Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:44 - 15.12.2017  
“Onlar məcbur qalıb bu siyasətdən əl çəkməli olacaqlar”
Tarix: 11-10-2017, 07:26 | Bölmə: Xəbərlər » Ölkə içi

Prezident İlham Əliyev: "Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi" 

“Onlar məcbur qalıb bu siyasətdən əl çəkməli olacaqlar”Oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

İclasda geniş nitq söyləyən prezident İlham Əliyev deyib ki, ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlər həllini tapacaq: "Gələn il dövlət investisiya proqramı ilə bağlı təkliflər gəlib, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramı qəbul edilə bilər”.

APA-nın məlumatına görə, ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən güzəştli kreditlərə toxunan dövlət başçısı bildirib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir. Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan prezident İlham Əliyev deyib ki, bu layihələr bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcək: "Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək”.

Prezident İlham Əliyev fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirib.

Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını da deyən dövlət başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxunub.

 "ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən prezident İlham Əliyev "ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxunarq, turizm sahəsində sürətli inkişafın olduğunu bildirib.

Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

"Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq” deyə prezident qeyd edib. O bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.

Dövlət başçısı diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.

"Azərbaycan beynəlxalq arenada çox müsbət reputasiyaya malik olan ölkədir”

Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.

Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. "Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirib. Vurğulayıb ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.

Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir: Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub".

Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.

“Onlar məcbur qalıb bu siyasətdən əl çəkməli olacaqlar”

 

Dövlət başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini dedi və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev çıxışında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüzün danışıqlar predmeti ola bilməz” - deyə, bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Prezident onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib: "Bilirsiniz ki, son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim edib”.

"Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq” - deyə prezident çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır: "Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır. Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olub. Hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olub. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gəlib. İlin sonuna qədər yenə də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir”.

Ölkə başçısı bildirib ki, bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib: "Ötən ay ”Azəri", "Çıraq” və "Günəşli” yataqları üzrə yeni Saziş imzalanıb, "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir".

Dövlət başçısı bildirib ki, əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır, neftdən gələn gəlirlər insan kapitalının inkişafına yönəlib.

Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iştirak etdiyi və bir çox halda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır, dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir: "Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər "Əsrin kontraktı" imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi. Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq".

Sonra təhsil naziri Mikayıl Cabbarov, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra prezident yekun nitq söyləyib.

Demokratik.Az

Xəbər 385 dəfə oxunub






Oxşar xəbərlər

"Broker Əbülfəz"in bacısı oğlu da avtoşluq edirmiş - VİDEO
Bu gün şəhid olan Süleymanın FOTOLARI
Azad Rəhimovun qardaşı oğluna vəzifə verildi
İngiltərə nümayəndə heyəti Bakıda
Arif Hacılının müavini istefa verdi
“Ordumuza ən müasir silahlar verilib” - General açıqladı
2017-də kimləri itirdik? - FOTO
Bu il onlara düşmədi... -Ən yaxşı və pis hadisələr
Meymunların planeti - Zamin Hacı yazır
Etibar Hüseynov-Tahir Kərimli "davası" pik həddə
Amerikanın fantastik hərbi büdcəsi - 700 milyard
“İlqar Məmmədovun azadlığa çıxması uzana bilər” - ŞƏRH
Kanadada sərnişin təyyarəsi qəzaya uğradı
"MTN İŞİ"ndə zərərçəkən “od püskürdü”
Ekvadorun sabiq prezidenti 6 il iş aldı
İlham Əliyev: “Fələstin xalqının yanındayıq”
DTX-nın həbs etdiyi baş redaktor hakim qarşısında
”AAAF İnşaat”ın sahibi məşhur saytları məhkəməyə verdi
Sabah yağış yağacaq
Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir
Nesrindən etiraf: “Məni təmin etmək çətindir“
Fazil Məmmədov əmlaklarını itirməyə başladı - təfərrüat
Broker Əbülfəz çarəsizlik içində: niyəsini oxuyun!
Şeyx fətva verdi, islamçılar hərəkətə gəldilər
Fazil Məmmədov günün əsas mövzusu olaraq qalır - önəmli İDDİALAR
Heydər Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib
Leyla Əliyeva Gürcüstanda - Ulu Öndərin abidəsini ziyarət etdi
Kərə yağının qiyməti yenidən bahalaşdı
İlham Əliyev Türkiyədə səfərdədir- FOTOLAR
Xərçəng xəstəliyinin qarşısını aın(75 QƏPİYƏ)
Rasim Balayev səhhətindən danışdı - televerilişləri pislədi"
“FETÖ hücuma hazırlaşır: Sensasion sui-qəsdlər törədiləcək”
Bürclər – 13 DEKABR
Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
Azərbaycanın altıqat çempionu dünyasını dəyişdi
Dağlıq Qarabağda erməni əsgərləri atışıb
Fədayənin məhkəməsi başlayır
Putinin qərarına qərb reaksiyası: "Suriyada savaş bitməyib"
Türkiyəli futbolçu transseksualla evlənir
Azərbaycanlı aktyor bank soydu: 27 milyon oğurladı
Prezident Heydər Əliyevin məzarını ziyarət edib
Afrikanın ən yaxşı futbolçusu odur - FOTO
FHN Akademiyasında Heydər Əliyevi anım mərasimi keçirilib
Amerikalılar yenidən Aya uçacaq - Trampdan sərəncam
Qayınata gəlinini namus üstündə güllələdi - Bakıda
Bugün Heydər Əliyevin anım günüdür! - ÖLMƏZ LİDER
Yatağı yatmaq və cinsi əlaqə məqsədi ilə istifadə edin!
Düşmən atəşkəsi 121 dəfə pozdu
Qüdsə görə bütün müsəlman dövlətləri İstanbul zirvəsinə toplaşır
Xaləddin İsgəndərov "avtopilot rejim"ə keçib
Fazil Məmmədovun qohumlarının siyahısı tutulur
“Hakimiyyətdə qızıl orta tapılıb”-deputat
Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə
"2017-ci ilin rektoruna xüsusi diplom təqdim olundu
Prezident 5,83 milyon manat ayırdı - sərəncam
Rusiyanın Donbasla bağlı planı AÇIQLANDI
Narkotik də tapıldı, oğurlanan qızıllar da
Türkiyədə dəhşətli qətl - Məşhur rejissorun başını əzərək öldürdülər
Səudiyyə Ərəbistanı daha bir qadağanı ləğv etdi
Ərdoğan Putin görüşünün detallarını açıqlandı
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
“Şəki Aqro İndastris” MMC-də DƏRƏBƏYLİK yaxud "Bəylik" pendirində XƏYANƏT izi!
Pxenyan 10 ildir bu silahı hazırlayır
Ramil Səfərova yeni rütbə verildi - FOTO
Azərbaycanda yol qırğını:12 ölü, 29 yaralı
Yəhudilərin Heydər Əliyevə Şuşa mesajı və Qüds mövqeyimiz
Azərbaycan dünya bazarlarına pomidorla çıxır
"Ona lazımıydı ki, gəlinlik geyinsin..." (VİDEO) Natavana ağır ittihamlar:
Röya mükafat aldı
Nazim İbrahimovun biznesmen qızı nişanlandı

Bütün xəbərlər

2017-XORUZ İLİNDƏ NƏLƏR OLACAQ?
love HƏR ŞEY XORUZ KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14892] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00789] calend [0.00043] topnewsend [0.00289] rsssend [0.00000] ehgend [0.06393] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07248]