Əli Kərimli prokurorluqda dindirilib

  • 22 apr 2017, 19:35

AXCP sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saat şahid qismində ifadə verib. O, prokurorluğa vəkili Fəxrəddin Mehdiyevlə birgə gedib. Demokratik.Az xəbər verir ki, bu barədə "Amerikanın səsi” radiostansiyasının saytı məlumat yayıb. 

Saytın xəbərinə görə, Əli Kərimli prokurorluqda ifadə verdikdən sonra jurnalistlərə bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb, Azərbaycandakı müxalifət partiyalarından verilmiş saxta sənədlər araşdırılır.


"Hesab edirəm ki, bu işə görə partiyamız və şəxsən özüm zərəçəkmiş kimi tanınmalıyam. Çünki əslində bu saxta sənədləri verən adamlar partiyamıza qarşı qara piar üçün zəmin yaradır və hakimiyyət mediası, hakimiyyətin troll komandası bundan bizə qarşı istifadə edir. Ona görə biz də lazımi ifadələri verdik. İstintaqa bildirdik ki, biz hamıdan artıq maraqlıyıq ki, bizim adımızdan saxta sənəd verən şəxslər dərhal müəyyənləşsin, onlar məsuliyyətə cəlb olunsun".


O, eyni zamanda, ölkədə çoxsaylı korrupsiya faktlarının da araşdırlmasını istəyir.


"Amma bütövlükdə deməliyəm ki, ölkədə bu qədər nəhəng korrupsiya faktları gündəmdə olduğu halda, şəxsən özüm Respublika Prokurorluğuna dəfələrlə ağır cinayətlərlə, korrupsiya halları ilə bağlı müraciət etməyimə baxnmayaraq, o məsələlərin araşdırılmaması və əslində bu işdə mən və partiyanın funksionerləri zərəçəkmiş olduğumuz halda, gedib cinayətkarları axtarmaq əvəzinə, bizim istintaqa cəlb olunmağımız və bundan istifadə edib hökumət mediasında bizə qarşı qara piar kampaniyası aparılması partiyamıza qarşı təzyiqdir”.
AXCP sədri hesab edir ki, iqtidar onları istintaqa çağırmaqla qisas alır.

Demokratik.Az

Oxşar xəbərlər