Cavid Qurbanov girovlar və Kəlbəcərə çəkilən yoldan danışdı

  • 29 noy 2016, 21:23

Cavid Qurbanov girovlar və Kəlbəcərə çəkilən yoldan danışdı 

 

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov Musavat.com-un əməkdaşının suallarını cavablandırıb.  

-Cavid müəllim, 2 il yarım əvvəl Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin xilas olunması istiqamətində hansı işlər görülür? Onların azad olunması üçün sizcə, nələr etmək lazımdır? 

-Bilirsiniz, bəzi adamlar ucuz təbliğatla, boş-boş şeylərlə məşğuldurlar. Birincisi, Kəlbəcər bizim öz torpağımızdır.

Şahbaz və Dilqəm nə ediblər ki? Öz torpaqlarına gediblər də… Bu adamlar orada qeyri-qanunu heç nə etməyiblər. Qanunsuzluq o tərəfdədir.  Amma deyir "oğru elə bağırır ki, doğrunun bağrı yarılır”. Hələlik, düzgün olmayan həqiqət ermənilərin tərəfindədir. Razısınız mənimlə? Bu adamlar da - Şahbaz və Dilqəm risk edib vətənlərinə getdilər və tutuldular. Biz müraciət etmişik. Mən özüm də bu işlə məşğul oluram. Amma bəzi şeylər var ki, bunları açıqlamıram. Cənab prezident də özü bu işlə xüsusi məşğuldur. Cənab prezident Putinin və Sərkisyanın yanında da bu məsələni qaldırdı. Bundan sonra mən başqa nə edəsiyəm? Mən gücüm ancaq onun ailəsinə kömək etməyə çatar. Əgər bilsəm ki, mən 2-3 adamımla avtomat götürüb gedib Şahbaz və Dilqəmi azad edə biləcəyəm, onda gəlin, gedək! Bununla məsələ düzəlir? Bu məsələni siyasi yolla həll etmək lazımdır. Bunu da ölkə prezidenti ən yüksək səviyyədə səsləndirib və tapşırıq verib. Bu işlə Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və mən məşğulam. Mən bunu reklam etmirəm. Heç mənə lazım da deyil. 

-Ermənistan prezidenti artıq bütün sədləri aşaraq Bakını tutacağı ilə hədələyir. Siz bundan sonrakı mərhələdə Qarabağla bağlı nə gözləyirsiniz? Hərb, yoxsa sülh yolu realdır?

-Bütün istiqamətlərdə addımlar atılanda, deyək ki, yol çəkiləndə, ev tikiləndə hər şey ilk olaraq təhlükəsizliyin əsas götürülməsinə hesablanır. Bir insan həyatının qiyməti yoxdur, bəlkə də milyardlara bərabərdir, heç qiyməti yoxdur. Bu mənada münaqişə öz həllini sülh yolu ilə tapsa, daha yaxşı olar. Amma sülhün də həddi  var. Əgər sülh olmasa, biz özümüz sülhü almalıyıq. Hər halda, bu işlər belə getməyəcək, hardasa sonu var. Azərbaycan prezidenti də beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib ki, bizim də səbrimizin tükənmə həddi var. 

- Cavid müəllim, ermənilər Kəlbəcərdən keçməklə Dağlıq Qarabağa ikinci yol çəkdilər. Bununla bağlı nə deyə bilərsiniz? 

- Ermənilər Qarabağa, Kəlbəcərə nəinki ikinci yolu, imkan olsa, onuncu yolu da çəkər.  Ermənilər həyasız millətdir. Onlar başqalarının nəyi varsa özəlləşdirirlər. Məsələn, lavaşı həm iranlılar, türklər və ərəblər, ruslar yeyir, amma heç bir millət demir ki, lavaş bizimdir. Amma abırsız ermənilər deyirlər ki, lavaş təkcə bizimdir. Ona görə yol da çəkəcəklər, çalışacaqlar ki, bizim torpağımızı, adət-ənənəmizi mənimsəməyə, özlərinki etməyə çalışacaqlar. Amma alınan şey deyil. Onun-bunun arxasında gizlənmək iş deyil. Bunun da bir sonu olacaq. Ermənilərin arxasında dayanan qüvvələr də onlara ehtiyatla baxırlar. Düşünürlər ki, bu gün kimlərisə satıblarsa, sabah onların özlərini də çatacaqlar. 

-Rusiya Ermənistana Azərbaycanın dəmiryollarından keçməklə hərbi texnika və ya silah göndərmək istəsə, dəmir yol rəhbərliyi buna imkan verilərmi? 

- (suala sualla cavab verdi) Sən necə fikirləşirsən, elə bir şey ola bilər?..

Elşad PAŞASOY
Musavat.com
Oxşar xəbərlər