Yasamalın yeni icra başçısı KİM olacaq? - İDDİALAR VƏ XÜLYALAR

  • 28 noy 2017, 20:05

Dörd ay əvvəl Yasamalın Sovetski məhəlləsindəki "Hacı Cavad" məscidinin sökülməsindən sonra işindən atılan icra başçısı İbrahim Mehdiyevin kürsüsü hələ də boş qalıb. İndiyədək Yasamal rayonunun İcra Hakimiyyətinin başçısı postuna yaxın gələcəkdə kimin təyin ediləcəyi mətbuatın müzakirə predmeti olub. Müxtəlif iddialar səsləndirilir, lakin əksəriyyətinin reallıqla heç bir uzlaşması yoxdur. Dəlilsiz mülahizələr, müzakirələr aparılır. Dəyərli bəzi KİV nümayəndələri boş gördükləri bu posta kimi istəsələr yerləşdirirlər, onlarla məmuru adbaad bu posta iddialı kimi göstərirlər. Lakin reallıqda Yasamala kimin rəhbər gələcəyi məsələsi bir sirr olaraq qalır.

 

"Demokratik.Az"a bu barədə qısa məlumat verən rəsmi mənbənin dediklərinə görə, saytlardakı iddiaların heç bir əsası yoxdur və Yasamala gözlənilən təyinat hamı üçün sürpriz olacaq. Gözlənilməz bir ismin tezliklə Yasamala başçı təyin olunacağını deyən mənbəmiz ad çəkməyib.

 

"Demokratik.Az" xatırladır ki, icra başçılarının təyin olunması ölkə prezidentinin müstəsna səlahiyyətidir və bu təyinata dair dəqiq məlumatın KİV-ə ötürülməsi və hansısa iddiaların çin olacağı inandırıcı deyil. 

Demokratik.Az

Oxşar xəbərlər