Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:23 - 23.10.2018  
Göygöldə direktorun çipsi və saqqız alveri - natəmiz ayaqyolu, fondpulu bir də əmioğlu
Tarix: 24-10-2017, 09:08 | Bölmə: Xəbərlər » Ölkə içi

Göygöldə direktorun çipsi və saqqız alveri

 

"Göygöl rayon Təhsil Şöbəsi məktəblərə inzibati nəzarəti "itirib”. Rayon TŞ-nin müdiri Elbrus Atayev müxtəlif səbəblər üzündən bir sıra ciddi nöqsanları  görməzlikdən gələrək, sanki direktorların qarşısında acizanə duruma düşüb. Ölkəni bürüyən "təhsil anarxiyası" anoloji olaraq bu rayona da siraət edə bilib. Məktəblərdə tədrisin keyfiyyəti, şagirdlərin davamiyyəti, müəllimlərin nizam-intizamı və başqa pedoqoji məsələlər formal xarakter daşıyır. TŞ-nin təhsil müdirindən aşağı vəzifə tutan şəxslərin birinin ərinin, digərinin qohumunun daha iri məmur olması Elbrus Atayevin tələbkarlığını azaldır. Hər şey bir yana, rayon təhsilinə cavabdehlik daşıyan şəxslər və şəxsən nazir Mikayıl Cabbarov hərdən vicdanlarının səsinə qulaq assalar yaxşı olmazmı?”.

"Demokratik.Az”-a danışan valideynlərin bir çoxunun müraciətini nəzərə alıb, rayon mərkəzində fəaliyyət göstərən S.Vurğun adına 3 saylı tam orta məktəbdə "alovlanmaqda” olan süni problemlərə diqqət çəkməyi özümüzə borc bilirik.

Məlumata görə, məktəb son illər direktor Rüxsarə Atayevanın kaprizlərindən, səriştəsiz idarəçiliyindən əziyyət çəkir. Xanım məktəb direktoru əsas işlərini sanki unudaraq, daha çox pul-para qazanmaq eşqi ilə təhsil müəssisəsini kommersiya strukturu kimi idarə etməyə başlayıb. Aşağı sinif şagirdlərində bu məktəbin məzunu olmaq marağı öldürülüb. Direktorun hərc-mərclik oyunları mütamadi olaraq pedoqoji kollektiv arasında da qarşıdurmalara yol açıb. Direktor səhər saatlarında öz iş otağına daxil olur, demək olar ki, iş saatının sonunadək rahatlığını pozmur.

Aldığımız məlumata görə, məktəbdə biabırçı olaylar baş verir. Belə ki, bu ilin əvvəlinədək ibtidai sinif otağı kimi istifadə olunan bufet əsl başağrısına çevrilib. Təsəvvür edin ki, direktorun və oğlunun kurasiyasında olan bufetdə saqqız satışına, vitrinlərdə uşağın sağlamlığına zərərli olan soklara, çipsi-layslara, növ-növ suxariklərə də rast gəlinir. 20 qəpikdən ucuz olmayan qutablar isə günlərlə qaynayan yağda bişirilir. Arabir məktəbin ikinci mərtəbəsindən, öz iş otağından uşaqların bufetdəki alış-verişini diqqətdə saxlayan direktor hər gün şagirdlərinə satdığı saqqız və çipsinin qazancını hesablayır. Gününü məktəbin bufetində keçirən oğlu isə, zərurət yarananda məktəbin həyətindən "mama, ay mama” qışqıraraq haray salır. Cavabında ya; "çipsimiz qurtarıb, ya da saqqız lazımdır” deyir. Biabırçılıqdır.

Bufetin alış-veriş işləri məktəbin "ağsayan" əsas işlərini rəhbərə unutdurub. Bufetin açılması 4-cü sinif uşaqlarının 1 aydan artıqdır ingilis dili dərslərinin keçirilməsinin də qarşısını alıb. Qeyd etdiyimiz kimi, bufet ötən il sinif otağı olub. Hazırda sinif çatışmazlığı olduğundan, məktəbin ibtidai siniflərində müvafiq qaydada aparılan xarici dil tədrisi sıradan çıxıb. Daha maraqlısı odur ki, müəllimlər dərs keçmədən maaş ala bilib və buna aidiyyatı üzrə nəzarət həyata keçirilməyib. Hesab etmək olar ki, uşaqlara bu dərs keçirilməyibsə, xarici dil müəllimlərinin maaşı dövlət büdcəsinə geri qaytarılmalıdır. Bundan başqa, bufetin fəaliyyəti yanaşı siniflərdə də dərs prosesinin aparılmasına maneələr törədir. Hər halda, redaksiya bu özbaşınalıq barədə TN-nin Regional Hesablama Mərkəzinə müraciət etməyi planlaşdırır.

Deyərlər ki, ayaqyolu da bir mədəniyyətdir. Oxucularımızdan üzr istəyirik və təəssüflə bildiririk ki, bu məktəbdə ayaqyolu mədəniyyəti də Rüxsarə Atayevanın maddi maraqlarına qurban gedib. Hələ ötən ildən nə yuxarı sinif şagirdləri, nə də ibtidai sinfin uşaqları məktəbin ayaqyolusundan lazımınca istifadə edə bilmir. Ayaqyolu aylarla təmizlənmir, natəmilikdən üfunətin qoxusu bütün məktəb ərazisini bürüyüb. Qızlara aid hissədə isə tamamilə sanitar qovşaq işləmir. Ayaqyolunun içinə girmək şagirdlərdə xüsusi cəsarət və məcburiyyət məsələsidir. 

Məktəbdəki təlim-tərbiyyənin "düzgün təşkili” də ayaqyolunun divarlarında yazılan üzdəniraq biabırçı sözlərlə öz əksini tapır desək doğru olardı. Görünür, direktor özünün və övladının istifadə etmədiyi bərbad ayaqyolunu məktəbin şagirdlərinə və müəllimlərinə rəva görür. Direktorun belə məsələlərə loyal münasibəti sizcə onun böyüklüyüdür, yoxsa acizliyimi, səriştəsizliyimi? Bizə görə, birmənalı olaraq Rüxsarə Atayeva təhsil ocağında özünün maraqları naminə direktor olub. Onu indiki şəraitdə nə məktəbin, nə də şagirdlərin taleyi maraqlandırmır. Məktəbdə müxtəlif adlar altında (fondpulu-red) pulyığımı kampaniyalarına, qırıq pəncərələrə şüşə tapmayan məktəbin təsərrüfat işlərindəki əyrintilərə isə hələlik toxunmuruq.

Bildirək ki, adıçəkilən direktor özünü Göygöl TŞ-nin müdiri Elbrus Atayevlə qohum, əmioğlu kimi təqdim edir. Rüxsarə Atayeva birincinin təhsil müdiri təyinatınadək Rayon Uşaq yaradıcılıq və İnkişaf Mərkəzinin direktoru olub. Onun testdən keçmədən direktor işlədiyi də deyilir.

İnanırıq ki, aidiyyatı məmurlar bu məktəbdəki biabırçılığa bir əncam çəkəcəklər.

 

Osman Nərimanoğlu

 

"Demokratik.Az"        

Xəbər 4080 dəfə oxunub






Oxşar xəbərlər

Hadi Rəcəbli dilənçilərdən danışdı - TƏKLİF
Araz Ağalarovun hesablarını bağladılar - ABŞ-da
Qarabağdan danışmaq yalnız Kremlin hüququdurmu?..
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
İlham Əliyev 4 sərəncam imzaladı
Ərdoğan Azərbaycandan danışdı
Avropa İrana ABŞ-la mübarizədə kömək edəcək
Türkiyənin tanınmış şoumeni yıxılaraq ağır xəsarət alıb
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Yeni situasiya
PSJ Neymarın qiymətini açıqladı
Seksə layiqli alternativ tapıldı
Ərdoğan mətbuat konfransında yatdı - Video
Badamdarda sürüşmə zonasında son vəziyyət
“İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam” – Paşinyan
Eldar Mahmudovun dəstəsinin 2 üzvü azadlığa buraxıldı
“Yalama” Gömrük postunun böyük inspektoru həbs edildi
Səsiniz barədə 7 FAKT
“Siyasət məni...” - Etibar Məmmədovla müsahibə
"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyev
Falınız - 19 oktyabr
Rəşid Mahmudov əməliyyat olundu
Mesajlarının sayı sənin etikanı göstərir
“Rabitə işi”nin əsas fiqurantı azadlığa buraxılır
Müğənni Dilarə 5 fərqli obrazda – Fotolar
DTX Azərbaycana keçmiş xarici casusu həbs etdi (FOTO)
Koçaryan Paşinyanla mübarizəyə başlayır
Milli Məclisin deputatları nə qədər alır? - SİYAHI
Azərbaycanda 50 min ailə sosial yardım alır
Mehman Hüseynovla bağlı Apellyasiya qərar verdi
Azərbaycanın taleyini dəyişən gün - 18 oktyabr
Futbolçu baş məşqçini döydü – Azərbaycanda
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Müxalifətin "payız davası" - liderlərin savaşı böyüyür
Krımda TERROR - 22 yaşlı gənc kolleci partlatdı + 19 ölü
Bürclər – 18 oktyabr
Əflatun Amaşov MM-in plenar iclasında çıxış edib - MƏTN
DTX-nın istintaq səlahiyyətləri artırıldı - FƏRMAN
İsrail raket atəşinə tutuldu, Netanyahu təhdid etdi
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
Azərbaycanın uşaq “Eurovision” mahnısı – VİDEOKLİP
Lənkəranskinin adamı atışmada öldürüldü – FOTO
Aprel döyüşlərinin qəhrəmanı komadadır – VİDEO
Kosmosdan gələn siqnalları kim göndərir?— Açıqlama
Yunanıstanın xarici işlər naziri istefa verib
Yeni il ərəfəsində əfv olmayacaq
Azərbaycanda nə qədər yoxsul var? – Nazirlik açıqladı
İqbal Ağazadədən İsa Qəmbər və Arif Hacılıya ittihamlar (VİDEO)
Gəncədə yeni idarə rəisləri Əhmədov qardaşlarıdır
ABŞ səfirindən və yüksək ranqlı diplomatından Qarabağ bəyanatları
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
“MTN çetesi”nin ifşasının 3 ili - Eldar Mahmudov tutulmur
ABŞ-da qasırğa nəticəsində 29 nəfər ölüb
Paşinyan istefa verdi və üzr istədi
Bugün Bakıda yağış yağacaq
Skoulz: Messi Ronaldudan yaxşıdır, lakin...
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"
“1 avro 2 dollara bərabər ola bilər”
“3-cü sinif dərsliyində erotika var” - Aqil Abbas
Xalq artisti: “Arvadı bir kəlmə sözə görə boşadım”
RƏZALƏT! - Türkiyədə iti zorlayaraq öldürdülər
Fransa prezidenti 4 naziri birdən dəyişdi
Bu deputatların maaşına xitam verildi - RƏSMİ
XXI əsrin GMO bəlasından necə xilas olaq?
Əliyevlə 15 il: Türkiyə mediasının gözü ilə - Video
Etimad Əsədov vəfat etdi
ABUTALIBOV GETDİ, ABUTALIBOV GƏLDİ… – Bakının köhnə və yeni başçılarının “deyişməsi”
Xalqı “yatmaqda” ittiham edənlərin MƏQSƏDİ...
Makron İrəvandan Bakıya niyə gəlmədi - iki rəy

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10836] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00684] calend [0.00038] topnewsend [0.00285] rsssend [0.00000] ehgend [0.00495] tagsstart [0.00039] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09219]