Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:00 - 18.10.2019  
İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
Tarix: 6-12-2017, 16:04 | Bölmə: Xəbərlər » Ölkə içi

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - "Bakutel-2017” ilə tanış olublar.
"Report” xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.

Bildirilib ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunur.

Nazir Ramin Quluzadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə də məlumat verib.

Qeyd olunub ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar "Elektron imza" sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq infrastruktur artıq hazırdır. Gələn ildən "Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan "Elektron Hökumət" portalıdır. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər. "Güzəştli mənzil sistemi” artıq portala inteqrasiya olunub, burada "Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, bu il portala 40 yeni xidmət əlavə olunub. Görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanan "Danışan Kitabxana”ya Heydər Əliyev Fondunun təşəbbüsü ilə 200 kitab əlavə edilib.

Sonra dövlət başçısına və birinci xanıma "Baktelecom” və "Aztelekom”un il ərzində həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib. Müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərindən əhaliyə telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərindən xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da əhatə edəcək. "İctimai İnternet” layihəsi çərçivəsində 18 məkan pulsuz internetlə təmin olunub. Avropada 1 internet provayderinin təmin etdiyi ən geniş pulsuz "Wi-Fi” zonası Bakıdadır.

Daha sonra "AzInTelecom”un beynəlxalq səs trafiki mübadiləsinin təşkili, telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması, eləcə də Regional "Data Mərkəzi”nin texniki imkanları vasitəsilə "bulud” əsaslı xidmətləri barədə məlumat verilib. Beynəlxalq səs trafikinin təşkili üçün istifadə edilən kommutasiya şəbəkəsi tam surətdə yenilənərək IP əsaslı yeni Beynəlxalq Kommutasiya Sistemi qurulub.

Yeni yaradılan xidmət mərkəzlərindən biri də "Şəbəkə”dir. Hazırda respublika üzrə 5 "Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə "Şəbəkə" mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, bu il 25 yaşını qeyd edən "Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2017-ci ildə bir sıra işlər görülüb. "Azərbaycan poçt markalarında” adlı kitab həm yerli, həm də əcnəbi filatelistləri ölkəmizin mədəni irsi ilə tanış edir.

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qurumun həyata keçirdiyi layihələr barədə məlumat verilib. 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan Azərkosmos "Azərspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, səs, video məlumatlarının ötürülməsi və digər xidmətləri təqdim edir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan "Azərkosmos” ASC-nin yaradılmasından ötən dövr ərzində bu qurum ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.

Sərgidəki Yüksək Texnologiyalar Parkında yerli startapçılar tərəfindən hazırlanan məhsullar nümayiş olunur. "Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların layihələri böyük maraqla qarşılanır.

Sonra Prezident İlham Əliyev "Euronews” və "Rossiya-24” televiziya kanallarının suallarını cavablandırıb.

Sərgidə Virtual Cərrahiyyə barədə də məlumat verilib. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları artırılmış reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər. Üzdə aparılan rekonstruktiv cərrahi əməliyyatlara yüksək funksional və estetik tələblər qoyulur. Bu metodika nəticəsində qısa müddətə yüksək dəqiqlik, təhlükəsizlik və estetik nəticələrə nail olmaq mümkündür.

Sərgidəki "Oyun zonası”nda Yüksək Texnologiyalar Parkının biznes inkubatorunda fəaliyyət göstərən yerli "startap”lar - "Pazl xalça” və "Yüksəklik” oyunlarını təqdim edirlər. "Pazl xalça” oyunu Azərbaycan xalçaçılıq məktəblərinin, xalça növlərinin öyrənilməsini və tarixi dəyərlərə sevgi ruhunun aşılanmasını təbliğ edəcək. "Yüksəklik” virtual reallıq döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunu hazırlayanlar 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla işğaldan azad etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıblar. Burada, həmçinin "Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar da nümayiş olunur. Şirkət bir il ərzində qlobal bazarda auditoriyası 3 milyondan artıq olan 4 oyun istifadəyə verib.

Məlumat verilib ki, Rusiya Federasiyası sərgidə geniş təmsil olunur. Rusiyanın 5 şirkəti televiziya şəbəkələri və onlayn video üçün platformalar, bu sahədə müxtəlif xidmətlərini təklif edir. Bundan başqa, Rusiyanın stendində mobil şəbəkələrin optimallaşdırılması və radioölçmələr, peşəkar texniki təlimlər, eləcə də şəbəkənin idarə edilməsi və nəzarət üzrə həll variantlarının hazırlanması və tətbiqi sahəsində ixtisaslaşmış xidmətlər nümayiş olunur.

Fransa "Bakutel-2017”sərgisində 4 şirkətlə təmsil olunur. Bunlar qlobal proqram hazırlığı üzrə dünyada tanınmış şirkətlərdir. Eyni zamanda, Fransa stendlərində sənaye üçün qabaqcıl texnologiyalar, batareyaların hazırlanması və quraşdırılması, həmçinin yaşayış və qeyri-yaşayış binaları, məlumat mərkəzləri, ofis məkanları üçün şəbəkə avadanlığı və müşahidə sistemləri təqdim olunur. Bu ölkənin şirkətləri alıcılara təhlükəsiz mobil rabitə həlləri, iOS və Android telefonlarının zənglərini, mobil məlumat axınlarını, mesajların, elektron və poçt mübadiləsini şifrələyən sistemlərini təklif edir.

"Bakutel-2017”sərgisində Sərgidə iştirak edən ölkələr arasında Sloveniya da var. Bu ölkə 10 ildən artıqdır ki, "Bakutel” sərgisində iştirak edir. Sloveniya pavilyonunda İKT avadanlıqları, yeni texnologiyalar nümayiş olunur. Stendlərdə rabitə, dəmir yolu, energetika, təhlükəsizlik sahələrində İKT məhsulları barədə məlumat verilir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının pavilyonuna gəliblər. Məlumat verilib ki, Türkiyə digər sərgilərdə olduğu kimi, "Bakutel-2017”də də geniş təmsil olunur. Qardaş ölkənin ümumilikdə 4 aparıcı şirkəti burada məhsullarını təqdim edir. Bu məhsullar arasında peyk sistemləri, rabitə, mobil və milli poçt operatorlarının xidmətləri yer alır. Türkiyə bu sərgiyə böyük maraq göstərir və hər il şirkətlərin təklif etdiyi xidmət və məhsulların çeşidi artır.

Kanada artıq 8 ildir ki, "Bakutel” sərgisində təmsil olunur. Budəfəki sərgidə Kanadanın 5 şirkəti simsiz, məlumat və sabit komunikasiya şəbəkələri, telekommunikasiya cihazları ilə bağlı məhsullarını nümayiş etdirir.

"Bakutel-2017”nin fəal iştirakçıları arasında İran İslam Respublikası da var. İranın 9 şirkəti sərgidə intellektual məhsullarını nümayiş etdirir. Yüksək səviyyəli bu məhsullar böyük maraqla qarşılanır. Burada əsasan "startap” layihələri barədə məlumat verilir. İran şirkətlərinin də "Bakutel” sərgisinə marağı ildən-ilə daha da artır.

Gürcüstanın 4 şirkəti "Bakutel-2017”də məhsullarını təqdim edir. Bu şirkətlər inşaat sənayesi üçün innovativ platformalar və İKT layihələri, "startap” və interaktiv dil öyrənmək üçün tətbiq ilə bağlı məhsullarını nümayiş etdirir.

İtaliya-Azərbaycan Ticarət Palatasının da sərgidə stendi var. Burada telekommunikasiya, naviqasiya, Yerin fəzadan müşahidəsi, ətraf mühitin idarə edilməsi, kəşfiyyat, elm və orbital infrastrukturlar üçün yüksək texnologiyalar üzrə həllər sahəsində 40 illik təcrübəsi olan İtaliya şirkəti məhsullarını nümayiş etdirir. Şirkət ölkəmizlə İKT sahəsində əməkdaşlıqda maraqlıdır.

Xorvatiya da "Bakutel” sərgisinə böyük maraq göstərir. Sərgidə bu ölkənin 5 şirkəti bulud və üztanıma texnologiyaları, mehmanxanalar, səhiyyə müəssisələri, aviasiya sənayesinin idarə edilməsi üçün proqram təminatı təqdim edir.

Birləşmiş Ərəb Əmirliklərinin stendində İT aktivlərinin ömrünü uzatmağa imkan verən məlumat mərkəzləri üçün texniki xidmətlər təklif olunur. Burada, həmçinin video, audio və məlumat siqnallarının qəbulu və yayılması üzrə texnologiyalar maraqla qarşılanır.

"Bestcomp” Cənubi Qafqaz və Orta Asiyanın İKT üzrə aparıcı şirkətidir. 2017-ci ildə şirkət ABŞ-ın Çikaqo şəhərində ilin ən yaxşı tərəfdaşı seçilib. Sərgidə şirkətə məxsus innovativ həllər nümayiş etdirilir. Həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan "Htech İnvest” şirkətinin Azərbaycanda istehsal etdiyi "Acer” kompüterləri təqdim olunur.

Sərgidə iştirak edən "AzQtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda 4G texnologiyası əsasında genişzolaqlı mobil internet xidməti göstərən operatordur. "Sazz” internet brendi ilə tanınan şirkət ölkənin ən böyük internet provayderlərdən biridir. Abşeron yarımadasında, eləcə də digər şəhərlərdə simsiz, limitsiz və yüksək sürətli internet təqdim etmək məqsədilə şirkət sərgidə ən son texnologiyaları nümayiş etdirir.

"Huawei” şirkəti Azərbaycan bazarına 2002-ci ildə daxil olub. 2004-cü ildə şirkətin ölkəmizdə nümayəndəliyi, 2011-ci ildə isə filialı təssis edilib. "Huawei” hər zaman İKT sənayesinin inkişafını təbliğ etməyi, ticarət və mədəniyyət əlaqələri mövzusunda yardımçı olmağı qarşısına məqsəd qoyub. İndiyədək şirkət Azərbaycandakı bütün əsas telekommunikasiya operatorları ilə əməkdaşlıq qurub və əhalinin təxminən yarısını əhatə edən telekommunikasiya şəbəkəsi yaradıb.

"Nokia” şirkəti də "Bakutel-2017” sərgisində təmsil olunur. Şirkət bütün dünyanı birləşdirən texnologiyalar hazırlayır və "Nokia Bell” laboratoriyalarının tədqiqat və innovasiyasından istifadə edərək xidməti provayderlərini, iri müəssisələr və istehsalçıları ən mükəmməl və fasiləsiz İKT xidmətləri ilə təmin edir.

Dövlət başçısı "Microsoft” korporasiyasının stendi ilə də tanış olub. "Microsoft” 1975-ci ildə təsis olunub və proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server əlaqələri üçün server tətbiqləri var. Şirkət ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir.

Sonra dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzinin foyesində "Azərmarka” tərəfindən il ərzində dövriyyəyə buraxılan ən maraqlı poçt markalarından ibarət fotoqalereyaya baxıblar.

 

 

Xəbər 2198 dəfə oxunub






Oxşar xəbərlər

12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37173] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00932] calend [0.00052] topnewsend [0.00602] rsssend [0.00000] ehgend [0.08512] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26918]