Qəza törədən "Mazda" Kəmaləddin Heydərovun qardaşınındır

  • 04 avq 2017, 18:46

Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı xəbər vermişdik. Qəzadakı 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen" markalı avtomobilin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu iddia edilirdi.

Bir az əvvəl mətbuatda qəza törədən "Gelandewagen" 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobili ilə yarışdığı qeyd olunurdu.

"Qaynarinfo" xəbər verir ki, unikal.org "Mazda" markalı avtomobilin kimə məxsus olmasını araşdırıb.

Əldə ediyimiz məlumata görə, 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" Heydərov Səməd Fəttah oğluna məxsusdur.

Qeyd edək ki, Səməd Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşıdır. 

 

***

Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza hələ də müzakirə olunmaqdadır.


 Yenicag.az xəbər verir ki, 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen” əvvəlcə 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.

Hadisə şahidlərinin dediyinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olan "Gelandewagen” başqa bir avtomobillə ötüşürmüş.

Sosial şəbəkələrdə də artıq bu barədə məlumatlar dolaşır. Sözügedən nəqliyyat vasitəsinin 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” ilə yarışdığı bildirilir.

 


 


 

Oxşar xəbərlər