Oqtay Əsədov şadlıq saraylarından DANIŞDI

  • 01 fev 2018, 16:15
"Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil. Xeyli böyük şadlıq evi tikilib. Bahalı olduğu üçün kimsə akustika sisteminə baxmır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib. 

O.Əsədovun sözlərinə görə, az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun şəkildə quraşdırlıb.
 
Qeyd edək ki, parlamentdə çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra restoranlarda akustika sisteminin normal qurulmadığını bildirib. Bununla bağlı tədbir görülməsini təklif edib.
Oxşar xəbərlər