Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:44 - 19.10.2018  
Fazil Məmmədov Qüdrət Seyfullayevlə Xaləddin İsgəndərovu həbsdən necə qurtardı?
Tarix: 27-01-2018, 11:02 | Bölmə: Xəbərlər » Ölkə içi

Qüdrət Seyfullayev və Xaləddin İsgəndərovu 2015-ci ildə həbs etmək istəyiblər, amma...

Sabiq vergilər naziri Fazil Məmmədovun müşaviri Qüdrət Seyfullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Onun istintaqa çağırılması haqda redaksiyamıza bilgiləndirən mənbə deyib ki, sabiq müşavirin istintaqa dəvət olunması 2015-ci ildə Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı olub.

Fazil Məmmədov Qüdrət Seyfullayevlə Xaləddin İsgəndərovu həbsdən necə qurtardı?Qaynağımız deyib ki, hələ 2015-ci ildə bina yanandan sonra 2 şəxsin həbsi haqda qərar verilməsi üçün yuxarılara müraciət edilib. Binadakı yanğından bir neçə saat sonra 2 vəzifəli şəxsin - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və binanın poliuretanla üzlənməsini biləvasitə sifariş edən Qüdrət Seyfullayevin həbsə alınması zərurəti ortaya çıxıb. İstintaq faktları rəsmiləşdirərək yuxarılardan hər iki şəxslə bağlı müvafiq qərar verilməsini gözləyib. Həmin gün hətta Binəqədi Rayon İcra Hakimiyyətinin binası yaxınlığına xüsusi istintaq qrupu göndərilib. Qrup üzvləri həbs qərarı veriləndən sonra Xaləddin İsgəndərovu və Qüdrət Seyfulayevi həbs etməli imiş...

Amma yanğından sonra o dövrdə vergilər naziri postunu tutan Fazil Məmmədov dövriyyəyə girib və Qüdrət Seyfullayevlə yeznəsi Xaləddin İsgəndərovu həbsdən qurtara bilib. Bundan sonra Qüdrət Seyfullayev Vergilər Nazirliyində işə götürülərək nazirin müşaviri postuna təyin olunub.

Fazil Məmmədov Qüdrət Seyfullayevlə Xaləddin İsgəndərovu həbsdən necə qurtardı?

 



Vergilər Nazirliyi rəhbərliyində baş verən dəyişikliklər yanan binanın üzlənməsi ilə bağlı gizlədilməyə çalışılan faktların üzərindən sirr pərdəsini götürə bilər. Bir müddət əvvəl Fazil Məmmədovun işə götürdüyü 64 vergi məmuru işdən uzaqlaşdırılıb. Onların arasında Qüdrət Seyfullayev də var. Bu vəzifəyə təyinata qədər isə Qüdrət Seyfullayev Fazil Məmmədovun biznes layihələrinin gerçəkləşdirilməsində, təmir-tikinti işlərinin aparılmasında fəal iştirak edib. Fazil Məmmədovun tapşırığına əsasən, Qüdrət Seyfullayevin gerçəkləşdirdiyi təmir-tikinti proyektlərindən biri də Binəqədi rayonunda binaların üzlənməsi olub.

Ötən saylarımızda bu haqda yazdıqlarımızdan sitat:

"2013-cü ildə Fazil Məmmədov ”desant"ı Qüdrət Seyfullayevi Binəqədi rayonuna yollayıb. Xaləddin İsgəndərov Qüdrət Seyfullayevi Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə işə götürüb. Binaların tezalışan poliuretanla üzlənməsini sifariş edən də Qüdrət Seyfullayev olub. Onun bu işlərində köməkçisi isə həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətində atasının "yerdə qalan məsələlər” üzrə "müavini” Elnur İsgəndərov olub. Qaynağımız bildirib ki, 2015-ci il mayın 19-da Binəqədidə yanan binanın üzlənməsi də Qüdrət Seyfullayevin sifarişi ilə gerçəkləşib. Həmin üzləmə işlərini Fazil Məmmədova məxsus "Synergy Group” MMC-nin nəzdində yaradılmış firmalardan biri maliyyələşdirib. Həmin vaxt istintaq Qüdrət Seyfullayevin izinə düşüb. Məlum olub ki, Binəqədidə yanan binanın üzlənməsinin təşkili, maliyyələşdirilməsi Qüdrət Seyfullayevin üzərindən gerçəkləşdirilib. Yanan binanı da məhz o təhvil alıb. Sənədlərdə məsul şəxs kimi onun adı keçib. O dövrdə Qüdrət Seyfullayev Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsində çalışıb. İşlədiyi müddətdə binanın həmin materialla üzlənməsini sifariş verib, işlərə nəzarət edib və bina üzlənəndən sonra təhvil götürüb".

Yada salaq ki, "yanan bina” işi üzrə məhkəmə istintaqı zamanı Qəzənfər Novruzovun, Nizami Orucovun, Ədalət Rəcəbovun binanın təhvil-təslim aktlarında adlarının olmadığı təsdiqlənmişdi. 6 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Ədalət Rəcəbov demişdi ki, binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıb, Binəqədi Rayon İcra Hakimiyyəti ilə binanı üzləyən şirkət arasında müqavilə bağlanıb. Onu isə vəzifəyə binada üzlənmə işləri başlanandan ay yarım sonra - 2012-ci ilin may ayının sonunda bu vəzifəyə təyin ediblər.

Məhkəmədəki çıxışından sitat: "Əgər mən işlər başlanandan sonra vəzifəyə təyin olunmuşamsa, necə razılıq verə və ya verməyə bilərdim? Azadlıq prospektindəki yolkənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon icra hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə icra hakimiyyəti arasında bağlanıb. Bircə sənəd göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Yoxdur belə bir sənəd. Mənim rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra hakimiyyəti isə tamam ayrı qurumdu. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə baxırdıq. Əgər bina sakinləri istəsə, Səbayel rayonundan hansısa şirkətlə müqavilə bağlayıb onlara təmizlətdirərdilər", - Ədalət Rəcəbov bildirmişdi.

Həmin gün məhkəmədə Nizami Orucov da ifadə verib. O da deyib ki, binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına onun heç bir aidiyyəti olmayıb.

Sitat: "Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyətim olmayıb. Dəfələrlə aşağı vəzifəli adam olmuşam, necə deyə bilərdim ki, bu işi gör, yaxud da görmə?! Mən Mənzil Kommunal İstismar Sahəsinin müdiri olaraq, yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam”.

Məsələni mahiyyəti bu idi ki, Qüdrət Seyfullayev və Xaləddin İsgəndərov Fazil Məmmədovun yaxın adamları olduqlarına görə o dövrdə istintaqdan kənar qala biliblər.

Qaynağımız bildirib ki, "yanan bina” işi üzrə istintaq aparılanda Qüdrət Seyfullayev və Xaləddin İsgəndərov barəsində ayrıca icraat aparılıb və baxılmamış saxlanılıb. Hazırda isə "yanan bina” işi üzrə baxılmamış saxlanılan materiallar yenidən nəzərdən keçirilir. Bu isə Fazil Məmmədova 2 yaxın vəzifəli şəxsə heç də yaxşı perspektiv vəd etmir. (Yeni Müsavat
Xəbər 1151 dəfə oxunub






Oxşar xəbərlər

Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy
Deputat: "Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir
Qaşıqçı Qətər-Səudiyyə qarşıdurmasının qurbanı olub? - iddia
Müəmmalı "Ciddi xəbərdarlıq" - MŞ-nin katibi "Demokratik.Az"-a qarşı mərəzə yoluxub
Qida Təhlükəsizliyi Agentliyində KÜTLƏVİ HƏBS
Sabiq vergilər naziri Reanimasiyadadır
Böyük Britaniyada 10 nazir istefa verə bilər

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11151] initstartout [0.00019] initstartin [0.00094] calstart [0.01127] calend [0.00045] topnewsend [0.00340] rsssend [0.00000] ehgend [0.00556] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08914]