Demokratik TV
Xəbər lenti
Fazil Məmmədovun Göygöldəki villasında yanğın: qəsd, yoxsa..
- 28 dek 2017, 09:43
Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasından sonra onun villalarından birində dəhşətli yanğın baş verib. Olay Göygöl rayonunun Üçtəpə qəsəbəsində olub.
Demokratik.Az xəbər verir ki, "Yeni Müsavat”ın reportyor qrupu sözügedən ünvandan reportaj hazırlayıblar.
Bildirilir ki, sözügedən ərazidə, Üçtəpənin girişinə yaxın hissədə böyük - qazonla örtülmüş, müxtəlif dekorativ ağaclar, üzüm bağı salınmış həyətdə 2 qoşa imarət var.
Üçtəpədə vaxtilə Zaqafqaziya Hərbi Dairəsinin yerləşmiş olduğu hərbi hissənin ərazisində inşa edilən 2 yanaşı və son dərəcə dəbdəbəsi ilə seçilən qoşa imarətdən çıxan tüstü Bakı-Şəmkir yolundan da görünüb. Jurnalistlər sabiq nazirin mülkünə çatanda orada Göygöl Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadaları işləyirmiş. Ərazidə 10-a yaxın yanğınsöndürən maşın alovun qarşısını almağa çalışıb.
Kənd sakinləri də yanğınsöndürənlərə kömək edib.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Fazil Məmmədovun qohumlarının siyahısı tutulur
Fazil Məmmədov günün əsas mövzusu olaraq qalır - önəmli İDDİALAR
Fazil Məmmədovun "yeznəsi ölkədən 10 milyonla qaçıb"?
Əhəd Abıyev Daşkəsəndə meşə yanğını olan ucqar əraziyə gedib
GÖYGÖL RAYONUNDA TƏHLÜKƏ! UZUNTALADA MÜƏMMALI SƏNGƏRLƏR QAZILIR
Fazil Məmmədov hansı xəstəlikdən əziyyət çəkir? (ŞOK İDDİA)
Yeyib-içib dostlarını meşədə basdırdılar
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti