Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:39 - 21.02.2019  
Ayaz Mütəllibov "Yeni Müsavat"a danışdı - “Hakimiyyətdən getməyim..."
Tarix: 24-02-2017, 21:37 | Bölmə: Xəbərlər » Müsahibə

Ayaz Mütəllibov Rusiya ilə əlaqələrdən, Xocalı faciəsini doğuran səbəblərdən və Qarabağda yeni müharibə ehtimalı barədə danışdı

Ayaz Mütəllibov "Yeni Müsavat"a danışdı - “Hakimiyyətdən getməyim..."Azərbaycanda daim müzakirə edilən məsələlərdən biri qonşu Rusiya ilə yaxın əlaqələrdir. Əksəriyyət başımıza gələn bəlaların kökündə şimal qonşumuzu görməklə yanaşı, torpaqlarımızın itirilməsində əsas rol oynayan Kremllə sıx əlaqələri doğru saymasa da, Cənubi Qafqazda yeganə güc mərkəzi hesab edilən bu dövlətlə yaxın münasibətləri doğru hesab edənlər də az deyil.


Aprelin əvvəllərində şimal qonşumuzla diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olacaq. 
Bütün bunlarla yanaşı, hər ilin bu günlərində Xocalı faciəsi ilə əlaqədar ölkə gündəmində əsas müzakirə olunan şəxslərdən biri Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. Buna səbəb də əsrin faciəsinin onun prezidentliyi dönəminə təsadüf etməsi, eyni zamanda martın əvvəllərində ölkə rəhbərliyi postundan istefa verməsidir. Eks-prezidentlə bu və ya digər gündəmdə olan məsələlərlə bağlı söhbət etdik.

- Ayaz müəllim, Azərbaycanla Rusiya arasındakı diplomatik əlaqələrin qurulmasının 25 ili yaxınlaşır. Bu illəri necə dəyərləndirirsiz? İtirdiklərimiz, yoxsa qazandıqlarımız çox olub?

- Diplomatik münasibətlərin davamlılığını və indiki səviyyəsini çox yaxşı qiymətləndirirəm. Rusiya və Azərbaycan arasındakı diplomatik körpü etibarlıdır. Azərbaycan bundan heç nə uduzmur.

- Şimal qonşumuzla əlaqələrin hansı üstünlükləri var?

- Həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən Rusiya dövlətli və imkanlı ölkədir. Bütün dünya istəyir ki, Rusiyanın resurslarından istifadə etsin. Belə ölkənin Azərbaycana qonşu olması, onun üçün iqtisadi və tranzit imkanları yaradır. Biz bu imkanlardan istifadə etməliyik. Bundan əlavə, Rusiyada bir neçə milyondan artıq azərbaycanlı çalışır və ailələrini dolandırırlar. Faktiki olaraq, azərbaycanlılar bu saat Rusiyanın iqtisadi rıçaqlarını əllərində saxlayırlar və böyük imkan sahibidirlər. Azərbaycan Rusiyada olan azərbaycanlıların imkanlarından istifadə etməklə, ölkəmizi düşdüyü iqtisadi böhrandan qurtara bilər, Rusiya ilə ciddi iqtisadi əlaqələr qurar.

Siyasi nöqteyi-nəzərdən Azərbaycan-Rusiya münasibətlərini Qarabağa yönəltməli idik. Biz Azərbaycan-Rusiya münasibətlərini düzgün qiymətləndirməyib, başqa partnyor seçdik, məsələn, NATO ölkəsi Türkiyəni. Əlbəttə ki, o dövrdə bilirdik ki, Qarabağın açarı Rusiyanın əlindədir və yeni Azərbaycan dövləti Rusiya ilə dostluq münasibətlərini pozmamalı idi. Biz daha çox üstünlüyə nail ola bilərdik. Ancaq Rusiyaya qarşı mövqe tutduq.

- Cənubi Qafqazda söz sahibi olan Rusiya ilə dostluq bu qədər önəmlidirmi?

- Bəli. Bu saat Rusiya güclənməkdədir. Bunu ABŞ-ın yeni prezidenti Tramp və onun ətrafı yaxşı bilir və Rusiya ilə yaxınlaşmaq istəyirlər. Dərinə getsək, görərik ki, bu proses çox sürətlə və açıq şəkildə gedir. Biz niyə Rusiyaya yaxın olmayaq? Çünki gizlin deyil ki, Qarabağın taleyi Rusiyanın əlindədir.

Əgər münasibətlər gərginləşərsə, ölkəmizin müstəqilliyinin təhlükə altına düşəcəyi barədə hər zaman fikirlər səslənir. Bu fikirləri bölüşürsüz?

 

"Hakimiyyətdən getməyim, Qarabağın itirilməsinə səbəb oldu”

- Yox, çünki 2 mart 1992-ci ildə Azərbaycanı BMT-yə tanıtmışam. Bu nə deməkdir? Azərbaycan müstəqil dövlətdir və heç bir dövlət onun ərazi bütövlüyünə xələl gətirə bilməz. Rusiyaya qarşı belə fikirləri ortaya atanlar Azərbaycan-Rusiya dostluğunu istəməyənlərdir və bu münasibətlərə xələl gətirənlərdir. Biz bunun nəticəsində Avrasiya və Şanxay ölkələri birliyindən kənarda qalmışıq. Ancaq bu birliklərdən kənarda qalmamalıyıq.

- Niyə xalq arasında daim Rusiya tənqid hədəfi olur, bu dövlətlə əlaqələr qınanır? Bu, tarix boyu başımıza gələn bəlaların çoxunda rus izinin axtarılması, xüsusilə Dağlıq Qarabağın itirilməsində Rusiyanın əlinin olması kimi fikirlərlə bağlıdır, yoxsa başqa səbəblər var?

- Əlbəttə ki, xalqın adından heç kim danışa bilməz. Xalq bu saat bir tikəsinin hayındadır. Xalqın belə fikirləri yoxdur. Bu, bəzi siyasətçilərimizin iddialarıdır. Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil. Bizim torpaqlarımızı ermənilər zəbt ediblər. Bunu yayanlar istəyirlər ki, göstərsinlər ki, ruslar ermənilərin arxasında durublar. Daha düzünü desək, azərbaycanlıları bununla qorxudurlar. Əksinə, biz düzgün siyasət qursaq, ruslar bizim tərəfdə olacaqlar, çünki Azərbaycan bir ölkə kimi Rusiyaya daha yaxındır və onun maraq dairəsindədir. Bir vaxt vardı, düzgün siyasət nəticəsində ruslar Azərbaycandan erməni yaraqlılarını çıxarırdılar. Qarabağda da məsələləri sülh yolu ilə həll edə bilərdilər.

- Xocalı faciəsinin növbəti ildönümü gəlir. Hər ilin bu günlərində tənqid hədəfi olan əsas şəxs olursunuz. 25 il öncəki o faciəyə 25 ildən sonra baxışınız...

- Bu faciə olmaya da bilərdi. Qarabağ cəbhəsində olanlar vahid cəbhədən çıxış edib, düşmənin qarşısını ala bilərdilər. Əslində isə onlar mənim işlərimə mane oldular. Göndərdiyim köməyi Xocalıya yox, başqa istiqamətə yönəltdilər. Xocalı köməksiz qaldı. Əfsuslar olsun ki, hakimiyyət davası edib, cəbhəni başsız qoymuşdular. Bundan istifadə edən erməni yaraqlıları Xocalıya divan tutdular.

- Xocalı faciəsinin ildönümü ərəfəsində Çingiz Mustafayevin çəkdiyi süjetlə bağlı yenə gərəksiz iddialar gündəmi zəbt etdi. Bu məsələyə o zamankı ölkə rəhbəri olaraq mövqeyiniz necədir?

Çingizin çəkdiklərindən xəbərim var. Onun çəkdiklərindən belə çıxırdı ki, Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub. Ancaq mənə imkan vermədilər ki, Çingizin gətirdiyi faktları hərtərəfli təhlil etdirim. Bu yaxınlarda sosial şəbəkələrdə yenə də onun çəkdiklərini yayıblar. Yaxşı olar ki, Çingizin göstərdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin. Çünki söhbət milli xəyanətdən gedir.


Son aylarda ikinci Qarabağ savaşının başlayacağı ilə bağlı fikirlərə daha çox rast gəlirik. Hətta ikinci aprel savaşının olacağı barədə iddialar da var. Xüsusilə düşmən ölkədəki parlament seçkiləri ilə əlaqədar Ermənistanın qarışacağı vurğulanır. Bunu ölkəmiz adına bir şans kimi dəyərləndirirlər...

 

"Yaxşı olar ki, Çingizin Xocalıdan çəkdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin”

- Bu sirr deyil ki, Azərbaycan tərəfi sülh yolu ilə Qarabağı və torpaqlarımızı qaytarmasa, beynəlxalq hüquq normalarına arxalanıb, torpaqlarımızı müharibə yolu ilə azad edə bilərik. Aprel döyüşləri onu göstərdi ki, Qarabağda müharibənin getməsinin tərəfdarları nə Rusiya, nə də İrandır. Odur ki, Rusiya tərəfi müharibəni dayandırdı və Azərbaycana bu məsələnin tezliklə sərhədlərinin dəyişdirilməyəcəyi prinsipi əsasında həll edəcəyinə söz verdilər. Cənubu Qafqazda müharibənin getməsi, NATO qoşunlarının da bura girməsi deməkdir. Odur ki, Rusiya tərəfi öz mövqelərini Cənubi Qafqazda itirməmək üçün, müharibə onun marağında deyil. Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram.

- Son vitse-prezident və bir nazirliyin ləğv edilib, digərinə birləşdirilməsini struktur islahatlarının başlanğıcı kimi qəbul etmək olarmı?

- Bəli. Yeni yaranmış strukturların mahiyyəti ölkədə ciddi siyasi və iqtisadi islahatların həyata keçirilməsinə yönəldilib.

- Hakimiyyətdən gedişinizin 25 ilinə az müddət qalır. O illərə bugünkü baxışınız necədir? Getməsəydiniz hakimiyyətdən, nələr dəyişə bilərdi? Torpaqlarımız itirilərdi yenə?

- Hakimiyyətdən getməyim ölkədə siyasi vəziyyəti daha da kəskinləşdirdi, Qarabağın itirilməsinə səbəb oldu. Hamı bilirdi ki, mən rus hərbiçiləri ilə danışmışdım və martın 6 -da Qarabağdan erməni yaraqlılarını təmizləyəcəkdim. Ancaq qoymadılar. Məni hakimiyyətdən uzaqlaşdırdılar...

Cavanşir ABBASLI

Xəbər 2080 dəfə oxunub






Oxşar xəbərlər

Kəmaləddin Heydərov bankını neçəyə satıb? - Qiymət açıqlandı
“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək
Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulub? - RƏSMİ açıqlama
Bakıda “kupça”sız mənzil qalmayacaq - FƏRMAN
Milli Şuranın fevralın 23-də mitinq niyyəti alınmadı
İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
Deputat: "Boşanmaların sayına məəttəl qalmışıq"
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Nazirliyin idarəsində ölüm hadisəsi oldu
Məşhur terror təşkilatının lideri Türkiyədədir (İDDİA)
Açıqlama - SOCAR-a qarşı “qara piar” kampaniyası?
Hakimiyyətdən dindar məhbuslarla bağlı yeni strategiya
Gəncə sakinində silah aşkarlanıb
Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
İran Avrasiya İttifaqına qoşulacaq
Bulaqdan palçıq püskürdü: Astarada qeyri-adi hadisə (VİDEO)
Prezident sənədsiz binalarla bağlı fərman verdi
Məşhur polkovnik-leytenantı itirdik - Əliyaz Mirzəyev Gülhanədə müalicə alırdı
ATƏT sədri Azərbaycana səfər edəcək
Ramil Usubov Türkiyədə – VİDEO
Prezident Anar Kərimova YÜKSƏK VƏZİFƏ verdi
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Sədr təyin olunan Fərid Şəfiyev kimdir? - DOSYE
Əli Kərimlinin Rövşən Quliyev “paradoks”u
“AFB Bank” Kəmaləddin Heydərovun əlindən çıxdı
Müşviq Ələsgərli və Əvəz Zeynallı dueli: "REKET KİMDİR?" Video
“Buta Airways”ın təyyarəsində nasazlıq yaranıb
Tramp Maduronu dəstəkləyən hərbçiləri təhdid edib
Azərbaycan neftinin qiyməti 68 dolları keçdi
Binəli Yıldırım vəzifəsindən istefa verib
Baş ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu
Hökumət problemli kreditlər məsələsini həll edir - iddia
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
“Putin Ərdoğana çox güvənir” – Dmitri Peskov
Prezident Sumqayıta milyonlar ayırdı
Rüstəm İbrahimbəyovu Bakıya Prezident Administrasiyası dəvət edib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır
Hüquq müdafiəçiləri Ramil Usubovla görüşdülər
İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17201] initstartout [0.00024] initstartin [0.00131] calstart [0.01628] calend [0.00101] topnewsend [0.00717] rsssend [0.00000] ehgend [0.01319] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.13184]