Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:43 - 21.11.2018  
Əflatun Amaşov: “İnternet media və sosial şəbəkələr tənzimlənməlidir”
Tarix: 19-11-2016, 18:57 | Bölmə: Xəbərlər » Müsahibə

«Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr mühüm əhəmiyyət daşıyır. Əlbəttə, kimin hansı prizmadan yanaşması önəmlidir. Bu mənada təkliflər müsbət qiymətləndirilə də bilər, əleyhinə çıxanların da olması mümkündür. Ancaq hesab edirəm ki, məsələnin prinsipial tərəfi mütərəqqi mahiyyət daşıyır».
 
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov APA-ya açıqlamasında deyib. Deputat bildirib ki, geniş ictimaiyyət internet məkanda məsuliyyət hissinin artırılmasının tərəfdarıdır. Mövcud xüsusda müxtəlif tədbirlər, maarifləndirmə işləri aparılıb. Bu təbliğat müsbət nəticələr verib. «2003-cü ildə rəhbərlik etdiyim Mətbuat Şurası fəaliyyətə başlayanda mətbuat məkanında tənzimləmələrin aparılmasına ehtiyac var idi. Zamanla bu istiqamətdə bir sıra irəliləyişlər əldə olundu. İnformasiya texnologiyalarının sürətli inkişafı isə tamamilə fərqli vəziyyət yaratdı. Əlbəttə, internet məkanın hər bir şəxsin öz baxışlarını ifadə etmək anlamında özünü təsdiqləməsi müsbət haldır. Bu, söz və ifadə azadlığını dərinləşdirir. Ayrı-ayrı vətəndaşlar demokratik cəmiyyət quruculuğunda iştirak hüququ qazanırlar. İnternet media və sosial şəbəkələr sözün, fikrin ifadə plasdarmı olaraq çıxış edir. Amma heç kəs deyə bilməz ki, sahə tənzimlənməyə ehtiyac duymur. Əksinə, bunun üçün sosial sifariş var. Mətbuat Şurası bu sifarişi hər zaman dəyərləndirib və fəaliyyətini də zamanın tələbindən irəli gələrək qurub. Biz dəfələrlə bildirmişik ki, internet məkanın hansısa formada hüquqi münasibətlər sistemində yer almasına ehtiyac var. O cümlədən sosial şəbəkələrin də. Nəyə görə belə demişik? Ona görə ki, internetdə sui-istifadələrin olduğunu görmüşük. Görmüşük ki, bu meydanda təhqirlər və böhtanlar baş alıb gedir. Kimlərinsə şəxsiyyəti, şərəf və ləyaqəti alçaldılır. Məsuliyyət hissi arxa plana keçir. Nəticədə cəmiyyətdə xoşagəlməz ab-hava formalaşır. Belədə vəziyyətin ictimai tənzimləməsi istiqamətindəki tədbirlər istər-istəməz ləngiyir. Çünki internet üzərindən yayımın vurduğu zərər də ayrıca proses olmaq etibarilə daha dinamikdir. Yaxşı halda 10 zərərli tendensiyadan 3-4-ü zamanında aradan qaldırıla bilir. Deməli, hüquqi tənzimləməyə ehtiyac var» - deyə Ə. Amaşov fikrini əsaslandırıb.
 
Milli Məclisin deputatı bildirib ki, baş prokuror Zakir Qaralovun təklif etdiyi əlavələr qanunvericiliyin tamamlanması baxımından da önəmlidir: «Yenə də internetin dinamikliyi üzərinə gəlməyi düşünürəm. Əgər bir fikir və informasiyanın kütləvi yayılmasının vurduğu zərər nəzərə alınırsa, onun yayılma arealı da geniş götürülməlidir. Əvvəllər bu areal Ədliyyə Nazirliyində dövlət reyestrindən keçmiş konkret kütləvi informasiya vasitəsi idi. Belə deyək, təhqiramiz, böhtan dolu material hansısa qəzet və jurnalda yayımlana bilirdi. Ancaq indi internet var. Digər tərəfdən, qaldırılan məsələni heç də tam mənada yenilik saymaq olmaz. 2013-cü ildə "Kütləvi informasiya vasitələri haqqında” Qanuna edilmiş əlavələrdə internet də informasiyanın yayılma arealı kimi təsbit olunub. Müvafiq olaraq Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə də buna uyğun dəyişikliklər edilərək internetlə bağlı məsuliyyət nəzərdə tutulub. Hazırkı dəyişiklik əsasən sosial şəbəkələrdəki saxta profillərlə bağlıdır. Bu da çox vacib məsələdir. Dinamikliyi nəticəsində sosial şəbəkələr daha geniş topluma xitab edir. Demək ki, xeyri kimi, ziyanı da əhəmiyyətli dərəcədə böyükdür. Bəzi saxta profillərdə radikal dini cərəyanlar, ekstremizm, separatçılıq və terrorizm təbliğ olunur. Bu məqam da mütləq qaydada nəzərə alınmalıdır».
 
Ə. Amaşov dünyada sosial şəbəkələrdəki təhqir və böhtan məsələlərinə kifayət qədər həssas yanaşıldığını vurğulayıb. «İndiki şəraitdə Avropanın bir çox səlahiyyətli qurumları internetdə, xüsusən də sosial şəbəkələrdə insanların alçaldılması ilə bağlı narahatlıq keçirirlər və vəziyyətin aradan qaldırılması üçün yollar axtarırlar. Britaniyada, Fransada, İtaliyada belə nümunələr var. Məsələ şəxsin malik olduğu təməl hüquq və azadlıqların pozulması kontekstində dəyərləndirilir. Kimsə təhqir olunursa, yaxud böhtanlarla üzləşirsə belə hesab edilir ki, onun hüquqları məhdudlaşdırılır. Təhqirə və böhtana yol verən informasiya vasitələri məsuliyyət daşıyırlar. Mən yadımdadır ki, hələ təxminən 4-5 il öncə keçirilən beynəlxalq konfranslarda sosial şəbəkələrdə yayımlanan informasiyanın ictimai rəyə təsirlilik dərəcəsi müzakirə olunurdu. Yəni sosial şəbəkələr informasiyanın yayılma arealı kimi çox ciddi qarşılanır. Məsələn, Britaniya qanunvericiliyi buna kifayət qədər mühafizəkar yanaşır. Ümumən təhqir və böhtan məsələlərinə Avropa qanunvericiliyində xeyli dərəcədə həssas yanaşmalar var və bu yanaşmalarda internet məkan heç də toxunulmaz elan edilməyib. Əksinə internetin, sosial şəbəkələrin təsir gücü daha çox nəzərə alınmaqdadır» - deyə o, vurğulayıb.
 
Deputat baş prokurorun təklif etdiyi əlavələrə münasibətdə bəzi əks fikirlərlə bağlı da mövqeyini açıqlayıb. O bildirib ki, hər bir qanunvericilik aktı mütərəqqi mahiyyət daşımalıdır. «Biz bilirik ki, baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr lazımdır, vacibdir. Sadəcə məsələ ətrafında fərqli interpretasiyalar var. Bu da ayrı-ayrı maraqlı qrupların mənafelərindən qaynaqlanır. Söz yox ki, əlavələr hansısa formada söz və ifadə azadlığı kontekstindəki manipulyasiyalara yol aça bilir. Ancaq biz məsələnin prinsipial tərəflərinə diqqət yetirməliyik. Təbii ki, yanaşmadan asılı olaraq istənilən qanunu mütərəqqi və mürtəce qiymətləndirmək mümkündür. Qanunun icrasına yanaşma da önəmlidir. Hesab edirəm ki, niyyət və məram düzgündürsə, problemlər olmayacaq, qanunun aliliyi təmin olunacaq. Təbii ki, ümumən bu sahədə müəyyən dəqiqləşdirmələrin də aparılmasına ehtiyac var. Məsələn, materialın yayımlanması hansı hallarda və vəziyyətlərdə kütləvi nümayiş sayılır? Deyək ki, bir nəfərin sosial şəbəkədəki profilində cəmi 5 nəfər var. Əlbəttə, onun yaydıqlarının kütləvilik əmsalı azdır. Yaxud hansısa internet saytın gündəlik IP sayı aşağıdırsa, buna kütləvilik demək olarmı? Hesab edirəm ki, bu sayaq məsələlərin ayrıca sənədlərdə dəqiqləşdirilməsinə ehtiyac var və bu ehtiyac zaman keçdikcə özünü daha çox göstərəcək. Başqa bir məsələ təhqir və böhtan yayan saxta sosial şəbəkə profillərinin və saytların əsasən xarici ölkələrdə qeydiyyatdan keçməsi və oradan idarə olunması ilə bağlıdır. Belə hallarla necə mübarizə aparılacaq? Hesab edirəm ki, bu kimi məsələlərə də diqqət yetirilməlidir» - deyə, Ə.Amaşov fikrinə aydınlıq gətirib.
Xəbər 1908 dəfə oxunub






Oxşar xəbərlər

"Drakon" və direktor RAZBORKASI ilə bağlı YENİ XƏBƏR - VİDEO
Azərbaycan Prezidenti Livanın dövlət başçısını təbrik edib
Türkiyədə fırtına dənizin "altını üstünə çevirdi"
Abel Məhərrəmov danışdı: "Şərəflə, ləyaqətlə..."
Dəhşətli zəlzələlər GƏLİR – QORXUNC XƏBƏRDARLIQ
Prezident Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
Professor Şah İsmayıla "hücum" çəkdi - Eldar Sabiroğlu cavab yazdı
“ARTIQ DÜNYA NİZAMI YOXDUR” - Üç tektonik plitənin toqquşması
Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı
Kamaləddin Heydərov: "Partlayış zamanı 3 nəfər ölüb, 1-i ağır yaralıdır"
Vensuela da ABŞ-ın "qara siyahısı"na düşdü
Fövqəlnazir də Gəncəyə gəldi
“Instagram”da məktəbli qızları fahişəliyə cəlb edən Cəlal həbs edildi
Rəsul Quliyev yenə “qayıdır”
Gəncədə partlayan binadan 1 nəfər hərbçi sağ çıxarılıb
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
Gələn il pambıq əkini sahəsi azaldılacaq
Gəncədə yaşayış binasında partlayış - ölən və yaralananlar var - FOTOLAR
Kənan MM-in xanımı Azərbaycandan getdi – FOTO
Rəşad Məcid sədr müavini təyin olundu
Bugünün hava proqnozu – XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
ƏRDOĞAN VƏ PUTİN GÖRÜŞDÜ
Yağış İspaniyanı iflic edib
Azərbaycan Belarusdan yenə hərbi texnika alacaq
Azərbaycan və Belarus Türkiyədə birgə zavod açacaq
Tərtərdə 34 yaşlı kişinin yaşadığı evdə meyiti tapılıb
Azərbaycan və Belarus prezidentləri görüşüb
"ABEL MENDOZA" Abellik deyilmiş, bəs o NƏYİN güdazına getdi? - FƏRQLİ FİKİRLƏR
Gəncədən Bakıya gələn gəlin yoxa çıxdı
Əli Kərimli sərbəst buraxıldı - 2500 manat cərimələndi
Amaliya Pənahovanın yerinə qızı gətirildi
Ziya Məmmədovun adı keçən müəmmalı ÖLÜMLƏR
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
"İki ton çaxır diplomatik yük ola bilməz" - Keçmiş nazir
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
İlham Əliyev Belarusda - FOTOLAR
Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO
Fransada qalmaqallı vergilər ləğv olunmayacaq
“Batka”dan Bakıya mükəmməl jest - İrəvan niyə xofdadır?
QOROSKOP - 19 noyabr
Xəzər TV-nin Abel Məhərrəmov haqda efirə getməyən süjeti - VİDEO
Əli Kərimlinin məhkəməsinin vaxtı dəyişdi - SABAHA
39 yaşlı kişini borca görə bıçaqladılar
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?
Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib
Qaşıqçının qatili kimdir? - ABŞ açıqlayacaq
QAÇQINKOMDA YOXLAMA - Əli Həsənov 2 milyard manat mənimsəyib
Prezidentin köməkçisi müxaliflərin saxlanmasına münasibət bildirdi
Kosovo - Azərbaycan qarşılaşması final olacaq"
Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
AXCP sədri və üzvləri barədə toplanmış materiallar məhkəməyə göndəriləcək
DÜNYAYA TƏHLÜKƏ! ABŞ və Rusiyanın “kimyəvi hücum” mübahisəsi dərinləşir
Fazil Məmmədov Gəncə Beynəlxalq Hospitalına yatırılıb - Reabilitasiya
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Qırğızıstanda vilayət prokuroru öldürüldü
Deputat: "Niyə vəzifədə olana yaltaqlanırıq, gedənə isə “balta çalırıq?
Azərbaycan yığması Farer adalarını məğlub edib
"305 erməni millətçisi barəsində cinayət işi açılıb "
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq
Afinada qarşıdırma: 22 nəfər saxlanılıb
Benzin qalxdı: Aksiya başladı - 52 nəfər saxlandı, 106 yaralı var
Suriya ordusu İŞİD-in son istehkamını ələ keçirdi
Cəmil Həsənli polisdən buraxılıb, Əli Kərimli isə məhkəməyə aparılıb
İnqilabi yeniliklər: pensiya 35%, gəlir 48% artır
Əli Kərimli və Cəmil Həsənli saxlanıldı - Cəmil Həsənlinin halı pisləşdi- YENİLƏNİB
Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
Oqtay Əsədov Türkiyəyə səfər edəcək

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15522] initstartout [0.00017] initstartin [0.00089] calstart [0.01088] calend [0.00059] topnewsend [0.00571] rsssend [0.00000] ehgend [0.00853] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12770]