Aslan İsmayılovun mitinq keçirməsinə AMİP-dən reaksiya :"qəsdən şərait yaradılıb”

  • 10 fev 2018, 10:58

"Necə olur ki, ölkədə iki-iki qəzməyi az qala qadağan edən hakimiyyət, şəhərin ən qələbəlik parkında, Səbael Rayon Məhkəməsinin qarşısında Aslan İsmayılovun mitinqinə icazə verir? Bu suala aydınlıq gətirilməlidir. Polsilərin gözü önündə iqtidarın yüksək vəzifəli məmurlarının, o cümlədən, Ədliyyə naziri Fikrət Məmmədovun, Prezidentin köməkçisi Əli Həsənovun və digərlərinin ciddi tənqidinə və hətta onlara qarşı ittihamların irəli sürülməsinə şərait yaradılır. Görünür, iqtidar daxilindəki bəzi qruplaşma bu təxribatçını qabağa verməklə, rəqiblərinə zərbə vurmaq həvəsinə düşüb”.

"AzPolitika”nın məlumatına görə, bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov hüquqşünas Aslan İsmayılovun fevralın 7-də Səbael Məhkəməsinin qarşısında sərbəst şəkildə bir qrup adamla mitinq keçirməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, sözügedən qanunsuz aksiya və Aslan İsmayılovun ordakı çıxışı hansısa qüvvələr tərəfindən təşkil olunub. Ə.Orucov daha sonra deyib: "Hər kəsə məlumdur ki, A.İsmayılovun müdafiəsinə və çağırışına 5-6 yaxınından başqa heç kim gəlməzdi. Heç özü qorxusundan məhkəməyə gəlməmişdi. Bundan qabakı məhkəmə prosesindən bunu gördük. Lakin biriləri bir qrup insanı məhkəmə binası qarşısına gətizdirərək, şoumen A.İsmayılova dəstək verməklə, nələrəsə nail olmaq istəyir. Şübhəsiz ki, burda təkcə AXCP sədri Əli Kərimli dövrədə deyil. İqtidar daxilində müəyyən qruplar Əli Kərimli ilə birləşərək, rəqiblərini sıradan çıxarmaq və öz məqsədlərinə nail olmağı hədəfləyiblər. Belələri üçün nə İlham Əliyevin nüfuzu və imici, nə də ölkənin taleyi maraqlı deyil. A.İsmayılovun əhalinin istirahət parkında sayıqlamalarına şərait yaradan bəzi məmurlar anlamalıdırlar ki, onların bu kimi fəaliyyəti ümumilikdə Prezidentin özünə və komandasına zərbədir. İkincisi də A.İsmayılovun sucladığı məmurlarla müqayisədə o, çox cılız və miskindir”.

Əli Orucov AXCP sədri Əli Kərimliyə də səslənib"AMİP-lə və lideri Etibar Məmmədovla hansısa problemi varsa, bunu özü desin, yoxsa A.İsmayılovun dili ilə dedirtməsin”.

Demokratik.Az

Oxşar xəbərlər