Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:26 - 21.09.2019  
“Kimdənsə pul almışıqsa...” - ATV -“Yoxlama"-QALMAQAL
Tarix: 10-01-2017, 19:08 | Bölmə: Xəbərlər » Müsahibə

Teleaparıcı Azər İsmayılov ATV-də yayımlanan "Yoxlama” verilişinin Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə çəkiliş etdiyi zaman yaşanan qalmaqaldan danışıb. 

“Kimdənsə pul almışıqsa...” - ATV -“Yoxlama"-QALMAQAL

 

Musavat.com saytına açıqlama verən teleaparıcı bildirib ki, çəkiliş heyəti o məktəbə çoxsaylı şikayətlər əsasında gedib:
 "Məsələ ilə bağlı ATV-dən rəsmi açıqlama verildi. Ölkədə qayda-qanun var. Biz özbaşına heç yerə getmirik. Hadisəyə fikir bildirməyimi istəyiblər, susmuşam. Çünki susmaq qızıldır. Haqsız olsaydım, çıxıb özümü müdafiə edərdim. Sözügedən məktəbdə antisanitariya var idi, biz də çəkdik. Deyirlər ki, oraya 12 nəfərlə getmişik. Yalandır. 3 operator, bir mən, bir də mühafizəçi olub. Mühafizəçini dava-dalaş üçün aparmırıq. O, bizim öz təhlükəsizliyimizi qorumaq üçün yanımızdadır. 3 məktəbdə olduq, hamısında vəziyyət eyni idi. Biz o məkanlara şikayət əsasında getmişik. 171 nömrəli məktəbdə dərs zamanı idi, amma məktəbi səs-küy bürümüşdü. Bizə dedilər ki, tənəffüsdür. Amma otağın şüşəsi qırıq qapısından baxıb gördüm ki, əslində dərsdir. Deyirlər ki, mən məktəbliyə əl qaldırmışam. Şamaxıda bizə hücum olanda mən heç kimə əl qaldırmadım. Əgər orada sakit qala bilmişəmsə, uşağa necə əl qaldıra bilərəm? Bütün bunlar layihəni ləkələmək üçündür. Bundan sonra da məktəblərə yoxlamaya gedəcəyik. Nəinki məktəblər, digər ictimai məkanlarda da yoxlama aparacağıq. Bağçalara, universitetlərə, iaşə məkanları, otellərdə də çəkiliş edəcəyik. Biz başlayanda  restoranların çoxunda tarakan vardı. Biz onları göstərəndən 1 ay sonra Bakıdakı heç bir məkanda tarakan aşkarlanmadı. Bunun nəyi pisdir ki? Biz də xalq üçün çalışırıq. Biz iaşə məkanlarına deyirik ki, işinizi yaxşı görün ki, sizi çəkəndə anti-reklamınız deyil, reklamınız olsun”.

A.İsmayılov onu reketlikdə, restoranlardan pul almaqda ittiham edənlərə də cavab verib: "Azərbaycanda kimdənsə pul almışıqsa, ortaya çıxsın, mətbuatda açıqlamalar versin. Düzdür, bizim adımızdan istifadə edənlər olub. Kimisi gedib adımızdan pul alıb, kimisi deyib çəkilişə gələcəyik pul verin. Bu haqda dəfələrlə efirdə demişəm. Bildirmişəm ki, məni görməsəniz, gələnlərə inanmayın, hüquq-mühafizə orqanlarına müraciət edin. Biz təmənnasız gedib çəkiliş edirik. Elə adamlar var ki, bizə reklam şərtləri ilə çəkiliş təklif edir. Və ya kiminsə kiminləsə prinsipi var, bizi ora yönləndirmək istəyir. Bu cür halların qarşısını almaq üçün əvvəlcədən də o məkanı araşdırırıq. Bizə sosial şəbəkələr vasitəsilə çoxsaylı şikayətlər gəlir. Hazırda məkan sahiblərinin çoxu bir-birini tanıyır. Biz kimdənsə pul alsaq, o biri də məlumatlı olar. Bizim layihəyə xələl gətirmək istəyənlər iaşə məkanında problem olanlardır. Heç kim ideal deyil. Mən də, layihəm də ideal olmağa məcbur deyil. Bir nəfər sevir, biri nifrət edir. Həyatda bu cür hallar normaldır. Bu axşam proqram yayımlanacaq, o zaman hər şey daha da aydın olacaq”. 

Könül İbrahim,
Musavat.com
Xəbər 2683 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39299] initstartout [0.00027] initstartin [0.00105] calstart [0.03954] calend [0.00073] topnewsend [0.00653] rsssend [0.00000] ehgend [0.03083] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31304]