Pensiya ilə bağlı yeni strategiya hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.
Nazirliyin
İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a
verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərinin ilk növbədə sosial ədalət
prinsipinin təminatına xidmət edən güclü sosial siyasətlə tamamlandığını diqqətə
çatdırıb.
Nazir Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində
əldə olunan nailiyyətlərin əhalinin sosial müdafiəsi istiqamətində də mühüm irəliləyişlərlə
müşahidə olunduğunu vurğulayıb. S.Müslümov bildirib ki, son 12 ildə
iqtisadiyyatın 3 dəfədən çox, o cümlədən qeyri-neft sənayesinin 2,6 dəfə
artdığı ölkədə sosial təminat sisteminin də dəfələrlə gücləndirilməsi şəraitində
bu sistemin mühüm komponenti olan pensiyalarda da 10,5 dəfə artım qeydə alınıb:
"Dünya Bankının ekspertlər qrupunun qiymətləndirmələri nəticəsində Azərbaycanda
sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək
potensialına malik olduğu vurğulanaraq, ölkədə pensiya təminatı yoxsulluğun
azaldılmasında ən səmərəli vasitə kimi dəyrələndirilib”.
S.Müslümov ölkəmizin əmək və sosial müdafiə sahələrində yaradılmış
avtomatlaşdırılmış sistemlər, o cümlədən əmək müqavilələrinin elektron
qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət
və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi,
avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə məlumat verib. Nazir bu
sistemlərin müvafiq sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə tam şəffaf
şəkildə təşkilinə imkan verdiyini qeyd edərək bildirib ki, 2006-cı ilin əvvəlindən
ölkədə beynəlxalq standartlara cavab verən, elektron texnologiyalar üzərində
qurulmuş müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir: "Sistem
pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına, sistemə
verdiyi paya uyğun müəyyənləşdirilməsi prinsipinə əsaslanır ki, bu da dünyada ən
ədalətli bir istiqamət kimi qəbul olunur. Həmçinin Şərqi Avropa və MDB məkanında
ilk dəfə olaraq Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən
təyinatına başlanılıb. Hazırda ölkəmizin sığorta-pensiya sistemi beynəlxalq səviyyədə
də yüksək dəyərləndirilir. Əldə olunan uğurların davamı kimi, Beynəlxalq Sosial
Təminat Assosiasiyasının (BSTA) ötən ilin aprelində keçirilən Avropa Regional
Sosial Təminat Forumunda Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial
Müdafiə Nazirliyinin "Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı”
xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna layiq görülüb”.
Nazir sığorta-pensiya sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə
islahatların davam etdirilməsi üçün yeni strategiyanın da hazırlandığını diqqətə
çatdırıb. S.Müslümov digər mötəbər beynəlxalq təşkilatlar kimi, Beynəlxalq
Pensiya və Sosial Fondlar Assosiasiyası ilə də əməkdaşlığın genişləndirlməsinə
xüsusi önəm verildiyini vurğulayıb.
Y.Ametov və Y.Seleverstova Azərbaycanda sosial müdafiə sisteminin dünyanın
qabaqcıl təcrübəsi əsasında inkişaf etdirilməsi üçün aparılan islahatları
maraqla izlədiklərini və əldə olunan müsbət nəticələri məmnunluqla
qarşıladıqlarını bildiriblər. Onlar ölkəmizin Beynəlxalq Pensiya və Sosial
Fondlar Assosiasiyası ilə ötən dövrdə həyata keçirdiyi əməkdaşlığın təqdirəlayiq
səviyyədə olduğunu vurğulayıblar. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək
istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Demokratik.Az