Ermənilərin bugünkü hücumunun arxasında...

  • 26 fev 2017, 12:06

Ermənilər qətiyyən belə irimiqyaslı hücumlara cəsarət etməzdilər.

Demokratik.Az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, cəbhə xəttində ermənilərin bu fəallığı hələ bir müddət dayanmayacaq, çünki bu işdə təhrikçi güc mərkəzinin olduğu aydın hiss olunur:

"Ermənilər qətiyyən belə irimiqyaslı hücumlara cəsarət etməzdilər. Ermənilərin hücumlar zamanı ağır artilleriyadan istifadə etməsi, üstəlik, cəbhə xəttini yarmaq və müdafiə xəttinin içərilərinə doğur irəliləmək cəhdləri göstərir ki, bütün cəbhə xətti boyunca müşahidələr düşmən tərəfindən süni peyk kəşfiyyatı ilə aparılıb. Hər halda Rusiyanın addımları Ermənistanı ruhlandırmaqla yanaşı, daha təhlükəli istiqamət almaqdadır. Görünür, bu məsələ ilə bağlı Rusiya ilə birbaşa danışıqlara keçmək lazım gələcək. Sərkisyanın Moskvaya gözlənilən səfəri isə bütün bu şübhələri doğruldur”.

Politoloq bu kontekstdə daha önəmli bir məqama da toxunub:

"Son zamanlar Azərbaycan Avropa Birliyi ilə əlaqələri möhkəmlənir. Görünür, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasında nazirlərin üçüncü görüşü və sözügedən layihənin böyük hissəsinin istismara hazır olması bir çox dairələri əməlli-başlı narahat edib. Xüsusən də Moskva və İrəvanı. Avropa bazarlarına yiyələnmək uğrunda bu istiqamətdə Azərbaycanla yeganə rəqabət aparan ölkə Rusiyadır. Azərbaycanın Avropanın mavi qaz bazarına birinci çıxması və qitənin cənub istiqamətlərində Rusiyanı üstələməsi Moskvanı qıcıqlandırır”.

 

Demokratik.Az 

Oxşar xəbərlər