Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:33 - 26.06.2019  
Prezident “İmamzadə”də
Tarix: 18-10-2014, 21:59 | Bölmə: Xəbərlər » Ölkə içi

Prezident “İmamzadə”dəPrezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərinə səfərə gəlib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə prezident İlham Əliyevə məlumat verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərindəki "İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə də tanış olublar.

Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxıblar.

Məlumat verilib ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən hesab edilən "İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması məqsədilə 2010-cu ildən başlanılan işlər hazırda davam etdirilməkdədir. Kompleksdə 90 yerlik müsafirxana, 1000 nəfərlik ehsangah tikilib. Baş ziyarətgahda 40 metr hündürlüyündə 2 minarə, kişi və qadınlar üçün ibadət zallarının inşası davam etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

Məlumat verilib ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək. Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.

Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib. Mədəniyyət və incəsənətin inkişafına diqqət mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir. Dövlət başçısının mədəni həyatımızın inkişafına qayğısı Azərbaycanda sənət adamlarının yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi-mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və ya onlar üçün yeni binalar inşa olunur. Bu işlər bölgələrdə də uğurla davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da bunun əyani sübutudur.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoyub.
Xəbər 2996 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu qəbul etdi – Foto
Köçəryan yenidən həbs olundu
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib
ATƏT-in nümayəndə heyəti Ağdama gəlib
İsmət Abbasovun oğlu radikal dini təriqətə üzv olub
Professor Şirməmməd Hüseynov dünyasını dəyişib
İSTANBUL MERİNİ SEÇDİ! Qalib yenə Əkrəm İmamoğludur
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı — VİDEO
Təhsil eksperti Əmrullayevkimiləri və təhsil səviyyəsini qınadı
“Hər bir şəxs bilməlidir ki,...” — İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı
İstanbulda bələdiyyə səsverməsi başlayıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Dünyanın yarısı milyonerlərə məxsusmuş...
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb
Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Deputat: "Biz ermənilərlə birgə yaşaya bilərik"
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb
İran ABŞ texnikasını BELƏ MƏHV ETDİ - VİDEO
Ramil Usubovdan DİN-nin şəxsi heyətinə xoş MÜRACİƏT
Donald Tusk: "Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"
“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”
“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.24298] initstartout [0.00021] initstartin [0.00104] calstart [0.01223] calend [0.00072] topnewsend [0.00482] rsssend [0.00000] ehgend [0.01477] tagsstart [0.00078] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.20835]