Naxçıvana DİN naziri təyin edilən general kimdir? (DOSYE)

  • 21 avq 2017, 08:09

Xəbər verildiyi ki, polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub. Muxtar Respublikanın yeni DİN naziri barədə aşağıdakılar məlumdur.

Abbasov Rafiq Qoşunəli oğlu 1960-ci ildə Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-ci ildə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirib.

1979-1981-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçib. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə işləyib.

1996-2001-ci illərdə Sumqayıt ŞPİ-nin rəis müavini, 2001-2002-ci illər ərzində Bakı şəhər Binəqədi RPİ-nin rəis müavini, 2002-2004-cü illərdə Zaqatala RPŞ-nin, 2004-2006-cı illərdə Lənkəran ŞRPŞ-nin rəisi, 2006-2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

2014-cü ilin noyabrından Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi vəzifəsini tutub. 

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 nömrəli Sərəncam ilə "İgidliyə görə” medalı ilə təltif olunub. 28 dekabr 2007-ci ildə isə polis general-mayoru xüsusi rütbəsi verilib.

Demokratik.Az

Oxşar xəbərlər