Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:48 - 17.06.2019  
İrimiqyaslı tikinti fırıldağı barədə şok məlumatlar – FOTO
Tarix: 8-11-2014, 08:55 | Bölmə: Xəbərlər » Ölkə içi

"Sevil” Mənzil-Tikinti Kooperativinin (MTK) bağlanmasından sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar ödədikləri məbləği geri ala bilmirlər. Zərərçəkənlər bildirirlər ki, "Sevil” MTK-ya məxsus yeni yaşayış massivi 3 ildir salınıb. Şirkətin sərfəli faizsiz kredit şərtləri, bu günə qədər rast gəlinməyən qəsəbə layihəsi müştərilərin şirkətlə müqavilə bağlamasında rol oynayan əsas amillərdən olub.

Zərərçəkən Ramiz Quliyev bildirir ki, onların "Sevil”dən torpaq sahəsi və mənzillər almasında ən əsas səbəb iki il ərzində televiziya kanallarında, metro stansiyalarında, şəhərin küçələrində reklam kampaniyaları aparması olub: "Bütün bunlara rəğmən hər hansı dövlət orqanı vətəndaşların "Sevil”ə cəlb edildiyi ilk dönəmlərdə oradakı tikintinin qanunsuz olduğunu demədi. Hətta orada "Sevil” MTK tərəfindən aparılan infrastruktur işlərinə – kanalizasiya, su, işıq xətlərinin çəkilişinə heç bir problem yaratmadı.

Biz də qohum-qonşudan topladığımız vəsaitlə, kimi də banklardan götürdüyü kreditlə torpaq sahələri alıb evlər tikdirməyə, bina evlərindən mənzillər almağa başladıq. Biz dövlətin vətəndaşın hüquqlarını qoruduğuna inanırdıq. Torpaq sahələrinin pulunu tam ödəyənlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışlar verməsi "Sevil”in dövlət tərəfindən qəbul edilmiş yaşayış ərazisi olmasını sübut etdi”.

Zərərçəkənlər bildirirlər ki, son iki ayda "Sevil”də işlər dayanıb. 250-yə yaxın tam və ya yarımçıq tikilmiş evlərin sahibləri, hələ bünövrəsi qoyulmamış binalarda mənzil almış vətəndaşlar çətin maddi vəziyyətə düşüblər. Üç minə yaxın müştəri və onların ailə üzvləri (təxminən 9-10 min vətəndaş) gərgin vəziyyətdədir.

"Bələdiyyə dövlətin verdiyi sənədi pulla zərərçəkmişdən alır”

Ramiz Quliyev deyir ki, min-bir əziyyətlə tikdikləri evlərin sökülməsi və torpaq sahələrinin əllərindən alınması onlar üçün ağır sınaq olub: "Bizi narahat edən bir məqam da var. Belə ki, torpaq sahəsinə görə Dövlət Reyestri Xidmətindən mülkiyyətçilərə verilən çıxarış pulla Hökməli bələdiyyəsi tərəfindən alınır. Bu, müştərilərin qanuna əsaslanan mülkiyyət hüquqlarının, ümumilikdə isə "Sevil” massivindəki həqiqətlərin gizlədilməsi məqsədini daşıyır. Çıxarışların alınması nəticəsində zərərçəkmişlər gələcəkdə öz hüquqlarını müdafiə edə bilməyəcək”.

"Əlbəttə, hacı Aynur 68 milyon manatı tək yeməyib”

Zərərçəkənlərdən olan Azad Sultanzadə iddia edir ki, "Sevil”in rəhbəri hacı Aynur kimi tanınan Aynur Zeynalov vətəndaşların 68 milyon manatını mənimsəyib: "”Sevil” massivində 500 fərdi ev tikilib. Verilən pullar adambaşına orta hesabla 50000 manatdan hesablasaq 25 milyon manatdan söhbət gedir. Əlbəttə, hacı Aynur 68 milyon manatı tək yeməyib. "Sevil”in xəritəsinə diqqət etsək, görərik ki, Hökməli Bələdiyyəsi A.Zeynalov üçün 250 hektar torpaq sahəsi ayırıb. Bu hektar 5000 manatdan 125 milyon manatadək vəsait edir. Xəritədən məlum olur ki, torpaq sahəsinin hamısını satmayıblar.

Öyrənmişəm ki, "Sevil” massivindəki mülkiyyətçilərdən 200-nün mülkiyyət kağızı (kupçası) var idi. Bu günə qədər ancaq onların verdikləri pullar qaytarılıb. Məlum oldu ki, vətəndaşlara 1.400.000 manat qaytarıblar”.

"Yenidən "Sevil” yaşayış massivi satışa çıxarılacaq”

Pulunu ala bilməyən zərərçəkən Xədicə Əliyevanın sözlərinə görə, "Sevil” yeni yaşayış massivi dağılmayacaq: "Bu sözü bizə pulları vətəndaşlara qaytarmaqda əsas rol oynayan məmurlardan biri dedi. Dedi ki, o massivin hər şəraiti var-kanalizasiya, su, işıq xətti və nəqliyyat yolu çəkilib. Odur ki, ora dağılmayacaq. Pullar vətəndaşlara qaytarılacaq və yenidən "Sevil” yaşayış massivi satışa çıxarılacaq”.

Zərərçəkmişlərdən olan Emin Quliyev (ad şərtidir-R.İ.) bildirir ki, mülkiyyət kağızı çox az adamda var: "Başqalarında ancaq alqı-satqıya görə ilkin ödənişin qəbzi və kreditin sənədidir. Sənədlərdə guya "Sevil” bu məbləği məsləhət haqqı kimi alıb. Ümumilikdə üç min nəfərə yaxın zərərçəkmiş var.

Tikililərlə bağlı maraqlı məqam var. Belə ki, krediti tam başa çatmayan torpaqlarda tikinti aparılıb. İndi onlara görə ödənilən ilkin ödəniş və kreditlərin qaytarılacağı deyilsə də, tikintiyə sərf edilən vəsaitlə bağlı məsələ açıq qalır. Deyirlər ki, icra hakimiyyətində yaradılmış komissiya tikililəri qiymətləndirəcək və pullar ödənəcək. Ancaq hansı qaydada qiymətləndiriləcək, proses necə olacaq, məlum deyil. Bundan başqa tikilisi olan bir neçə nəfərə torpağa ödədiyi pul qaytarılıb, amma tikinti pulu qaytarılmayıb. Üstəlik də, zərərçəkmişin sənədləri əlindən alınıb. Bu adamların sayı azdır. Başqa tikilisi olanlar sənədləri vermək istəmədilər. Çünki o zaman tikintinin ona məxsus olduğunu sübut edə bilməyəcəklər. Amma ümumilikdə sentyabr ayından pulların verilməsi dayandırılıb və izah edirlər ki, vəsait yoxdur. İcra hakimiyyətinin və bələdiyyənin tələm-tələsik 200-300 nəfərə pul ödəməsi maraqlıdır. Pul alan zərərçəkmişlərın çoxunun mülkiyyət kağızı var. Çünki "kupça” həmin qurumların iştirakı olmadan verilə bilməzdi.

İndiyə qədər zərərçəkmişlərə ödənilən pulların "Sevil”in rəhbərliyinə aidiyyatı yoxdur. Bunu bələdiyyə sədri və icra başçısı ödəyib ki, narazılıq bir az yatsın. Çünki onların da bu məsələdə payı var.

İyul-avqustda Prezident Administrasiyasının qarşısında aksiyalar çox oldu. Vətəndaşları sakitləşdirmək günahkarlara tapşırıldı. İstintaq başa catmadan, məhkəmə olmadan pul qaytarmaq nə deməkdir? Kim sübut etdi "Sevil” rəhbərliyinin günahını? Məhkəmə qərarı yoxdur, bəlkə məhkəmədə "Sevil” rəhbərliyi bəraət alacaq?”.

"Tapşırılıb ki, pulu vətəndaşlara qaytarsınlar”

Zərərçəkənlərin şəxsi vəsaitləri hesabına tikilən evlərin qiymətləndirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən qrup yaradılıb. Qrupun rəhbəri Cəlaləddin Axundovdur. Qrup vətəndaşlara ödəniləcək məbləği müəyyən etdikdən sonra Abşeron Rayon İcra Hakimiyyəti (RİH) və bələdiyyə tərəfindən zərərçəkmişlərin vəsaiti geri qaytarılır.

Zərərçəkən vətəndaşların problemi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Komissiyanın üzvü olan icra hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucovun vətəndaşları get-gələ salması, hər kəsə fərqli vədlər verməsi zərərçəkmişləri narahat edir.

"Bizim Yol”a danışan F.Orucov vətəndaşların probleminin həll olunmasına çalışdıqlarını dedi: "İstintaq bitmədən, məhkəmə olmadan zərərçəkmişlərin vəsaiti icra hakimiyyəti və bələdiyyə hesabına ödənilir. Məqsəd narazı vətəndaşların problemini həll etməkdir”.

Komissiyanın üzvü, Hökməli Bələdiyyəsinin memarı Akif Əhmədov isə dedi ki, mərhələlərlə zərərçəkmişlərin vəsaiti qaytarılacaq: "Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan şəxslərin siyahısı bizə göndərilib. Hökməli Bələdiyyəsi daxili imkanları hesabına zərərçəkmişə vəsaiti ödəyir və ondan notariat qaydada mülkiyyət sənədi alınır. Evlə bağlı 45 nəfər zərərçəkmişi şəxsən mən qəbul etmişəm. Nə qədər zərərçəkmiş varsa, onların dəqiq sayını bilmirəm”.

A.Əhmədov "Sevil” massivinin yenidən satışa çıxarılacağı ilə bağlı dəqiq məlumatının olmadığını bildirdi. O, məhkəmə olmadan zərərçəkmişlərə notariat qaydada vəsaitin ödənilməsinə belə aydınlıq gətirdi: "Biz narazı vətəndaşları razı salmaq üçün onlara notariat qaydada vəsait ödəyərək onlardan aldığımız mülkiyyət sənədini Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəririk. İdarə bizim göndərdiyimiz sənədləri cinayət işinə tikir. Yəni bu o deməkdir ki, zərərçəkmiş daha şikayətçi deyil. Hansı şəxslər "Sevil” massivində gedən işlərdən bəhrələnibsə, onlara tapşırılıb ki, pulu vətəndaşlara qaytarsınlar”.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində yaradılmış qrupun üzvü Arif (soyadını demədi-R.İ.) "Bizim Yol”a bildirdi ki, istintaq davam edir: "Zərərçəkmişləri dindirərək onları zərərçəkmiş kimi tanıyırıq. Onların hamısı dindirilməyib. İstintaq bitmədiyindən ətraflı məlumat verə bilməyəcəm”.

Zərərçəkmişlər bildirdilər ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən aldadıldıqlarını düşünərək noyabrın 14-ü, saat 12.00-da qurumun binası qarşısında etiraz aksiyası keçirəcəklər.

 

 

Demokratik.Az

<!-- EndFragment -->
Xəbər 2820 dəfə oxunub






Oxşar xəbərlər

Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir
İlham - Fərizə ailəsinə daha bir ağır itki
“GERİ ÇƏKİLMƏYƏCƏM, CAVAB VERİN!…” – “Heydər Əliyevin qovduğu adamı nə məqsədlə vəzifəyə təyin etdiniz?”
Nuru Paşa və Məmmədəmin Rəsulzadənin fotosu avroda - FOTO
Tvitterdən minlərlə hesab bu səbəb görə silindi
Bakıda "Hozu” ləqəbli şəxs iş adamını güllələdi
Timoşenko Zelenskini belə "təriflədi"
İbrahimbəyovun Bakıya səfəri yenə aranı qatdı
Ermənilər ilk dəfədir qırıcımıza raket atır... – Polkovnik
Ölkədə siyasi partiyaların çoxu “reanimasiyadadır”
Rusiyanın Ermənistandakı səfirinin bəyanatı nəyə hesablanıb?
Ədliyyə Nazirliyinin səlahiyyəti artırıldı - Fərman
Elçibəyin qardaşı oğlu birlik yürüşü hazırlayır

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17612] initstartout [0.00015] initstartin [0.00063] calstart [0.00985] calend [0.00048] topnewsend [0.00542] rsssend [0.00000] ehgend [0.00886] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.15015]