Azərbaycanda Dəniz Generalı DİN Generalı ilə quda oldu

  • 20 sen 2017, 10:02

Demokratik.Az-ın məlumatına görə, dünən , yəni sentyabrın 19-da "Buta Palace”da Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toy mərasimi keçirilib.

Xəbərə görə, "dəniz generalı"nın övladı Orxan Qurbanov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun qızı Fərəhlə ailə həyatı qurub.

Mərasimdə siyasət, mədəniyyət və şou sahəsinin nümayəndələri iştirak edib.

Toyu tanınmış aparıcılar Emin Musəvi ilə Leyla Əliyeva idarə edib.

Demokratik.Az

Oxşar xəbərlər