Elmar Vəliyevin “Grand Qafqaz” projesinə deputatlardan reklam dəstəyi gəldi

  • 05 fev 2018, 09:13


 

 

 

 

 

 

 

"Demokratik.Az"-ın məlumatına görə, ötən ilin noyabrında Gəncədə açılışı baş tutan yeni "Grand Qafqaz” Ticarət Kompleksi adlı bazara müştəri cəlb etmək məqsədilə yerli deputatlar da səy göstərir. Milli məclisdə az-az görünən və daha çox öz vaxtlarını Gəncədə keçirən millət vəkilləri  Pərvin Kərimzadə və Naqif Həmzəyev ötən gün şəhər rəhbərinin göstərişi ilə bazara gələrək qiymətlərlə maraqlanıb. Deputatların sifarişli bazar - reklam şousu Elmar Vəliyevin yaxın dostu, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyevin müşaiyyəti ilə reallaşıb. Bu şou şəhər ictimaiyyətinin diqqətini yeni bazara cəlb etmək məqsədi daşıyır.

Yayılan məlumatlara görə, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev köhnə kolxoz bazarını və Dubay bazarını təcili yeni kompleksə köçürmək niyyətindədir. 

Deputatlar akademiklə birgə bazar səfərlərində geniş və işıqlı mağazaları gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə söhbətlər aparıblar. Bazar kompleksi böyük əraziyə və müasir standartlara sahibdir. Kompleksin "Gəncə səbəti” adlanan hissəsində isə hər cür ərzaq və qeyri-ərzaq məhsullarını tapmaq mümkündür.

"Demokratik.Az"

Oxşar xəbərlər