Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:18 - 10.12.2018  
Prezident Goranboyda oldu
Tarix: 19-10-2014, 16:45 | Bölmə: Xəbərlər » Ölkə içi

Prezident Goranboyda olduOktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışında iştirak ediblər.

Demokratik.Az xəbər verir ki, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Hazırda avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Layihə çərçivəsində yol üzərində 15 su keçidi tikilib, 4-ü bərpa olunub. Yolun kənarında 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib. Üçüncü texniki dərəcəli yolda əhalinin və avtomobillərin rahat hərəkəti təmin olunub, kəndlərarası əlaqə asanlaşıb.

Azərbaycan Prezidentinin 2013-cü il 30 iyul tarixli Sərəncamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədi ilə ötən il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon, bu il isə 7,2 milyon manat vəsait ayrılıb.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy rayonuna səfərə gəliblər.

Dövlət başçısı və xanımı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Goranboy rayonunun mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər və Ulu Öndərin yeni ucaldılan abidəsinin ətrafında aparılan geniş abadlıq tədbirləri barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqlarının salındığı parkda orijinal memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi inşa edilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə də tanış oldular.

Dövlət başçısının enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tam ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu vəzifələrin icrası uğurla davam etdirilir. 

Əvvəllər ölkədə mövcud olan enerji problemləri dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən, müvafiq dövlət proqramları çərçivəsində bölgələrdə yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası nəticəsində tamamilə aradan qaldırılır. Bu da yeni generasiya güclərinin əldə olunmasına yol açır. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar və paylayıcı qurğular əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır. Bu mənada 330 kilovoltluq yeni "Goranboy” paylayıcı elektrik məntəqəsi bölgə üçün mühüm əhəmiyyət kəsb edəcək.

"Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev dövlət başçısına məlumat verib ki, bu layihə üzrə "Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330 kilovoltluq "İmişli” yarımstansiyası arasında çəkilmiş 330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən çoxdur. Layihə çərçivəsində 330 kilovoltluq "Goranboy” paylayıcı elektrik məntəqəsi tikilərək şəbəkəyə qoşulub və o, respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir. "Goranboy” paylayıcı elektrik məntəqəsi ilə "İmişli” yarımstansiyası arasında hava xəttinin çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı "Mingəçevir” və 5-ci "Mingəçevir” hava xətləri giriş-çıxışla paylayıcı məntəqəyə birləşdirilib. Burada müasir elektrik avadanlıqları quraşdırılıb.

Qeyd edək ki, bu infrastruktur layihəsi dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda yanacaq-enerji kompleksinin inkişafı üzrə 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Görülən işlərin əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu infrastruktur layihəsinin həyata keçirilməsi "Azərbaycan” İstilik Elektrik Stansiyası, "Goranboy” paylayıcı elektrik məntəqəsi, "İmişli” yarımstansiyası, "Şirvan” Elektrik Stansiyası, "Abşeron” yarımstansiyası arasında enerji sistemində ikinci 330 kilovoltluq enerji dövrəsinin yaradılmasına və qonşu İran İslam Respublikası ilə enerji mübadiləsinin həcminin artırılmasına imkan verəcək.

Müvafiq sxem dəyişikliyi etmək və avtotransformator quraşdırmaqla, paylayıcı məntəqəni yarımstansiyaya çevirmək mümkündür. Gələcəkdə belə sxem dəyişikliyinin aparılması, işğaldan azad olunacaq ərazilərin elektrik enerjisi ilə təchizatının bu paylayıcı məntəqənin yarımstansiyasından həyata keçirilməsi nəzərdə tutulub. "Goranboy” paylayıcı elektrik məntəqəsinin ərazisi 15 hektardır. Burada 18 nəfər daimi işlə təmin olunacaq. Paylayıcı məntəqənin ərazisində abadlıq işləri də aparılıb, geniş yaşıllıq salınıb.

Xəbər 2722 dəfə oxunub






Oxşar xəbərlər

Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”
Qubada ərinin əmisi oğlu ilə qaçan qadın danışdı - Video
Ceyhun Bayramovun direktorsuz məktəbi: Sorağı məhkəmədən gəlir
"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev
Sabiq erməni prezidenti həbs olunacaq:– QƏRAR
Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ
POLİS GƏNC QADINI ÖLÜMDƏN XİLAS ETDİ
Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”
BNA əməkdaşına hücum edən şəxs müraciət yazdı
Putindən Avropaya jest: “Türk axını”…
"İlham Əliyev Nikol Paşinyanla söhbətləşdi - MÜSAHİBƏ
Bürclər – 8 dekabr
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Kreml çeçen və inquşları barışdırır
Fransada yaşayan azərbaycanlılara xəbərdarlıq – “Sabah evdən çıxmayın”
Abşeronda evə silahlı basqın edildi
NAZİRLİK DEPUTATI TƏXRİBATDA İTTİHAM ETDİ – “Nə varsa onu açıqlayıb deyirəm…”
Səddam Hüseyni sevdirən səbəblər...
"Azərbaycan büdcəsindən barıt qoxusu gəlmir" - Fərəc Quliyev
Baş nazir qəbirlərlə bağlı standartı təsdiqlədi
RƏSMİ: Belə hallarda DTX-ya müraciət edin
“Broker Əbülfəz”-ə DGK-da vəzifə verilməyib" /Açıqlama
Orduxan Teymurxan haqqında cinayət işi açıldı
Oqtay Əsədov Volodinə məktub yazıb
Ziya Məmmədovun xalaoğulları Ucarı niyə viran qoyub?
Azərbaycanın FIFA referisi karyerasını başa vurur
Gülnarəyə görə 14 milyard dollar!
Gəncə “İmamzadə”si qeydiyyata alındı, maşınla təmin olundu
Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?
Lift idarəsinin müdiri dediyini dandı: "Qiymət artırılmayacaq"
İran mediası Azərbaycanı nədən tənqid edir?
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Putin və Medvedevin maskası ilə 2 türk soyuldu
Həbib karyerasını bitirməsindən danışdı
Zaur Kamala yüksək vəzifə verildi
Qazaxıstan prezidenti öz qızına mükafat verdi
“Bu şəhərdə”dən sərt cavab: Coşquna nə olub? – Video
Paşinyandan KTMT-yə qəribə müraciət: Bakını dayandırın!
Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə
26 yaşlı gənc özünü asıb - Sumqayıtda
Eldar Namazov: “Aprel döyüşlərindən sonra dünyada rəy dəyişib”
Lukaşenki Putinlə mübahisə etdi, axırda üzr istədi - Video
Bu xanıma vəzifə verildi (FOTO)
ABŞ-ın neft nəhəngləri Azərbaycanı niyə tərk edir?
Keçmiş “KQB” agenti: “Naxçıvanda idim, yeganə çıxış yolu...”
Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi
46 nəfər güzəştli mənzillərdən İMTİNA ETDİ
Lukaşenko Ermənistanın son ümidlərini də puç etdi
Şəkidə gəlin baldızları tərəfindən döyülüb
Prezident İlham Əliyev Rusiyaya işgüzar SƏFƏRDƏ
Azərbaycanlı “Kamçatka gözəli” seçildi – FOTO

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11940] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00771] calend [0.00046] topnewsend [0.00321] rsssend [0.00000] ehgend [0.01424] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09253]