Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:09 - 22.08.2019  
“Nuri paşaya vəfa borcumuz var” - deputatlardan müraciət
Tarix: 19-09-2017, 08:51 | Bölmə: Xəbərlər » Ölkə içi

Qüdrət Həsənquliyev və Fazil Mustafa Niri paşanın abidəsinə yer ayrılması baş nazir Artur Rasi-zadəyə müraciət etdilər


“Nuri paşaya vəfa borcumuz var”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun komandanı Nuri Paşaya Bakı şəhərində abidə ücaldılması məqsədi ilə müvafiq yerin ayrılması üçün Azərbaycan Respublikasının baş naziriArtur Rasi-zadəyə müraciət ediblər.

Musavat.com-a daxil olan məlumata görə, müraciətdə deyilir:

"Hörmətli cənab baş nazir!

2018-ci il sentyabrın 15-də Osmanlı ordusunun komandanı Nuri paşanın (Nuri Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 100-cü ildönümüdür. Bu əlamətdar hadisə Bakı da daxil olmaqla indiki Azərbaycan ərazilərini işğaldan azad edən, xalqımıza qarşı həyata keçirilən soyqırımın qarşısını alan, Azərbaycan xalqının yaddaşında xilaskar kimi yaşatdığı qəhrəmanların – Nuri paşanın və Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinin onlara layiq bir şəkildə əziz tutulması zərurətini ortaya qoyur.

Qeyd edək ki, 1918-ci il avqust ayının əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə 1918-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti şəhid olub.

1918-ci il mayın 28-də elan edilmiş və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuri paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir. Bütün bunlara görə bizim Nuri paşaya və Qafqaz İslam Ordusunun xilaskar əsgər və zabitlərinə vəfa borcumuz var.

Hörmətli cənab baş nazir,
Uzun illərdir ki, Azərbaycanda ən müxtəlif səviyyələrdə Qafqaz İslam Ordusunun komandanı Nuri paşaya Bakı şəhərində abidə qoyulması ilə bağlı məsələ qaldırılır. Nuri paşa və Qafqaz İslam Ordusunun əsgər və zabitləri Azərbaycanda, sadəcə ölkəmizi və onun paytaxtını işğaldan azad edən qəhrəmanlar kimi deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının rəmzi kimi qəbul olunurlar. Türkiyə bu gün də 99 il öncə olduğu kimi Azərbaycanın yanındadır, ölkəmizin ən böyük dəstəkçisidir və Ermənistanla sərhədlərini bağlı saxlayan yeganə dövlətdir. Bu baxımdan, şübhə etmirik ki, Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın xatirəsinin əbədiləşdirilməsi Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin qarşısında vəfa borcumuzun yerinə yetirilməsi ilə yanaşı həm də Azərbaycan-Türkiyə qardaşlığına ucaldılan abidə kimi qəbul olunacaq.

Hörmətli cənab baş nazir,
Neftin qiymətinin aşağı düşməsi ilə bağlı büdcədə müəyyən xərclərin azaldıldığını bilirik. Nuri paşaya abidənin ucaldılması üçün dövlətin vəsait ayırmasını istəmirik. Bununla bağlı imkanlı Azərbaycan vətəndaşlarına müraciət edəcəyik və əminik ki, Nuri paşanın, Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsini əziz tutan həmvətənlərimiz dəstəklərini əsirgəməyəcəklər.

Sizdən isə yeganə xahişimiz, sadəcə Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması üçün müvafiq yerin ayrılması məqsədilə qərar verməyinizlə bağlıdır.

Hesab edirik ki, Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsinin olduğu ərazidə, yaxud Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu Biləcəri və ya "Qurd qapısı” istiqamətlərində, eləcə də "Sovetski” ərazisində, hələ abadlaşdırılmamış bir məkanda Nuri paşanın büstünün, yaxud abidəsinin ucaldılması məqsədəuyğun olar”.

Demokratik.Az

Xəbər 1592 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17639] initstartout [0.00015] initstartin [0.00092] calstart [0.01658] calend [0.00057] topnewsend [0.00391] rsssend [0.00000] ehgend [0.01046] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14314]