Pirallahıda külli miqdarda marixuana aşkarlanıb

  • 22 iyun 2017, 19:33

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, narkotik istifadəçisi olan bir nəfər barədə daxil olan məlumatın doğruluğunu yoxlamaq üçün yaradılan əməliyyat qrupu həmin şəxsin ünvanını dəqiqləşdirərək əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Rayonun S.Vurğun küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Eldar Çumarinin yaşadığı mənzilə baxış zamanı oradan qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Ekspertiza tərəfindən narkotik vasitənin ümumi çəkisi 2,5 kiloqram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

Demokratik.Az

Oxşar xəbərlər