Şeyxin nümayəndəsi ilk dəfə "Xural"-a danışdı-amma yenə "susdu"

  • 02 dek 2016, 13:50

Şeyxin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi daha ətraflı danışacağının anonsunu verdi.

Bir müddətdir Gəncədə yerləşən "İmamzadə” ziyarətgahının mütəvəllisi və Şeyxin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə ilə Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevin arasında yaşanan gərginlik haqqında bütün media yazılar yazır, xəbərlər verirlər.  Uzun müddətdir Hacı Tahir Abbaszadə mediadan yayınır və ona yönəldilən suallara cavab verəcəyini desə də, təəssüf ki, bunu hələ etməyib.

Demokratik.Az bildirir ki, ötən gün "Xural" xeyli cəhddən sonra Hacı Tahirdən qısa videomüsahibə ala bilib. Hacı Tahir yalnız Gəncədə baş verən builki Aşura tədbirindən danışıb və Gəncənin başçısı ilə arasında olan gərginlikdən heç bəhs etməyib. O haqda sualların heç birinə cavab verməyib.

"Sadəcə, bir şey dedi ki, mən heç bir şey etməmişəm, İmam Hüseyndən və prezident İlham Əliyevdən danışmışam. Görünən odur ki, Elmar Vəliyevin işi çətindir. O, bu suala cavab verməlidir, bütpərəst sözünü kimə deyib – İmam Hüseynə, yoxsa İlham Əliyevə?!

Amma maraqlıdır ki, Hacı Tahir müsahibəsinin sonunda anons xarakterli bir cümlə işlədib və yaxın günlərdə daha geniş müsahibə verəcəyini deyib. Bu, onu göstərir ki, Hacı Tahirlə Elmar Vəliyevin arasında baş verən konflikt hələ yekunlaşmayıb, əksinə, davam edir.

"Xural.com"un əlumata görə, Hacı Tahir Şeyx Allahşükür Paşazadənin və ölkənin ali rəhbərliyinin reaksiyasını və məsələyə müdaxiləsini gözləyir. O, bu reaksiyalara görə cəmiyyətə müraciət etməyi planlaşdırır.(xural.com)

Oxşar xəbərlər