Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:53 - 19.06.2018  
Bayram Səfərov erməniləri Azərbaycanda yaşamağa dəvət elədi - müsahibə
Tarix: 19-12-2016, 18:50 | Bölmə: Xəbərlər » Müsahibə

Bayram Səfərov erməniləri Azərbaycanda yaşamağa dəvət elədi

 

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovun Ölkə.az-a müsahibəsi:

– Ermənistanın sabiq prezidenti, "Erməni Milli Konqresi” partiyasının (AMK) lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağla bağlı sensassion çıxışı birmənalı qarşılanmayıb. Həmin çıxışa sizin münasibətiniz necədir?

– Levon Ter-Petrosyan Ermənistanın ilk prezidentidir, kifayət qədər təcrübəli siyasətçi, partiya sədri və ziyalıdır. Levon Ter-Petrosyan da çıxış yolunu işğal altındakı torpaqların qaytarılmasında görür. Bütün bunları Ermənistan ictimaiyyəti də yaxşı bilir və dəstəkləyir. İndi Ermənistanda hakimiyyətdə olan cinayətkar rejim təkcə azərbaycanlılara qarşı deyil, bu gün də öz xalqına qarşı quldurluq edir. Əslində, Levon Ter-Petrosyan da erməni xalqını bütün bunlara göz yummamağa, oyatmağa çalışır. Levon Ter-Petrosyanın istəyi odur ki, işğal altında olan torpaqlar geri qaytarılsın, Azərbaycanla sülh və əmin-amanlıq şəraitində yaşanılsın. O deyir ki, Azərbaycan torpaqlarını geri qaytaran kimi, Türkiyə ilə münasibətlər dost səviyyəsinə çatacaq. Bütün bunları deməklə Levon Ter-Petrosyan çox ağıllı təklif irəli sürür. 
Əslində, Levon Ter-Petrosyan anlayır ki, Azərbaycanın daha səbri qalmayıb. Ona görə də öz xalqına və hakimiyyətə çağırış edir ki, daha vaxt itirməyin, torpaqları geri qaytarın. Əks halda Azərbaycan dövləti öz torpaqlarını azad edəcək.

Əgər Qarabağdakı ermənilər Azərbaycanda yaşamaq istəyirsə, vətəndaşlıq almaq üçün müraciət edib buyurub gəlib yaşasın. Yaşamaq istəməyən də Ermənistana və digər ölkələrə getsin. Daha 30 ilə yaxın müddətdə münaqişənin davam etməsi ermənilərə nə fayda verəcək? Bununla bağlı Levon Ter-Petrosyan da öz fikrini Ermənistan xalqına çatdırmaq istəyir. Bunun da əsas səbəbi bu gün Ermənistanda yaşayan əhalinin vəziyyətinin ağırlaşmasıdır. Levon Ter-Petrosyan da həmin erməni xalqına çıxış yolunu göstərir. Münaqişənin sülh yolu həllinin yeganə yolu işğal altındakı torpaqların Azərbaycana qaytarılmasıdır.

– Bu yaxınlarda azərbaycanlı və erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Ermənistan-Azərbaycan Sülh Platforması” yaradılıb. Sizcə, bu Platforma qarşıya qoyduğu məqsədlərinə çata biləcəkmi?

– Mən bu plataformanın fəaliyyətini müsbət qiymətləndirirəm. Ümumiyyətlə, işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı hər bir görülən işi yüksək qiymətləndirirəm, təki müsbət nəticəsi olsun. Təki, bütün məcburi köçkünlər işğaldan azad olunan öz torpaqlarına köçsünlər.

– Yaxın vaxtlarda icmaların görüşü gözlənilirmi?

– Hələ ki, bununla bağlı dəqiq məlumat yoxdur. İnanmıram ki, bu yaxınlarda icmaların görüşü baş tutsun. Bilirsiniz, icmalar hər zaman görüşmək istəyirlər. Azərbaycan tərəfi də erməni icması ilə görüşə hər zaman hazırdır. Ancaq Ermənistan hakimiyyəti erməni icmasının bizimlə görüşməyinə mane olur. Bizə nə var ki, hansı ölkədə olsa görüşməyə hazırıq. Erməni icmasını Azərbaycanda da qarşılayıb görüşməyə hazırıq. Necə ki, "Ermənistan-Azərbaycan Sülh Platforması”nda təmsil olunan ermənilər Bakıya rahat gəlib-gedə bilirlər. Ancaq gəlin, baxaq görək, bu ermənilər Ermənistana rahat gedə bilirlərmi? Xeyr, gedə bilmirlər. Çünki Serj Sarkisyan hakimiyyəti onları həbs edir, təzyiq edir. Ona görə də azərbaycanlı və erməni icmaları arasında görüşə Azərbaycan tərəfi hər zaman hazırdır. Ancaq Ermənistan tərəfi buna hazır deyil. İndiki Ermənistan hakimiyyəti ilə icmaların görüşünü keçirmək çətin məsələdir.

– Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ermənilərin Bakıya səfərinə və burada işləməsinə etiraz edir. İcma olaraq bununla bağlı Akif Nağı ilə hər hansı danışıqlarınız olubmu?

– Birincisi, Akif Nağı Azərbaycan xalqı demək deyil. Azərbaycanın Ali Baş Komandanı var. Hər birimiz cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqları qəbul etməliyik. Bunu mən də, Akif Nağı da, bütün müxalifət və iqtidar partiyaları da qəbul etməlidir. Hər birimizin Qarabağ məsələsi ilə bağlı sözü bütöv olmalıdır. Heç kəs də heç kəsi hədələməli deyil. Bu gün Qarabağdakı ermənilər yalnız Azərbaycan qanunlarına hörmət etmək, üç rəngli bayrağın altından keçmək şərti ilə Azərbaycan vətəndaşı kimi orada yaşaya bilərlər.
 
Demokratik.Az
Xəbər 1755 dəfə oxunub






Oxşar xəbərlər

Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11643] initstartout [0.00012] initstartin [0.00057] calstart [0.00782] calend [0.00049] topnewsend [0.00312] rsssend [0.00000] ehgend [0.01439] tagsstart [0.00052] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08937]