ki, bir həftədir seçki məntəqəsinin sədri kimi daha vacib işlərlə məşğul olan Nizami Rzayev özünü əvəz edən müavinini belə günlərdə tək buraxmaz.   

Qətlə yetirilən şagird Bağırov Elnur Həsən oğlu barəsində də 42 saylı orta məktəbin direktoru Naidə İsgəndərova oxşar fikirlər açıqlayıb. Xanım direktor mərhum şagirdin son 5 gün ərzində dərsə gəlmədiyini deyib: 

SİTAT: -"Ümümiyyətlə davamiyyəti zəif şagird idi. Hər gün olduğu kimi, bu gün də, sinif müəlliməsi evlərinə zəng edib, lakin telefona cavab verən olmayıb. Günorta saatlarında xəstəxanadan məktəbə xəbər gəldi ki, bəs sizin şagird Elnur Bağırovu bıçaqlayaraq öldürüblər. Hazırda biz də hadisənin hansı səbəbdən törədildiyini bilmirik. Sinif yoldaşları onun kiminləsə bir probleminin olduğunu eşitməyiblər. Hər kəs kimi biz də hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırmasını gözləyirik ki, səbəbini bilək". Direktor mərhumun iki qardaş olduqlarını, ailənin isə maddi vəziyyətinin aşağı olduğunu əlavə edib. N.İsgəndərovanın sözlərinə görə, E.Bağırov onların məktəbinə 9-cu sinifdən gəlib (buna qədər Gəncə şəhər 5 saylı orta məktəbdə oxuyub-red) və bu illər ərzində kiminləsə mübahisəsi olmayıb.(sitatın sonu)

Açıqlamalardan anlaşılan odur ki, direktorlar bu hadisədə öz məktəblərini məsuliyyətdən yayındırmağa, bütün günahı kənarda axtarmağa çağırış edirlər. Halbuki müəyyən məsələlər gün kimi aydındır.

Hadisənin günorta saatlarında, məhz dərs vaxtı baş verməsi direktorların həyəcanlı və oxşar danışığından da bilinir. Gəncədəki mənbəmizdən aldığımız məlumata görə, direktorları qorxudan təkcə olay saatı, şagirdlərə yazılan "qaib"lər deyil. Ümumiyyətlə Gəncə TŞ bu səbəbə təşvişdədir ki, hadisədə iştirak edən şagirdlər də şahid qismində istintaqa cəlb olunmalıdır. Həm 5 saylı, eləcə də 39 və 42 saylı orta məktəbin direktorları isə izah etməlidirlər ki, həmin zamanda şagirdlər niyə məktəblərində olmayıblar? Şagirdlər bu məktəblərdən asanlıqla necə yayınıblar? Bəlkə bir çoxu ya repititor yanına gedir deyə aylığa buraxılıb? Ya da ümumiyyətlə bu məktəblərdə yaradılan şərait, tədris metodları yuxarı sinif şagirdlərinə müstəqillik verib? Ən maraqlısı, görəsən hadisəyə şahidlik edən şagirdlərdən kimlərə "QAİB" yazılıb? Və şagirdləri dərsə gəlməyən məktəb yetkililəri davamiyyət qeydlərini ağ saxlamaqdan və sonradan yazmaqdan nə vaxt əl çəkəcəklər? Yoxsa, bu ilin fevralında Gəncə məktəblərində ikicə nəfərə qaib yazılıb, o da ölən və öldürəndir? Yaxşı olardı ki, məktəblər öz şagirdlərinə sahib çıxsınlar, onları nə aylığa, nə dərs saatlarında ripititor yanına buraxmasınlar. Yoxsa, direktorlar bədbəxt hadisələr sonucunda hələ çox şagirdə "Qaib" yazmaq məcburiyyətində qalacaq.  

Hazırda Gəncə şəhər prokurorluğunda müvafiq maddə üzrə cinayət işi açılıb və qanlı hadisənin bütün detalları dərindən araşdırılır.

Hazırladı: Osman Nərimanoğlu

P.S-Yuxarıdakı mülahizə və faktlar, çətin suallar istintaqın işinə köməklik məqsədilə yayımlanıb. Demokratik.Az  mövqe yazısına məmnunluqla yer ayırdığını da bəyan edir!

 

Demokratik.Az   

Xəbər 5277 dəfə oxunub






Oxşar xəbərlər

Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Xalq Cəbhəsini kimlər və necə yaradıb?
Qüdrət Həsənquliyevlə şahmat arxasında MÜSAHİBƏ
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
Fazil Məmmədovun qohumu rəis təyin edildi
Gürcüstanla sərhəddə nə baş verir? - PROVAKASİYA
Almaniyanın müdafiə naziri istefa verəcəyini açıqlayıb
Polis Akademiyasının builki məzunlarıyla görüş keçirilib
"Huawei" ABŞ-da yüzlərlə işçisini ixtisar etmək niyyətindədir
Putinin müəllimi vertolyot qəzasında öldü
Şəki Xan Sarayında xəsarət alanların vəziyyəti açıqlanıb
İsrail Türkiyəyə gələn S-400-ləri izləyir - Foto
Yalçın Rzazadə Türkiyəyə aparıldı
MN: Cəbhə xəttində nisbi sakitlik müşahidə olunub
Göygöldə ANARXİYA - Arif Seyidov bələdiyyələrin əli ilə torpaqları talayıb
Şəki sakini sosial yardım ala bilmir - şikayət
ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb
Göygöldə kasıbları aldadan "TORPAQ BARONLARI" bələdiyyədə torpaq qoymadı - VİDEOŞİKAYƏT + FOTOLAR
Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi
Baş Prokurorluq deputata CAVAB verdi
Nəriman Nərimanovun qardaşı oğlu gömrükçülər tərəfindən aldadıldı ?
Qubada qəbiristanlıqda top mərmiləri tapılıb
Eldar Əzizov keçmiş müavininə vəzifə verdi
Zahid Oruc "Gəncə hadisələri"ndən danışdı, spiker isə...VİDEO
Ekspertdən dollarla bağlı vacib açıqlama
Xüsusi notariuslar bu hallarda 500 manat cərimələnəck
“Bandotdel”ə yeni rəis təyin edildi
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Rəsulzadənin nəvəsi də "Cümhuriyyət 100" medalını aldı
8 nəfəri öldürən sürücü: “Az qalıb, 240-la gedəcəm"
Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb?
Qarabağ qazisinin oğlu Qarabağ qazilərini təhqir etdi (FOTO)
Vilayət Eyvazov rəisləri topladı
Lotu Quli gözlənilmədən Azərbaycana gəldi
GMO məhsullar süfrələrimizdə: yeyək, yeməyək?
Paşinyanın “Qarabağ klanı” ilə mübarizəsi həlledici mərhələdə
Azərbaycana nə qədər tursit səyahət edib?
Prezidentdən sərəncam: Yeni mərkəz yaradıldı
Bakıda "BMW X5" markalı avtomobil qəza törədib
Zahid Oruc yoxlamalara başladı
Bakıda polis rəisinin oğlu intihar etdi
Rusiyada azərbaycanlı vitse-admiralın büstü qoyulacaq
Fətullah Gülənin “Azərsu“ ASC-dəki “imamı” kimdir? – FOTO
Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı TAPŞIRIQ
Kılıcdaroğluna Elçibəyin kitabı hədiyyə edildi (FOTOLAR)
Ermənilər Kəlbəcərdə partizan mərkəzi yaradıb
İrəvan metrosunun fəaliyyəti dayandırılıb
Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir
Nazir danışdı, müsahibəsi tərs yozuldu - Açıqlama
Sürət Hüseynov: "Mənə niyə demirdiniz, gədələr!" - VİDEO
Gəncədə 3 saylı Peşə Liseyi necə KORRUPSİYALAŞIB ?
Cinsi zəifliyin əlacı -ağ turp yeyin!
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
Şəhid xanımının bölməyə hücumunun görüntüsü yayıldı – VİDEO
Mədət Quliyev kadr islahatı aparır
Abel Məhərrəmovun Nabrandakı beş ulduzlu obyekti - FOTO
Abşeronda şəhid anasının evini başına uçurdular – VİDEO
Vilayət Eyvazovdan ilk TƏYİNAT
Dördqat Avropa çempionumuz intihar etdi
“Gedin, Etibar Məmmədovun fəaliyyətini təftiş edin”
Bakı-Ağstafa sürət qatarı ləğv edilir
Deputatdan Xəzəri hasarlayanlara sərt İTTİHAMLAR
Dövlət qulluğuna növbəti qəbul imtahanı keçiriləcək
Gürcüstan prezidenti Rusiya rəhbərliyinə müraciət edib
Cahangir Hacıyevin siyasi məhbus elan olunmasına SƏRT TƏPKİ
Aydın Canıyev Əlikram Hümbətovu "yıxıb sürüdü"
Elçibəyin şuşalılarla görüşündən görüntülər yayıldı - VİDEO
Azərbaycanda sığorta ilə bağlı yenilik
Əli Əliyev YENƏ "VURULDU"! - “Dovşan həkimi” AMİP-dən necə qovuldu?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.81570] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.56684] calend [0.00059] topnewsend [0.00455] rsssend [0.00000] ehgend [0.00965] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23271]