Bakıda şəhid bulağını söküb pivəxana açdılar

  • 10 iyul 2017, 17:23

Obyektin sahibi şəhidin doğma qardaşıdır

Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə yaradılan bulaq-kompleks sökülüb, yerində "Qarabağ” adlı kababxana-pivəxana açılıb. Obyektdə, eyni zamanda, mal əti satışı da həyata keçirilir.

"Demokratik.Az" bildirir ki, sözügedən ərazi Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə göprə, tikinti işinin aparılması ilə bağlı dəfələrlə irad bildirilməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyib, onlarla aqressiv davranıblar. Araşdırmalarzamanı məlum olub ki, bulağı sökən elə şəhidin doğma qardaşı olub. O, bu addımı bulağın daha baxımlı yerə köçürməsi ilə əlaqələndirib.

Onu da qeyd etmək istərdik ki, verilən tapşırıq əsasında  gün ərzində şəhidin xatirəsinə qoyulmuş bulaq-kompleks ətrafında abadlıq və bərpa işləri aparılaraq "Şəhid bulağı" əvvəlki yerinə bərpa olunacaqdır.  Hadisəni törədənin şəhidin doğma qardaşı olduğu nəzərə alındığından onun barəsində daha ciddi tədbirlər görülməsi məqsədəuyğun sayılmamışdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Şəhidadının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi” qaydalarının 3.1.4.bəndində bildirilir ki, Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunması dövlət tərəfindən təşkil edilir.

Oxşar xəbərlər