Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:26 - 19.09.2018  
Arif Seyidov məzuniyyətə çıxdı - “XƏYANƏTƏ UĞRADI”
Tarix: 15-01-2018, 15:59 | Bölmə: Xəbərlər » Ölkə içi

Göygölün kəmfürsət və nankor məmurları dedi-qodu və yalan gəzdirir!

Göygöldə qəribə hadisələr baş verir. Bir müddətdir rayonun icra başçısı Arif Seyidovun məzuniyyətdə olması bəzi yerli məmurların məkrli niyyətlərini və əsl iç üzlərini ortaya tökür.

"Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, icra başçısının məzuniyyət hüququndan -dincəlmək şansından istifadə etməsi öz karyeralarını tam mənada ona borclu olan yerli məmurlarda dönüklüyə, passiv idarəetməyə səbəb olub. Mənbəmizin xəbərinə görə, icra başçısının müvəqqəti iş başında olmaması rayonda arzuolunmaz qalmaqallar yaşadıb. Ortada süni problemlər görünür.

Bu halı pisləyən və baş verənlərin rayon rəhbərliyinə qarşı sayqısızlıq hesab edən mənbəmiz deyir ki, Göygöldə məmurların ağzından bəzi dedi-qodular yayılıb.

”Rayona yeni icra başçısı təyin olunacaq” – Müzakirəsi

Yayılan şaiyyələrə görə, 2006-cı ildən Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsini daşıyan Arif Seyidov tezliklə kürsüsündən atılacaq. Yerinə isə guya millət vəkili xanım Qənirə Paşayeva, və ya prezidentin baş mühafizəkarı General Bəylər Eyyubovun  yaxın bir qohumu - adamı təyin olunacaq.

"Demokratik.Az”-a bunlar barədə danışan mənbənin sözlərinə görə, təbii ki, Arif Seyidovun hazırki vəzifəsi ömürlük vəzifə deyil. Nə vaxtsa, gec ya tez belə bir dəyişiklik zəruri və labüddür. Lakin cənab Seyidovun vəzifə hərisi olmadığını və indiyədək işlərinin öhdəsindən məharətlə gəldiyini deyən mənbəmiz belə bir söz-söhbətin son günlərdə sürətlə yayılmasını təsadüfi saymır. Həmsöhbətimiz hesab edir ki, bəzi çoxbilmişlər başçının məzuniyyətdə olmasından yararlanaraq qəsdən dövriyyəyə belə dezinformasiyalar sızdırırlar.

"Görünür, bu kimlərinsə işinə yarayır deyə ağzına gələni danışır. Axı, icra başçılarını vəzifəyə təyin və azad etmək səlahiyyəti prezident cənab İlham Əliyevə aiddir. Belə bir təyinatın nə zaman reallaşacağını bilmək, hansısa kadr seçimini əvvəlcədən dəqiqliklə proqnozlaşdırmaq isə gülməlidir. Yəni, bu işlər dedi-qodularla, ehtimallarla olmur axı!” –deyə mənbəmiz bildirib.

O xatırladıb ki, ölkə başçısı 2017-ci ilin iyulunda Arif Seyidovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib. Və ötən ilin avqustunda prezident cənab İlham Əliyev Göygöl rayonuna səfər edərək rayonda görülən işlərlə əlaqədar səlahiyyətli nümayəndəsinə razılığını ifadə edib. Bu məntiqlə düşünsək və rayondakı durumu dəyərləndirməyə çalışsaq, demək olar ki, Arif Seyidovun tezliklə əvəzlənəcəyi inandırıcı səslənmir.

"Bir məktəbdə formal maliyyə yoxlaması "aparıldı” – Həqiqətlər gizlədiləcək!?

"Demokratik.Az”-da hələ ötən ilin oktyabrından fəaliyyəti dəfələrlə tənqid olunan Göygöl şəhər 3 saylı tam orta məktəbində yol verilən nöqsanların araşdırılması da Arif Seyidovun məzuniyyət dönəminə təsadüf edib. Ötən həftənin cümə günü Təhsil Nazirliyinin 8 Saylı Regional Ərazi Maliyyə Hesablama Mərkəzinin əməkdaşları məktəbə gələrək "maliyyə təftişi” həyata keçiriblər. İldırımsürətli və qısamüddətli maliyyə yoxlaması planlı şəkildə axşam saatlarında baş tutub. Yoxlamaya Göygöl TŞ-nin işçiləri də cəlb olunub və ilkin məlumata görə, məktəbin direktoru R. Atayevanın fəaliyyətindəki maliyyə pozuntularının gizlədilməsi qərara alınıb. Yoxlama barədə icra başçısına məruzə olunmadığı deyilir. Təsəvvür edin ki, məktəbdə gizli keçirilməli olan yoxlamadan rayon rəhbəri bixəbər olsa da, başqaları məlumatlandırılıb.  Qonaqların gəlişinə hazırlıqlar elə təşkil olunub ki, texniki işçilər də laborantlar da şou xatirinə məktəbdə olub. Sənədlərə də əvvəlcədən əl gəzdirilib, guya "qaydasına salınıb”. Bizim üçün indidən çox maraqlıdır.

Bir saata işlərini bitmiş hesab edən yoxlama görəsən nəyi və necə araşdırıb?

"Demokratik.Az” saytı konkret olaraq gizlədiləcək maliyyə nöqsanlarına toxunmadan hələlik oxucuların diqqətinə bir daha çatdırır ki, məktəbdə aylardır ki, xarici dili dərslərinin bölgüsündə nöqsanlar var. Əsas səbəb kimi sinif çatışmazlığı irəli sürülə bilər. Belə ki, dil dərslərinin tədrisi tabeldə bölünsə də, keçirilməyib. Bəzi yaxşı hallarda bu fənnin tədrisi faktiki bir müəllimin üzərinə düşüb. Belə çıxır ki, aylardır xarici dili müəllimlərinə və məktəbin bir neçə işçisinə havayı maaş yazılıb. Bundan başqa, sinif otağını bufetə çevirən direktor "Təhsil müəssisələrində iaşə və tibbi xidmətin təşkili Qaydası və Normaları”na da riayyət etmədən nöqsanlara yol verib. Təkcə bufetin müqaviləsiz və standarta zidd qaydalarla fəaliyyəti biabırçılıqlara yol açan amildir. Direktorun iradəsi ilə məktəbdə şagirdlərə ambulator tibb xidməti də düzgün təşkil olunmayıb. Bu ştat üzrə maaş alan şəxsin davamiyyəti və fəaliyyəti də nədənsə sərbəstdir. Təsadüfi deyil ki, məktəbin tibbi işçisi əsas vəzifələrini aylardır unudaraq, bir dəfə də olsun bufetdə şagirdlərə satılan cipsi, saqqız, sok, qutab və s digər şeylərin varlığına diqqət etməyib. Yəni göz görə-görə bu məktəbin, o cümlədən qida blokunun sanitariya-gigiyena və əksepidemik rejiminə, işçilərin vaxtlı-vaxtında tibbi müayinədən keçməsinə, risk qrupundan olan uşaqların fərdi qidalanmasının təşkilinə gündəlik nəzarət etmək funksiyası qəsdən pozulub. Müvafiq qayda və normaların 3.2.-ci bəndində deyilir ki, hər bir təhsil müəssisəsi tərəfindən tibb xidmətinin təşkili üçün müvafiq sayda otaqlar və avadanlıqlar ayrılır. Araşdırılsa, o da aydınlaşar ki, direktor bu qaydalara görə də heç bir iş görməyib. Bu və başqa faktlarla bağlı ayrıca yazacağıq. Analoji biabırçılıqlar onsuz da Göygöl məktəblərini bürüyüb və bir sıra ciddi məsələlərin Arif Seyidovdan gizlədilməsi təəssüf doğurur. Əgər, Göygöldə məktəbin birində direktorun əxlaqsızlığı rəsmən 2 ailənin dağılması ilə nəticələnsə də cəzalanmırsa, başqa məktəbdə hər gün kriminal hadisələr - bıçaqlanmalar baş versə də cinayət ört-bas edilirsə, bir direktorun da yaşı 70 ola-ola işləyirsə bu kimi halların səbəbi araşdırılmalıdır. Rayonda fəaliyyət göstərən məktəblər barədə hazırladığımız maraqlı yazını bu günlərdə oxucu diqqətinə çatdıracağıq. Güman edirik ki, redaksiyamıza daxil olan bir sıra ilginc faktlar cənab Arif Seyidovdan da illərlə gizlədilib. Təəssüf ki, rayon təhsilindəki doğruları başçıdan gizlədən şəxslər etimadına dönük çıxanlardı. Əsas fiqurlar isə İHB-nin hümanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, digəri də haqqında dastanlar dolaşan təhsil müdiri Elbrus Atayevdir. 

Göygöl şəhər icra nümayəndəsi Göygöl SSİ-yə "tas qoymaq "istədi, özü cərimələndi - Əhmədzadə niyə əsəbiləşdi?

Arif Seyidov məzuniyyət müddətində Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı ASC”-nin qocaman rəhbəri Əhməd Əhmədzadədən telefon zəngi alıb.

"Demokratik.Az”-ın məlumatına görə, Mirzə Məmmədov Arif Seyidovun yoxluğundan istifadə edərək, başçıdan xəbərsiz rayon SSİ-nin rəisi İlqar Məhərrəmova qanunsuz tələblər irəli sürüb. Tələbin maddi və digər öhdəlik məsələləri ağır olduğundan məsələ barədə Əhmədzadəyə məlumat verilib. Əhmədzadə isə məmurun qanunsuz hərəkətinə əsəbiləşib və öz növbəsində olay barədə icra başçısına məlumat verib. Təcli tədbir görülməsini istəyib. Hadisənin axarı Mirzə Məmmədovun rəsmən cərimələnməsi ilə nəticələnib.

Saytımıza sızan xəbərə görə, uzun illərdir Gəncə çayının sol sahilində 10 hektarlarla torpaq sahəsi Mirzə Məmmədova məxsusdur. Şəhər icra nümayəndəsi zəpt etdiyi torpaq sahələrində əkin-biçin işləri ilə bərabər, son illər göllər də yaradaraq balıqçılıq təsərrüfatı ilə məşğul olub.

Qalmaqaldan sonra Əhmədzadə səviyyəsində müəyyən edilib ki, M.Məmmədov indiyədək bir dəfə də olsun Suvarma Sistemləri İdarəsinə ödəniş etməyib. Yəni, Gəncə çayının suyu M. Məmmədovun torpaq sahəsinə həmişə pulsuz axıb. Hələlik dəqiqləşdirə bilmədiyimiz məlumata görə, ötən həftə Əhmədzadənin göstərişi ilə yerli məmura küllü miqdarda cərimə cəzası tətbiq olunub. Göygöl SSİ-nin sabiq rəisi Namaz Quliyevin bu qalmaqala cəlb olunduğu, Mirzə Məmmədovun müdafiəsinə qalxdığı da aldığımız xəbərlər sırasındadır. İdarənin maxinasiyalarını yaxşı bilən keçmiş melioratordan məsləhətlər (dannılar) alan icra nümayəndəsi qisasçılıq zəminində qarşı tərəfə kompromat savaşı açacağı mesajını verib.   

Baş verənlərdən bu qənaətə gəlmək olar ki, karyeralarını Arif Seyidova borclu olan məmurlar belə, onun müvəqqəti yoxluğunda anarxiyaya, dedi-qoduya və qalmaqala yol verirlər. Bu isə Seyidov üçün çox təhlükəli tendensiyadır!. Arif Seyidovun 20 yanvar tarixinədək işinin başına dönəcəyi deyilir.

Osman Nərimanoğlu

Adıçəkilən hər kəsin söz haqqını tanıyırıq!

"Demokratik.Az"

Xəbər 4087 dəfə oxunub






Oxşar xəbərlər

40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi
Elçin Quliyevin oğlu da hərbi xidmətə getdi
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11441] initstartout [0.00016] initstartin [0.00074] calstart [0.00881] calend [0.00049] topnewsend [0.00399] rsssend [0.00000] ehgend [0.00728] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09236]