Şeyxülislam: “Mən nə qədər varam, qurultay keçirilməyəcək”

  • 22 dek 2017, 09:15
"Mən nə qədər həyatda varam, Qafqaz MÜsəlmanları İdarəsinin qurultayının keçirilməsinə ehtiyac yoxdur”.
 
APA-nın məlumatına görə, bunu QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
 
O qeyd edib ki, qurultay idarəyə sədrin seçkisi münasibəti ilə keçirilir: "Son qurultayda ömürlük sədr seçildiyim üçün nə qədər mən həyatdayam, belə bir qurultayın keçirilməsi nəzərdə tutulmur”.
Oxşar xəbərlər