Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:59 - 05.12.2019  
Arif Rəhimzadənin “azərbaycanlılar türk sayılmır” sözləri aranı qatdı
Tarix: 3-03-2017, 08:19 | Bölmə: Xəbərlər » Ölkə içi

Fazil Mustafa: "Arif Rəhimzadə sanki türk olmaqdan utanır”; Nizami Cəfərov: "Onun fikirləri Rusiyanın zamanında olan mövqeyini əks etdirir”; Dilavər Əzimli: "Bu cür insanların düşüncə tərzləri köhnədir”

Arif Rəhimzadənin “azərbaycanlılar türk sayılmır” sözləri aranı qatdı"Azərbaycanlılara ”türk" deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır, türklər tamam ayrı millətdir". Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.ru rus xəbər portalına müsahibə verərkən dediyi bu ifadələr ölkə ictimaiyyətində böyük qalmaqala, etirazlara səbəb olub. Virtualaz.org xəbər verir ki, deputat müsahibəsində deyib:

"Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini ”müsəlman" adlandırırdılar, Rusiyada isə həmin əhalini "tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti "türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı". Deputat həmçinin bizim türk kimi qələmə verilməyimizi bədbəxtçilik adlandırıb: "Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı”.

Deputatın öz milləti haqqında səsləndirdiyi ifadələr öz həmkarları tərəfindən də sərt qarşılanıb. Belə ki, deputat Fazil Mustafa virtualaz.org-a açıqlamasında deyib ki,  Arif Rəhimzadənin fikirləri yanlışdır. O qeyd edib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti türklərdir: "Azərbaycanlı” sadəcə siyasi terminologiyadır, etnik terminologiya deyil:

"Bu yanlış yanaşmadır. Görünür, Arif müəllimin etnologiya ilə bağlı bilgiləri fərqli istiqamətdə formalaşıb. Biz özümüzü türk hesab edirik. Bu ifadə Azərbaycanda yaşayan türklərin milli kimlik haqlarının doğru ifadə olunmamasıdır. Hesab edirəm ki, belə bir ifadəni işlətməklə sanki türk olmaqdan çəkinir, utanır. Biz türkük, əhalimizin çoxu türkdür, Azərbaycanda türklərlə yanaşı başqa azsaylı xalqlar yaşayır. Onların da hüquqularını qorumağa çoxluğu təşkil edın xalq kimi borcluyuq. Buna görə də qətiyyən Arif Rəhimzadənin fikirləri ilə razı deyiləm”.

Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov isə qeyd edib ki, həmkarının fikirləri Rusiyanın zamanında olan mövqeyini əks etdirir:

"İfadə düzgün qoyulmayıb. Biz etnik olaraq türkük. Əslində ermənilər də yaxşı bilirlər ki, biz türkük. Məhz özlərinin qondarma soyqırımının ”intiqamı"nı bizdən türk olduğumuza görə almaq istəyirlər. Onların bizə qarşı yönələn torpaq iddiaları da buna dayanır".

Qeyd edək ki, deputatın mövqeyi ilə bağlı ölkə ziyalıları, tanınmış ictimaiyyət nümayəndələri də öz etirazlarını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli məsələ ilə bağlı "Yeni Müsavat”a açıqlamasında bunları deyib: "Bu cür insanların düşüncə tərzləri köhnədir. Bizim adamların əksəriyyəti ya fars, ya da rus təfəkkürü ilə düşünür. Azərbaycan bir ərazidir, bu adda millət yoxdur, mənsubiyyət var. Biz türkük. Ümumiyyətlə, bizim bədbəxtçiliyimiz ondadır ki, tarixdən başı çıxan da, çıxmayan da belə bir fikirlər irəli sürürlər. Heç olmasa AMEA-nın Tarix İnstitutuna gedib tariximizi oxusunlar".

Qeyd edək ki, mövzu ictimaiyyətdə geniş müzakirələrə, qalmaqala səbəb olduğundan deputat Arif Rəhimzadə sonradan məsələ aydınlıq gətirmək məcburiyyətində qalıb. Deputat ölkə.az saytına açıqlamasında bildirib ki, fikirləri təhrif olunub: "Mən deməmişəm ki, biz türk deyilik. Bununla bağlı fikirlərim təhrif olunub. Mən demişəm ki, biz etnik cəhətdən türkük, ancaq xalq kimi azərbaycanlıyıq”.

Xalidə GƏRAY

Xəbər 2769 dəfə oxunub






Oxşar xəbərlər

"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Paşinyan Xankənində Azərbaycanla danışıqları müzakirə edir
“Gözlə bizi, can Azərbaycan”
Etibarnamələrin verilməsi elektronlaşdırıldı
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Millət vəkili xanım jurnalistə vəzifə verdi (FOTO)
YAP Siyasi Şurasının müraciəti təqdim edilib
Prezident ailəsində xoş gün (FOTOLAR)
Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
“Bir ildir özümə qadağa qoymuşam” – Ramiz Novruz
Məzahir Pənahov seçki bülletenləri çap etdirir
Bələdiyyə seçkilərində 41800 namizəd iştirak edir
Şəmkirdə ağır yol qəzası: 5 nəfər ölüb
Prezidentin yeni köməkçisi Anar Ələkbərovun DOSYESİ
Yeni Ombudsmanın atası DANIŞDI
Zərdabda Axundun oğlu sərxoş yaxalanıb
Psixoloqlar da diaqnostik qiymətləndiriləcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28019] initstartout [0.00022] initstartin [0.00110] calstart [0.01421] calend [0.00074] topnewsend [0.00744] rsssend [0.00000] ehgend [0.01882] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23671]