Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:04 - 20.05.2019  
Göygöldə məktəb direktorunun özbaşınalığına ekspertlər nə deyir?
Tarix: 30-10-2017, 09:00 | Bölmə: Xəbərlər » Ölkə içi

 

Göygöldə məktəb direktorunun özbaşınalığına ekspertlər nə deyir?

 

Ötən gün Göygöl rayonu, S. Vurğun adına 3 saylı tam orta məktəbindəki özbaşınalıq barədə yazı dərc etmişdik. Göygöldə direktorun çipsi və saqqız alveri - natəmiz ayaqyolu, fondpulu bir də əmioğlu başlığı altında hazırladığımız məqalədə məktəb direktoru Rüxsarə Atayevanın  özfəaliyyəti sayəsində ortaya çıxan süni problemlərə yer ayırmışdıq.

"Demokratik.Az” saytının rəhbəri, araşdırmaçı yazar Osman Nərimanoğlunun məktəbin bir neçə valideyninin müraciəti əsasında hazırladığı, eləcə də səhih və dəqiq faktlara əsaslanan yazı geniş oxucu kütləsi tərəfindən maraqla qarşılansa da, məktəb direktorunun qəzəbinə hədəf olub. Belə ki, qüsurları aradan qaldırmaq əvəzinə, direktor tənqidə qarşı məntiqsiz təqibə başlayıb. Müstəqil və qərəzsiz media orqanı olaraq, məqalədə göstərilən faktların ictimai əhəmiyyətini, məktəb direktorunun nöqsanların həllinə maraqsız olduğunu nəzərə alıb mövzuya yenidən qayıtdıq.

Yazıda qeyd olunurdu ki, məktəb direktorunun davranışları, səriştəsiz idarəçiliyi məktəbi biabırçılıqlara sürükləyib. Bu ilin elə ilk günündən xanım direktor təlim-tərbiyə və tədris məsələlərini bir kənara qoyub, sinif otağının birini iaşə obyektinə çevirib. Nəticədə, bilik günündən bu yana ibtidai siniflərdə (yuxarı siniflərdə də-red) xarici dil dərslərinin keçirilməsi əngəllənib. Direktorun oğlunun nəzarətində olan bufetdə son günlərədək (müvəqqəti yığışdırtdırıb-red) əlavə qazanc məqsədilə şagirdlərə saqqız, çipsi, ziyanlı soklar və s satılması tənqid olunub. Bundan əlavə, məktəbin ayaqyolusunun heç bir mədəni çərçivəyə sığışmayan şəkildə, bərbad halda olması da ictimailəşdirilib.

"Demokratik.Az” mövzu ilə əlaqədar təhsil üzrə dəyərli ekspertlərin də rəyini öyrənib.

Ekspert Kamran Əsədov suallarımıza cavabında bildirib:

Göygöldə məktəb direktorunun özbaşınalığına ekspertlər nə deyir?"Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər kəsin təhsil almaq hüququ var və dövlət vətəndaşlarımızın pulsuz icbari orta təhsil almaq hüququnu təmin edir. Bu hüququ insanların əlindən heç kəs ala bilməz. 2009-cu ildə qəbul olunmuş "Təhsil Haqqında " AR Qanununda bütün məsələlər əksini tapıb. Əgər, sizin məqalədəki iddialarınız doğrudursa, bu bir direktorun təhsilə yönəlik cinayətidir. Hansısa məktəb direktoru məktəbi öz kommersiya maraqlarına uyğun formada idarə edə bilməz. Bu yolverilməzdir. Yəni, bufet məsələsi elədir ki, mövcud qanunvericiliyə görə, təhsilə cavabdeh şəxslər – direktor da ilk öncə məktəblərdə sinif otaqlarının təşkili məsələlərini həll etməlidir. Təəssüf olsun ki, ölkənin bir çox məktəb direktorları bu kimi məsələlərdə nəzarətdən yayınaraq, məktəbdə qanunsuz şəkildə iaşə obyektlərinin fəaliyyətinə şərait yaradırlar. Ümumiyyətlə, direktor məktəbin şagirdlərinin rahat və təhlükəsiz təhsil almaları üçün istiqamətləndirici subyektdir. İbtidai siniflərə məktəb açılandan ingilis dilinin keçirilməməsinə, təhsil təlimatına əsasən, şagirdlərin sayının proporsionallığı nəzərə alınmalı idi. Amma müəllimlərə dərs "keçmədiyinə görə” maaşlarını necə almasına gəlincə, bu məsələ ciddi araşdırılmalıdır”.

 

Tanınmış təhsil eksperti Nadir İsrafilovun da fikirləri maraqlı olub.

Ekspert qanunu şərh edərək bunları deyib: "Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedoqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik və elektrik sistemləri daxildir. Amma deyildiyi kimi, bütün bunlar təhsilin infrastrukturuna aiddir. Anlamaq lazımdır ki, heç bir səbəb direktora təhsil ocağındakı təlim-tərbiyyənin, tədris prosesinin pozulması ilə nəticələnən hərəkətlərinə bəraət vermir. Göygöldə olduğu kimi, ölkə üzrə başqa məktəblərdə də rast gəlinən bu kimi hallar birbaşadirektorun korporativ marağına xidmət edir. Dil dərsləri mövcud tədris planına görə, 1 sinifdən başlanır və nəzərdə tutulmuş qayda üzrə sinif 2 qrupa bölünür. Bu qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi nəzərdə tutulur. Belə olanda, bir xarici dil üzrə iki müəllimin olması məcburidir. Əgər məktəbdə bufet yox idisə, direktorun hansısa sinif otağını sıradan çıxarıb iaşə sahəsi açması absurddur. Direktor bufet problemini başqa yolla həll etməli idi ki, bu da onun yuxarı qurumlar qarşısında məsələnin həllini aramaq, təkliflər vermək, müraciətlər göndərmək kimi halları nəzərdə tutur. Ölkədə çoxlu sayda bufetsiz fəaliyyət göstərən məktəblər mövcuddur və bu ikinci məsələdir. Direktor üçün əsas məsələ məktəbdə təlim-tədrisin keyfiyyətinin yüksəldilməsidir. Göründüyü kimi, bufetin təşkili məktəbin tədris işinə pis yöndə təsir edib. Hərçənd ki, ibtidai siniflərə bir aydır ingilis dili düzgün qaydada keçirilmirsə, səbəb də lazımi sinif otağının bufetə çevrilməsidir, direktor əsas olanın üzərində durmalı idi. Təbii ki, əsas olan bufet deyildi”.  Ekspert Nadir İsrafilov onu da qeyd edib ki, əgər ibtidai siniflərin dil dərsləri tabeldə bölünübsə, dərs keçirilməyibsə bu üzrə maaşların verilməsi cinayət xarakterli ola bilər.

"Demokratik.Az"ın suallarını təhsil eksperti Elşən Qafarov da cavablandırıb:

Göygöldə məktəb direktorunun özbaşınalığına ekspertlər nə deyir?"Nazirlər Kabinetinin 25 noyabr 2010-cu il tarixli 218 nömrəli qərarı ilə təsdiq olunmuş, "Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili və normalarına” eləcədə Təhsil qanununa həmçinin ümumi təhsil məktəbinin nümunəvi nizannaməsinə əsasən, təhsil müəssisəsində iaşə xidməti təhsil müəssisəsinin rəhbəri ilə iaşə xidmətini göstərəcək fiziki və ya hüquqi şəxs arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Məktəb büfetlərin və ya yeməkxanalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 aprel 2012-ci il tarixli 87 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil müəssisənin maddi texniki bazasi və təhsil infrastrukturu normativləri” nə əsasən qəbul edilmiş normalara uyğun olmalıdır. Sinif otağında büfetin təşkil olunması bu normalara uyğun deyil. Azərbaycan Respublikası Təhsil Nazirliyi 28 iyul 2017-ci il tarixli 266 saylı əmri ilə təsdiq olunmuş, 2017-2018-ci tədris ili üçün tədris planına 11 nömrəli əlavənin 21-ci bəndinə əsasən, sinif şagirdlərinin sayı 20 və daha çox olduqda, bir 11-ci siniflərdə əsas xarici dil, Azərbaycan dili Dövlət dili kimi (tədris dili Azərbaycan dili olmayan bölmələrdə) V-11-ci siniflərdə fiziki tərbiyə, V-X siniflərdə 2-ci xarici dil, V-IX-cu siniflərdə texnologiya, XI-ci siniflərdə isə informatika ( proktik dərslər) iki yarım qrupa bölünür. Yarım qrupa bölünərkən həmin yarım qruplar üçün dərs otaqlarının olması əsas şərtdir. Yəni, məktəbdə sinif otaqların sayı çatmırsa, idman zalı yoxdursa və ya kompyuterlərlə təchiz olunmuş informatika otağı yoxdursa-bu zaman şagirdlərin sayı imkan versə də sinifləri yarımqrupa bölmək olmaz. Bundan başqa, məktəbin ikinövbəlililiyi məsələsinə də baxmaq olar. Digər məsələlərə gəlincə, direktor əlbəttə ki, mövcud problemin aradan qaldırlması üçün təyin olunub."

P.S: "Təhsil müəssisələrində iaşə və tibbi xidmətinin təşkili qaydası və normaları Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmişdir.  

Qaydanın 1.1-ci hissəsində deyilir ki: - Bütün təhsil müəssisələrində iaşə və tibb xidməti sanitariya norma və qaydalarına uyğun təşkil olunmalıdır. Təhsil müəssisələrinin rəhbərləri bu qaydaların tələblərinə əməl edilməsinə görə məsuliyyət daşıyırlar.

2.5. Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərinin sanitariya-texniki vəziyyəti, xammal və məhsulların saxlanma şəraiti, istehsalat rejimi, istehsalat sahələri, avadanlıqlar və s. sanitariya norma və qaydalarına uyğun olmalıdır.

Qeyd edək ki, Göygöl rayon 3 saylı tam orta məktəbində direktorun diqtəsilə yaradılan bufet ingilis dilinin tədrisinə mane olmaqla bərabər, heç bir qayda və normalara uyğun yaradılmayıb. Allah eləməmiş, bir gün ölkə mətbuatı bu məktəbin bufetində partlayış xəbərini tirajlaya bilər. Çünki direktor odla oynayır. Kustar üsullarla və əldəqayırma qaz balonları ilə sinif otağında təhlükəsiz şəraitdə qutab bişirilir, təhlükəli bufet bir neçə metrliyində 50-dən çox azyaşlı uşağın həyatına potensial təhlükədir. Direktor və havadarları görəsən nə düşünür? Qurumlar bufetin standartlardankənar fəaliyyətinə niyə göz yumur?

Mövzu diqqətimizdədir!  

"Demokratik.Az"

Xəbər 3738 dəfə oxunub






Oxşar xəbərlər

Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20165] initstartout [0.00014] initstartin [0.00061] calstart [0.00831] calend [0.00046] topnewsend [0.00324] rsssend [0.00000] ehgend [0.00632] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18199]