Tikintiyə 45 milyard manat, təhsilə 11,8 milyard manat…

  • 01 noy 2016, 17:38
Axır 10 ildə tikintiyə 45 milyard manata qədər dövlət vəsaiti xərclənib. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu belə hesablama təqdim edib.

Ekspert yazır ki, 10 ildə tikintiyə yönələn vəsait təhsilə, səhiyyəyə, idarəetmə aparatının saxlanmasına, elmə, sosial müdafiə və təminata birlikdə gedən dövlət vəsaitindən 7 milyard manat çox olub: "2006-2015-ci ildə dövlət büdcəsindən tikintiyə 44,6 milyard manat, təhsilə 11,8 milyard manat, sosial müdafiəyə və təminata birlikdə 11,1 milyard manat, dövlət idarəetmə aparatının saxlanmasına 10,1 milyard manat, səhiyyəyə 4,7 milyard manat ayrılıb.

Dövlət büdcəsindən hər il orta hesabla tikintiyə 4,5 milyard manat, təhsilə 1,2 milyard manat, idarəetmə aparatının saxlanmasına 1 milyard manat, səhiyyəyə isə 500 milyon manata qədər vəsait xərclənib.

Göründüyü kimi, 10 ildə şişirdilmiş, davamlı əlavə dəyər yaratmayan, əsasən qeyri-kommersiya təyinatlı layihələrlə talan olunan neft gəlirlərindən ən çox bəhrələnən tikinti sektoru olub, hazırda daha çox tənəzzülə məruz qalan da inşaat bölməsidir.

10 ildə Dövlət Neft Fonduna karbohidrogen resurslarının satışından birbaşa 125 milyard manat vəsait daxil olub. Bu pulun 67,2 milyard manatı dövlət büdcəsinə transfert vasitəsilə, 23 milyardı isə birbaşa fondun özündən müxtəlif layihələrə xərclənib”.
Oxşar xəbərlər