Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:52 - 19.06.2018  
“8-ci kilometr” bazarı Fərhad Əliyevin adına çıxdı - "MTN İŞİ"ndə şok
Tarix: 27-11-2017, 09:37 | Bölmə: Xəbərlər » Ölkə içi

Bazarın sahiblərindən biri: "Əgər bazar Fərhad Əliyevindirsə, onu çağırıb məhkəmədə bu haqda soruşmalı idilər...”

“8-ci kilometr” bazarı Fərhad Əliyevin adına çıxdı"Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bazarı sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adına çıxardı, sonra da götürüb dövlətin nəfinə müsadirə olunması qərarı verdi” - "Vosmoy bazarı” kimi tanınan "8-ci kilometr bazarı”nın sahiblərindən biri Salman Səfərov belə deyir.

Onun sözlərinə görə Həbib Həsənovun iş üzrə çıxardığı hökm qanunsuzdur. S.Səfərov qardaşı Qəhrəman Səfərovla birlikdə hazırladıqları apelyasiya şikayətini artıq Bakı Hərbi Məhkəməsinə təqdim ediblər. Sahibkarın sözlərinə görə, Həbib Həsənovun hökmü hərtəfərli ədalətsizdir: "Biz apelyasiya şikayətimizdə bazarın geri alınmasını tələb edirik. Qardaşımla birlikdə eyni iş üzrə zərərçəkmişik, şikayətimizi də bir yerdə vermişik. İttihamda yazılırdı ki, Akif Çovdarov quldurluq yolu ilə 33 milyon manat əldə edib. Amma hökmdə quldurluq məsələsinin üstündən hakim sükutla keçib. Hakim ədalətsiz qərar çıxarıb. Akif Çovdarov, Hilal Əsədov bazarı bizim əlimizdən quldurcasına, Fərhad Əliyevin adını ortaya atmaqla alıblar. Bu adamlar Eldar Mahmudovun göstərişi ilə bazarı əlimizdən alıb öz aralarında bölüblər. Bu gün Akif Çovdarov həbsdə olsa da, ona az da olsa cəza verilsə də, Hilal Əsədov azadlıqda gəzir. Hökm üzrə dövlətə 33 milyon manat pul köçürüblər. Hakim A.Çovdarovun həmin pulları hansı yolla əldə etməsini aydınlaşdırmır, hökmdə yazmır. Aydındır ki, bu pullar quldurluq yolu ilə əldə edib. Əgər hakim bu məqamı aydınlaşdırsaydı, gərək Akif Çovdarova quldurluq ittihamı verilərdi, bazarın əlimizdən quldurluqla alındığını da təsdiq edərdi. Bunu etmədilər. Eldar Mahmudov Fərhad Əliyevin adını necə ortaya atıb bizə qarşı quldurluq təşkil etmişdisə, Hakim də faktiki olaraq onların quldurluqlarına don geydirdi. Bizim Fərhad Əliyevlə heç bir əlaqəmiz yoxdur. Məhkəmə ortaya bunu təsdiqləyən bir sübut qoya bilmədi. Amma hökmdə yazdılar ki, bazar Fərhad Əliyevindir, ona görə də dövlətə keçir. Əgər bazar Fərhad Əlievindirsə, onu çağırıb məhkəmədə bu haqda soruşmalı idilər. Amma bunu da etməyiblər. Faktiki quldurluqla əlimizdən alınan bazarı Fərhad Əliyevin adına çıxarmaqla dövlətə keçirdilər. Bu bizə qarşı növbəti cinayətdir. Bu işlər Eldar Mahmudovun göstərişi ilə baş tutub. İcraçılar Akif Çovdarov, Hilal Əsədov olub. Hilal Əsadov ifadəsində də təsdiqlədi ki, bazarın əlimizdən alınmasını Eldar Mahmudov tapşırıb”.

S.Səfərov bildirib ki, şikayətlərində həmçinin Akif Çovdarova ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm verilməsini tələb ediblər: "Bizim əlimizdən bazarın alınması Eldar Mahmudovun göstərişi ilə olub. Burada Hilal Əsədovun da adı keçir. Bazara 50 faizinə sahib olan Hilal Əsədov kənarda qalıb. Biz şikayətimizdə onun barəsində cinayət işinin başlanmasını istəmişik. Akif Çovdarovu tutsalar da, cinayətkarın biri kənarda qalıb. Akif Çovdarov bazarı Hilal Əsədovla bölüb. Bazarın yarısı Hilal Əsədovun arvadının, yarısı da Akif Çovdarovun qızının adına keçirilib. Hilal Əsədov da məsuliyyətə cəlb olunmalıdır”.

S.Səfərov bildirib ki, prokurorluq onlara maddi və mənəvi zərərin miqdarını 8 milyon 100 min manat təyin edib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə "Vosmoy bazarı” kimi tanınan "8-ci kilometr bazarı” dövlət nəfinə müsadirə edilib. İstintaq sənədələrinə görə, "Vosmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, bir hissəsi isə MTN -də nazir müavini olmuş Hilal Əsədovun həyat yoldaşının adına olub. Bu epizod üzrə isə Səfərov qardaşları zərərçəkən kimi tanınmışdı. Onlar bazarın Akif Çovdarov və Hilal Əsədov tərəfindən əllərindən zorla alındığını bildirib və bazarın geri qaytarılmasını istəmişdilər. Zərərçəkmiş deyib ki, apelyasiya şikayətlərində bazarın onlara qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddialarının da təmin olunmasını istəyib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Xəbər 987 dəfə oxunub






Oxşar xəbərlər

Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13233] initstartout [0.00026] initstartin [0.00131] calstart [0.01650] calend [0.00097] topnewsend [0.00680] rsssend [0.00000] ehgend [0.01062] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09494]