Prezident xanımı ilə “Formula-1”də - Fotolar

  • 25 iyun 2017, 18:52

İyunun 25-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran Prisi 2017 çərçivəsində yarışları izləyirlər.

Demokratik.Az xəbər verir ki, bu barədə prezidentin saytı məlumat yayıb.

***

İlham Əliyev "Formula 1” Azərbaycan Qran Prisinin qalibi olan "Red Bull" komandasının pilotu Daniel Rikkardoya Kuboku təqdim edib.

Mehriban Əliyeva "Red Bull” komandasına Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Valtteri Bottasa ("Mercedes") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Lens Stroll ("Williams") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.




Oxşar xəbərlər