Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:21 - 20.10.2019  
Elmar Vəliyevlə Nizami Hacıyev “evyıxan”lıqla məşğuldur – ŞİKAYƏT/ VİDEO
Tarix: 16-08-2017, 13:54 | Bölmə: Xəbərlər » Ölkə içi

Gəncə şəhəri Nizami rayonu icra başçısı Nizami Hacıyev imzaladığı sərəncama qarşı çıxıb. Vətəndaşa məxsus hasar tikilini yerlə yeksan edib. Cumhuriyyet.net-ə şikayət məktubu yollayan zərərçəkən İndiana Qəşəm qızı Əliyevanın müraciətini təqdim edirik: "Mən Əliyeva İndiana Qəşəm qızı Gəncə şəhər Nizami rayonu İcra başçısı Nizami Hacıyevin 520 nömrəli sərəncamı ilə 8 noyabr 2016-cı ildə 4.400 AZN ödəyərək torpaq sahəsi almışam. Sənəddə göstərilir ki, "Fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi haqqında sərəncam- Göygöl rayonu, Qızıl qaya qəsəbəsində yaşayan Əliyeva İndiana Qəşəm qızının müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012- ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini əsas tutaraq qərara alıram:

  1. Gəncə şəhəri, Nizami rayonu Ə.Əliyev küçəsi 417 ünvanında yerləşən həyətyanı sahəyə bitişik olan 400 kv.m boş torpaq sahəsində Əliyeva İndiana Qəşəm qızı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilsin”. Beləcə iki və üçüncü bəndlər sənəddə göstərilir.

Bu sənədi alandan bir neçə müddət sonra bizə məxsus torpağın başqa vətəndaşa da satıldığının şahidi olduq. Saxta sənəd olduğu aşkarlandı və bizə məxsus torpağın sahibi kimi tam hüquqlu şəxs olaraq orada tikinti aparmaq səlahiyyətimiz oldu. Ailə büdcəmiz az olduğu üçün indiyə kimi istədiyim formada iş görə bilməsəkdə, boğazımızdan kəsdiyimiz pulları toparlayıb həmin sahəyə hasar çəkmişdik.Təqdim etdiyim videolardanda aydın görünən mənzərə mənə məxsus həyətyanı sahənin məmur özbaşnalığı tərəfindən yerlə yeksan olmasıdır.

2006-cı ilde ailə həyatı qurmuşam və 11 ildir onlarla kirayə ev dəyişmişik. İki az yaşlı övladım var və onların rahat evdə, sağlam böyüməsi üçün çabalarımızı sərf etsəkdə nəticə ortada… Hansısa məmur gəlib bir neçə ilə toparladığımız  pulla tikdiyimiz hasarı dağıdır. Övladımın biri 7 yaşında, digəri isə 5 yaşındadır. Kiçik övladım xəstə olur və sonuncu dəfə Bakı şəhərində əməliyat etdirdik. Əməliyyat 27.07.2017-ci ildə baş tutdu və əməliyat baş tutan günün səhəri 6-7 radələrində gəlib hasarı yerlə-yeksan ediblər. Özüdə heç bir xəbərdarlıq edilmədən. Onsuzda qanunla nəzərdə tutulmuş halda biz orada tikili apara bilərik, görünən odur ki, bəzi məmurlar qanunun şah deyil, şahın qanun olduğunu yeridirlər. "Gəncə şahı” Elmar Vəliyevin adamı kimi tanınan Məharət Mustafayev və Nizami rayon İcra başçısı Nizami Hacıyevin birbaşa göstərişləri ilə hasarı dağıdıblar. Onsuzda ailə büdcəmiz sıxıntılıdır, az yaşlı övladım xəstədir və birdə hasarın tikilməsinə sərf etdiyim 5000 manat. İndi biz dərdimizi kimə deyək?!  Əslində ölkə prezidenti cənab İlham Əliyev regionlara kadr yollayanda həmin rayonlarda insanlara, vətəndaşalara xidmət edilməsini, həmin regionun maddi-infrastrukturunun inkişaf etdirilməsini, işsizliyin aradan qaldırlması üçün yolların axtarılması və s. bu kimi göstərişlər verməsinə baxmayaraq mənzərə göz önündədir. Maddi sıxıntılar içində olan ailəyə zərər vurmaq, get-gələ salmaq, təhdid etmək bunların "iş”ləri.

Maraqlı hallardan biri də bu təkcə mənim və ailəmizin başına gələn hal Gəncə şəhərində birinci deyil, yəqin bunlara dur deyən olmasa sonuncu da olmayacaq. Dəfələrlə vətəndaşlara məxsus torpaqları saxta sənədlərlə başqalarına satma, tikililəri dağıtma halları yaşanır. o qədər harınlayıblar ki, nə Elmar Vəliyev nədə Nizami Hacıyev vətəndaşları qəbul etmir.Hər dəfə bir bəhanə ilə yola verirlər.

Məsələ ilə bağlı anam Əliyeva Zemfira Hüseyn qızı təsadüfən flarmoniyanın qarşısında "Gəncə şahı” Elmar Vəliyevlə rastlaşıb və yaxınlaşıb problemimizi  danışıb. Bizə qarşı bu qanunlara, insanlığa sığmayan əməllərin dayandırılmasını və təkrar olarsa ölkə başçısına müraciət edəcəyimizi bildirib. Bu vaxt Elmar Vəliyev anamın dediklərindən hiddətlənib  :” get, hara  şikayət edirsən, et”. Daha sonra mühafizəçisi 65 yaşlı anama zor tətbiq edərək çantasını və telefonunu əlindən alıb. Elmar Vəliyev polislərə göstəriş verib ki, bu qadının həbs edin ağlı başına gəlsin, görək məndən kimə şikayət edir. Bu səbəbdəndə anamın telefonu yoxlanılması üçün 5 saat polis bölməsində nəzarətdə saxlanılıb.

Videoda görünən 20 DS 744 dövlət nömrə nişanlı avtomobil Elmar Vəliyevin adamı Məharət Mustafayevə məxsusdur. Problemimizin işıqlandırlması, regionlarda məmur özbaşnalığından əziyyət çəkən vətəndaşlarımızın harayını adiyyatı qurumlara çatdırmanızı istəyirik. Əliyeva İndiana Qəşəm qızı(15.08.2017)”.


Xəbər 2508 dəfə oxunub






Oxşar xəbərlər

ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32448] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00915] calend [0.00054] topnewsend [0.00487] rsssend [0.00000] ehgend [0.00592] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30242]