Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:45 - 14.08.2018  
Sərdar Cəlaloğlu cənnətdəki qadınların cinsiyyət orqanını "gizlədir" - dini şərh
Tarix: 3-11-2016, 18:55 | Bölmə: Xəbərlər » Müsahibə

Quran hafizi siyasətçinin müsahibəsini "sayıqlama" adlandırdı.

Sərdar Cəlaloğlu cənnətdəki qadınların cinsiyyət orqanını "gizlədir"

Ötən il" Modern.az"a "Siyasətçi və din" rubrikasının müsahibi, ADP sədri Sərdar Cəlaloğlu maraqlı dini fikirlər səsləndirib. Siyasətçi bildirib ki, özfəaliyyəti son zamanlar yeni bir elm yaratmağa gətirib çıxardıb. Belə ki, cənab Cəlaloğlu yeni bir elm - kondisologiya elmi yaradıb. Bu elm sahəsi mütləq həqiqətin dərk edilməsi üsulları və metodlarından bəhs edir...

Bildirək ki, bir neçə gün öncə "Quranda cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur" başlıqlı maraqlı müsahibə Demokratik.Az-da da yayımlanıb. Bununla da saytımızın bir mömin oxucusunun, bir Quran hafizinin çox sərt təpkisi ilə qarşılanıb.

Demokratik.Az vasitəsilə Sərdar Cəlaloğluna ünvanlanan maraqlı cavab məktubunu diqqətinizə çatdırırıq:

"Əuzubilləhi minəs-şeytanir racim,

Bismilləhir rəhmanir rahim...

Həmd yalnız aləmlərin rəbbi olan allaha məxsusdur. Ona həmd edər, ondan yardım istər və ondan bağışlanma diləyərik. Nəfsimizin şərrindən və pis əməllərimizdən ona sığınırıq. Allah kimi hidayət edərsə onu heç kim yolundan azdıra bilməz, kimi də azdırsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və mən yenə şahidlik edirəm ki, Məhəmməd (S.A) Allahın qulu və Rəsuludur. Ey inam edənlər. Allahdan qorxun və yalnız müsəlman olaraq ölün. (Ali-İmran-102)

Bir daha salam olsun haqq üzərə olanlara...

Bu günlərdə Demokratik.Az saytında ADP sədri Sərdar Cəlaloğlunun Modern.Az-a müsahibəsini oxudum. Hesab edirəm ki, cənab Sərdar Cəlaloğlu həmin müsahibədə önə sürdüyü dini fikirləri Allahın "Quran" ına və yaradanın müsəlmanlara verdiyi vədinə ziddir. Bu səbəbdən həmin müsahibədəki bəzi məqamlara aydınlıq gətirməyi vacibat hesab edirəm. Kondisologiya adında yeni bir elm kəşf etdiyini deyən Cəlaloğlunun nəzərinə çatdırıram ki, Quranda müttəqilər (möminlər, cənnət əhli) üçün Ulu Tanrının vəd etdiyi cənnət nemətləri haqqında aşağıdakı fikirləri irəli sürmək elmə və dinin əslinə dəxli olmayan "sayıqlamalar"dır. Bəri başdan bildirirəm ki, "Sərdar Cəlaloğlunun sayıqlamaları" na (müsahibəyə-red) münasibətdə onun özünə və ailəsinə aid məqamlara toxunmayacağam.

Beləliklə, Sərdar bəy müsahibəsində qeyd edir ki:"cənnətdə vəd olunan hurilərin döşlərini Allah nara bənzətməklə, insanlara başa salır ki, narla döşün bir-birindən fərqli əlamətlərini atdıqdan sonra hər ikisi üçün eyni əlamətlərə malik bir varlıq yaradacaq. Amma bu qadın olmayacaq".

Allah(S) Quranda müttəqilərə vəd edilən cənnət nemətləri haqqında aşağıdakı surə və ayələrdə geniş məlumat verib, axı! Buna isə Sərdar bəyin fəlsəfə sandığı elmi ilə aydınlıq gətirməyə ehtiyac yoxdur. (İstinad-Vaqiyə 22, Rəhman 56, Duxan 54) İslam dini sizin kəşf "etdiyiniz"elm kimi çətin və ya məntiqsiz deyil.

Allah buyurur: "Həqiqətən biz Quranı ərəb dilində nazil etdik ki, başa düşə biləsiniz". (Yusif 2)

Həqiqətdə ərəb dili özlüyündə o dərəcədə zənginlik təşkil edir ki, müxtəlif dillərə tərcümədə fikir tatamilə çatdırıla bilir. Təbii ki, ərəb dilinin zənginliyi allahın Qurana olan lütfüdür. Ərəb dili ən geniş, ən mənalı, həm də ən aydın dildir. Beləcə, Qurani-Kərim hər kəsin anlaya biləcəyi dildə-ərəbcə nazil olub. Qayıdaq Sərdar bəyin Nəbə (xəbər) sürəsinin 33-cü ayəsində deyilən cənnət neməti olacaq hurilər haqqında düşündüklərinə...Sərdar bəy! Ayədə "və kəvəibə ətrabə" ifadəsində yer alan "ətrabə" kəlməsinin məğzi nar deyil axı. Bunu bəzi tərcüməçi və təfsirçilər səhvən nara bənzədiblər. Bu baxımdan diqqətsiz davranmısınız və Allahın kəlamının mənasını təkrarən təhrif edərək "elm" yaratmısınız.

Sərdar bəy, deyirsiniz ki, cənnətdə vəd olunan "hurilərin (həmin qadının) cinsiyyət orqanı olmayacaq". Bu "sayıqlamanıza" da ayə və səhih hədislərlə cavab verim. Allah buyurur; - Hələ biz onları iri gözlü hurilərlə evləndirəcəyik. (Duxan 35)

Ayətdə keçən "Kəzəlikə zəvvəcnəhum bi huri in" evləndirəcəyik mənasındadır ki, burada söhbət cinsi əlaqədən, ər-arvad münasibətlərindən gedir. Yəni məlumdur ki, evlilik kişi və qadın arasındakı digər izdivaclarla yanaşı, xüsusən cinsi əlaqəni nəzərdə tutur. Beləliklə, cinsi məlum olmadan Allah müsəlmanlara evlilik vəd etməyib.

Allah buyurur: - Orada (cənnətdə) gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir ins və cins (insan və cin) toxunmamış qızlar vardır. (Rəhman56)  

Bu ayətdən də aydın olur ki, burada da ər-arvad münasibətlərindən danışılıb. Bakirə hurilərdən bəhs olunursa, burada söhbət cinsiyyət orqanından gedir. Bakirəliyin pozulması cinsi münasibətin anlayışındadır. Yəni cənnətdəki qadında bakirəlikdən söhbət gedirsə, aydındır ki, söhbət qadının hansı orqanından gedir.

Cənnətdə vəd edilən hurilərlə yanaşı, müsəlman kişinin öz müsəlman xanımıyla cənnətdə də bərabər olacağı xəbər verilir. Müsəlman zövcənin cənnət hurilərindən də gözəl olacağı haqda dəlillər var. Məsələ isə onların cinsiyyət orqanlarından getdiyi üçün aşağıdakı hədislərə nəzər salaq. İbni-Kəsirin təsvirində Əl Suyiti tərəfindən istinad olunaraq verilən səhih hədisdə deyilir; - Daim bakirə olan bu qızların şəhvət oyadan cinsi orqanları olacaq, cənnətlə mükafatlandırılan kişilərin orqanları isə yumşalmayacaqdır, bərk və dik qalacaqdır. (Mənbə, Əl Suyiti, Əl İtqan Fi Ulmal Quran p351)

Başqa bir hədisdə Əbu Umamə rəvayət olunur: - Allah rəsulu buyurdu ki Allahın cənnətə qəbul etdiyi kişilər 72 qadınla evləndiriləcəklər. Bunlardan ikisi hurilər, qalanları isə cəhənnəmdəki müşrik və kafirlərin müsəlman olan dul qalmış qadınları olacaqdır. Qadınların hamısı şəhvət dolu cinsi orqana malik olacaqdır. (mənbə-İbn Macə Zühd 39)

Allah rəsulundan birisi soruşdu: - Ey Allahın rəsulu, cənnətdəkilər cinsi əlaqəyə girəcəklər? Allah rəsulu cavab verib ki, onlara 7 kişinin gücü veriləcək. (mənbə Müslüm Qəzzali)

Sərdar bəy! Yuxarıdakı hədis və ayələrdən yəqin anladınız ki, "qadınların cinsiyyət orqanı olmayacaq" fikriniz yalnışdır?

"İman gətirən və yaxşı əməl görən kimsələrə müjdə var. Onlar üçün altından çaylar axan cənnətlər (bağlar) vardır... Orada (hər cəhətdən) pak zövcələr də var. Onlar orada əbədi qalacaqlar. (Bəqərə 25) Sərdar bəy, sizə son olaraq deməliyəm ki, əgər sizi həqiqətən də cənnət nemətləri maraqlandırırsa, öncə imanınızda qüsur etməyin. Yaxşı olardı ki, Allahın müşrik və kafirlər üçün hazırladığı cəhənnəm "nemətləri" barədə də maraqlanasınız. Məncə Allahdan layiqincə qorxun, yalnız müsəlman olaraq ölün. Bunun üçün Allahın müjdə və vədlərinə inanın.

Allahım! Sən pak və müqədəssən. Sənə həmd olsun! Səndən başqa ibadətə haqq məbud yoxdur. (Sərdar Cəlaloğluna bu cavabımda qüsurum, səhvim varsa - red) Səndən bağışlanma diləyir, sənə tövbə edirəm."

 

Bəxtiyar Sadayoğlu - Hafizi-Quran

Demokratik.Az Sərdar Cəlaloğlunun da fikirlərinə yer ayırdığını bəyan edir...

 

Xəbər 4066 dəfə oxunub






Oxşar xəbərlər

Putin Almaniyaya gedir
FHN generalının otellər şəbəkəsi üzə çıxdı – FOTOLAR
Bakıda avtobusda biabırçılıq – Söyüş və...(VİDEO)
İlqar Məmmədov: "Tam gözləntim yox idi" - VİDEO
Nigar Camalın sinəsi çöldə qaldı - VİDEO
"Qarabağ TV"-də şəhidlər danışır: - "Qisasımızı alın qanımız yerdə qalmasın!" (VİDEO)
"Çukur"un “Vartolu”su məşhur aktrisa ilə evləndi - Fotolar
Fədayə danışdı: "Gecələr yata bilmirdim"
“Nar” müştəri loyallığı indeksinə görə liderdir
"Zəhləm gedir öz doğum günümdən..."
Ərəblərin zorladığı deputat özünü öldürdü - VİDEO
Peskov: "Ərdoğan Putindən kömək istəməyib"
Oğru qrupun daha bir üzvü saxlanıldı – Bakıda
Mingəçevirdə zəhərlənmə olub - Nişanda
İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
Faciə - Toy günü gəlin öldü, bəy isə...
YAP-çı deputat atmaca atdı: “Allah İlqar Məmmədova ağıl versin!”
30 min dollarlıq üzüyü zibillikdən dörd dəqiqəyə tapdılar
Rusiyada azərbaycanlı quldur həbs olundu
İlqar Məmmədov azadlığa buraxıldı - FOTO
47 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı
İsmayıllıda inəklərin süd vəziləri niyə qopurmuş - analizlərin cavabı
Bakıda evdən 1800 manat pul oğurlanıb
Putin Bosniyada ikinci Mərkəzi Afrika Respublikası yaradır
Qənirə Paşayeva Macarıstanda Qarabağdan danışdı
Messi ən titullu futbolçu oldu
Səhiyyə Nazirliyi qışa hazırlaşır - Tapşırıqlar verildi
“VİKTORİYA-313” MTK-nın dələduzluğundan prezidentə ŞİKAYƏT
Netanyahu: "İsrail terrora qarşı kampaniyanı davam etdirəcək"
Bugün andiçmədir - Əsgərlərə
“Men dakka dukka” - Ərdoğan ABŞ-a ərəbcə səsləndi
“Türkiyə dollarla ticarətdən imtina edir” – Ərdoğan
Azərbaycanda 5 rəis işdən çıxarılıb
Kreml Ağ Evin “sanksiya yumruqları”na cavab zərbəsi hazırlayır
Bürcünüz – 12 avqust
"Qarabağ-TV"-də "Erməni işgəncə növləri" - VIDEOÇARX
İranda atışma: 11 terrorçu öldürüldü
"GƏNCƏ HADİSƏLƏRİ"nin daha bir iştirakçısı öldürülüb
“AZƏRENERJİ”DƏ YOXLAMA DAVAM EDİR – Ay yarımlıq təhqiqat nələri aşkarlayıb?
Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."
Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI
"QARABAĞSIZ YETİM QALMIŞIQ" - Ağdamlı alimin vətən həsrəti (MÜSAHİBƏ)
Azərbaycan sərhəddində dollar əməliyyatı
Nağılbazın məzarına əklil gəldi - ".. tezliklə mən də gələcəyəm"
Bu qidaları əsla yeməyin: 25 ən təhlükəli ərzaq - Siyahı
Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq
Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi
Bakıda atışma: Ölən və yaralanan var - VİDEO
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir
ABŞ-ın sanksiyaları Ermənistana fəlakət vəd edir
Azərbaycan və Tacikistan prezidentləri görüşüb
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO
Astara çay fabrikində CƏBHƏXANA aşkarlanıb
“QIŞQIRMAĞA BAŞLADI Kİ, AY ALLAH ÖLDÜM…” – Bəxtiyar Hacıyev polisə aparılıb (VİDEO)
Ramil Quliyev Avropa çempionatının finalında
Serj Sarkisyan 3 gündür Azərbaycandadır
ABŞ-da türk polis başından vuruldu
Bakıda ağac kəsən şəxs cərimələndi
Adnan Oktarın şantaj etdirdiyi siyasətçilər - ADLAR
Adnan Oktarın "Kediciklər"i həbsxanada bəzəndilər
Ermənistanda tuthatut - Sabiq baş nazirin qardaşı saxlanıldı
“Lotu Quli”nin adamları Ukraynada güllələndi
BÜRCÜNÜZ NƏ DEYİR - 9 AVQUST
Beyləqanda məmur iş otağında BIÇAQLANDI
Prezident 47 milyon manat ayırdı: Yeni avtobuslar gəlir
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
Göyçə gölü fəlakət zonasına çevrilir - erməni hikkəsi
Əhmədzadənin ƏRKÖYÜNÜ prokurora küfr edir - "başçının başına kül" deyir - Göygöldə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10780] initstartout [0.00016] initstartin [0.00063] calstart [0.00765] calend [0.00041] topnewsend [0.00289] rsssend [0.00000] ehgend [0.00553] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09005]