Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:33 - 16.01.2019  
Gədəbəyin icra başçısı yeni “Müsibəti-Fəxrəddin”“yazır”
Tarix: 23-11-2017, 22:31 | Bölmə: Xəbərlər » Ölkə içi

Ramiz Yediyarov sahibkar Fəxrəddin Bağırovun  obyektinin qarşısına daş hasar çəkdirib; sakinlər: "Prezident sahibkarlığın inkişafı üçün əlindən gələni edir, Gədəbəydə isə tam əksidir”

Söhbət ölməz yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin” əsərindən getməyəcək. Gədəbəyli sahibkar Fəxrəddin Bağırovun başına gətirilən müsibətdən bəhs edəcəyik.

Gədəbəydə nə baş verib?

Gədəbəyin icra başçısı yeni “Müsibəti-Fəxrəddin”“yazır”Gədəbəydə günün-günorta çağı sahibkar Fəxrəddin Bağırovun obyektinin qapısına bir maşın daş tökərək girişini hörüblər. İşini iflic edib özünü isə rayondan didərgin salıblar. İnanılası deyil, amma bu baş verib. Bakıdan Gədəbəyə 440 kilometrlik yolu qət edib mənzil başına çatana qədər biz də belə bir hadisənin baş verə  biləcəyinə inanmırdıq. Azından ona görə ki, belə bir hadisə ölkə rəhbərliyinin sahibkarlığın inkişafı üçün apardığı siyasətə daban-dabana ziddir. Düşünürdük ki, bunu edənlər ən azından rəsmi qəzetləri alıb oxuyurlar.  Gədəbəyin mərkəzi hissəsində yerləşən həmin obyektə çatırıq və gördüklərimiz əlimizi üzümüzdə qoyur.  Sahibkar Fəxrəddin Bağırovun söylədikləri acı həqiqətdir. Bu gün Gədəbəyin mərkəzi hissəsinin yarım kilometrliyində, Heydər Əliyev prospektində sahibkarın obyekti faktiki olaraq təcrid edilmiş durumda, blokada vəziyyətindədir. Dinlədiyimiz sakinlər deyir ki, icra başçısı Ramiz Yediyarovun onunla  apardığı ədavətin tarixi 6 il əvvələ gedib çıxır. R.Yediyarov başçı təyin ediləndən sonra günün birində sahibkarın obyekti qarşısında rayon mənzil kommunal təsərrüfat işçiləri peyda olublar. Və tikinti mağazasının giriş qapısını daşla hörüb üzərindən də dekorativ daşlardan sədd çəkiblər. Həmin vaxt bu söhbət  bütün Gədəbəyə yayılsa və rayonun sərhədlərini aşıb Bakıya qədər gəlib çatsa da, sahibkarın dadına yetən olmayıb. Ötən illər ərzində sahibkar ticarətinin qarşısına çəkilən başçı səddini obyektin Heydər Əliyev prospektinə açılan yeganə çıxışı üzərindən aşa bilib. Bunu Gədəbəydə bilməyən yoxdur. Məsələdən agah olan yerli sakinlər deyirlər ki, F.Bağırov ötən illər ərzində beləcə çox çətin şərtlər altında fəaliyyətini davam etdirmək məcburiyyətində qalıb. Bu il noyabrın əvvəlində isə obyektin yeganə və əsas giriş qapısı da hörülüb.

"Başçı onunla prinsip aparır. İllərdir ki, Fəxrəddin Bağırov başını birtəhər hərləyirdi, tikinti mallarını çox ucuz və nisyə satıb dolanırdı. Bir qədər əvvəl rayon işçiləri onun obyektinin yeganə qapısını da bağladılar.  Kimə nə deyəcək? Gədəbəy Bakıdan çox uzaqdır. Allah başçıya insaf versin. Nə deyək?” - adının çəkilməsini istəməyən rayon sakinlərindən biri belə deyir.

Digər bir sakin isə icra başçısının hərəkətlərindən rayonda narazılığın olduğunu gizlətmir: "Ramiz Yediyarov rayona başçı təyin olunandan sahibkarlarla yola getmir. Gah obyektlərini sökdürür, gah işığını kəsdirirdi. İndi də Fəxrəddinin obyektinin qapısını hasarladıb. Özünü də rayondan didərgin salıb. Cənab prezidentimiz sahibkarlığın inkişafı üçün əlindən gələni edir, adamlara iş yeri açılması üçün çalışır. Burada isə tam əksidir. Obyektlərin qapısına hasar çəkirlər, adamları işsiz-gücsüz qoyurlar. Belə hallardan sonra kim gətirib rayona pul yatırar? Sahibkarlığı inkişaf etdirər? Bakıda Gədəbəydə baş verən haqsızlıqlardan xəbərləri yoxdur. Olsaydı, belə bir həngamə çıxmazdı. Sahibkarın obyektinin qapısını hasarlamaq nə deməkdir?”  

Başqa bir sakin isə deyir ki, Ramiz Yediyarov F.Bağırovun obyektinin qarşısına daş hasar çəkdirib, onun  sənədli-sübutlu həyətyanı sahəsinin hasarını isə uçurtdurub: "Fəxrəddinin obyekti ilə həyətyanı sahəsi üz-üzədir. Başçı bir tərəfdən onun obyektinin darvazasını hördürürdü, əks tərəfdə-yolun o biri üzündə isə həyətyanı sahəsinə ağır texnika, traktor yeridib hasarını uçurdurdu. Hasarı yerləbir etdilər. Bunu Allah götürməz. Gədəbəydə insanlar safdır, bizə qarşı belə düşmən münasibət olmaz. Yəqin ki, Bakıda, mərkəzi hakimiyyət orqanlarında  bundan xəbərsizdirlər, cənab prezidentdən bu hadisələri gizlədirlər. Bu, sahibkara divan tutulmasıdır. Rayonda başçının hərəkətləri hər kəsi qəzəbləndirib. Sahibkarların bir çoxu obyektlərinə, mallarına xətər gələcəyindən çəkinirlər. Fəxrəddinin başına gətirilən müsibəti cənab prezident bilmir, bilsə, agah olsa, bütün bunlar aradan qalxar, haqsızlıq, ədalətsizlik ərşə qalxmaz”.

Ərazidə olarkən gördüklərimizə heyrət etdik. 3 tərəfi yarğanla əhatələnən, bir tərəfi hasarla hörülən tikinti malları satışı məntəqəsinə, sadəcə, giriş-çıxış yoxdur! Yəni sahibkara, ora gələcək müştərilərə məntəqəyə girib çıxmaq üçün 2 metrlik nərdivan lazımdır. Başqa cür hasarı aşmaq mümkünsüzdür. Biz ərazidə nərdivan tapa bilmədik. Elə hasara dırmanıb iç tərəfdən baş verənləri seyr etmək istəyirdik ki, şaqqıltı ilə bir köhnə ayaqqabı düz qabağımızda yerə çırpıldı. Ətrafa göz gəzdirib ayaqqabının haradan düşdüyünü müəyyən etməyə çalışırdıq ki, hasarın o üzündən daha bir ayaqqabının düz üstümüzə gəldiyini görüb ani olaraq kənara atıldıq. Özümüzü toparlayıb nə baş verdiyini aydınlaşdırmaq istəyirdik ki, hasarın üstündən ayaqlarını sallayan, "qadan alım, mənə əlini ver aşağı düşüm” sözlərini deyən 45-50 yaşlı bir qadını gördük.

Yaşlı qadının hasar üstünə necə çıxmasına heyrət etsək də, anladıq ki, əks tərəfdən hasara çıxmağa imkanlar bu üzdən daha artıqdır. Cəld qabağa keçib qadını birtəhər hasardan aşağı endirə bildik. Əllərindəki qabarlar, üzündəki qırışlar qarşımızda sadə bir kəndli qadın olduğunu pıçıldayırdı.   

Nə baş verdiyini anlamayan qadın söhbətə başladı, bizi  hasarı tikdirən bilib sorğu-suala tutdu.  

- Niyə buranı hasarlayıbsınız? İllərdir ki, yolumuzu yaxın etmək üçün buradan keçirik axı. İndi biz nə edəcəyik? Haradan gedib-gələcəyik?


Birtəhər qadına izah edə bildik ki, bu hasarı öz gözlərimizlə görmək üçün Bakıdan Gədəbəyə gəlmişik. Mətbuat nümayəndəsi olduğumuzu bilincə isə sadə kənd adamı olan qadın "sən Allah mənim admı heç hara yazmayın. Qəpik-quruş pensiya alırıq, onu da kəsərlər” deyib ayaqqabılarını götürüb uzaqlaşdı...  

Məntəqənin içinə hasara birtəhər dırmaşmaqla düşə bildik. Xeyli tikinti materialları artıq məntəqəyə gələ bilməyəcək müştərisini gözləyir. Qiymətləri üzərində yazılıb vurulub. Müxtəlif tikinti materialları malları, məişət cihazlarının ehtiyat hissələrinin satılması haqda elanlar asılıb, ustalara yönəlik məlumatlar gözə çarpır. Sahibkarın maşın-texnikası da ağzı günə qalıb zay olur. Məntəqənin iç tərəfindən yaxın keçmişə qədər Heydər Əliyev prospektinə açılan darvaza da diqqətimizdən yayınmır. Darvaza açıqdır, amma çıxış yoxdur - daş hasar böyük əngələ çevrilib.   

Məntəqənin qarovulçuları nə baş verdiyindən çiyinlərini çəkə-çəkə, həvəssiz danışırlar. Deyirlər ki, işləri iflic olub, məntəqədə işləyən fəhlələr də dağılışıblar. Sahibkar da daş hasarla darvazası hörüləndən Bakıya - səlahiyyət sahiblərinin qəbuluna gedib və geri qayıtmayıb.

Deyirlər ki, təxminən bir ay əvvəl fəhlələr səhərlər məntəqəyə - iş yerlərinə gəlib işləyir, qazanır və evlərinə gedirdilər. İndi isə ailələrini saxlamaq üçün iş tapmaq niyyəti ilə ətraf rayonlara, hətta Gəncəyə də  gedirlər. Məntəqənin içindən qapıları açırıq və Heydər Əliyev prospektinə çıxa bilmirik - səbəb isə sadədir. Bizi prospektlə daş hasar ayırır. O hasar ki, səsi-sorağı bütün Gədəbəyə, ətraf rayonlara, indi isə həm də Bakıya  sahibkarlığın qarşısına çəkilən böyük sədd kimi yayılıb...

"Yeni Müsavat”ın 
reportyor qrupu

Xəbər 2696 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"?
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə
Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb
Tomas de Vaal Qarabağ münaqişəsinin həllinin uzun olacağını dedi
REKTOR-DEKAN DAVASINA DEPUTATLAR DA QOŞULDU
“QƏHRƏMANLARI QORXAQ, GENERALLARI OĞRUDUR…” – Prezident İlham Əliyev
Əli Mirəliyev: “Aygün və Röya ilə...” - FOTO
Prezident İlham Əliyev: "...heç bir ölkədən asılı deyilik"
Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatıb
Rostov azərbaycanlıları adından ermənilərin Milad bayramını kim təbrik edib? - BƏYANAT
Bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib - FOTO
Prezident Qarabağdan danışdı: - "Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12266] initstartout [0.00015] initstartin [0.00070] calstart [0.00822] calend [0.00045] topnewsend [0.00341] rsssend [0.00000] ehgend [0.00614] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10303]