Səbaeldə park dağıdılır - FOTOFAKT

  • 27 iyul 2017, 12:51

"Demokratik.Az"-ın elektron poçt ünvanına Səbail rayonu Badamdar qəsəbəsi, Neftçilər küçəsi ərazisində yaşayan sakinlər tərəfindən şikayət daxil olub.

Sakinlərin saytımıza yazdığına görə, ərazidəki "Ahu" Uşaq baxcasının yaxınlığında yerləşən istirahət PARKı dağıntıya məruz qalıb. Şəkillərdən də göründüyü kimi, parkın müəyyən hissəsində naməlum tikinti işləri həyata keçirilir və bu məqsədlə parkın özünəməxsus görkəmi pozulub. Sakinlərin bildirdiyinə görə, burada Restoran tikintisi aparılır və görülən işlər sakinlərdə narazılıq yaradıb. Müxtəlif yuxarı dövlət qurumlarına şikayətlər edən sakinlər bildirir ki, onların müraciətlərinə məhəl qoyulmur. Ekologiya Nazirliyi başda olmaqla heç bir qurum parkda aparılan bu tikiliyə reaksiya vermir. Səbael İHB də nədənsə susur.

Sakinlərin "Demokratik.Az"-a göndərdikləri FOTOşəkillərin bir neçəsini şərhsiz təqdim edirik:




 

 Demokratik.az

 


Oxşar xəbərlər