Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:38 - 20.09.2018  
Mübariz Qurbanlı: “Dini radikalizmi yaradan səbəbləri aradan qaldıracağıq”
Tarix: 16-09-2014, 23:37 | Bölmə: Xəbərlər » Müsahibə

Mübariz Qurbanlı: “Dini radikalizmi yaradan səbəbləri aradan qaldıracağıq”Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Turan agentliyinə müsahibəsi:

- Dünyada dini radikalizm ilə dini liberalizm arasında ciddi qarşıdurma gedir. Bu fonda Azərbaycanın dini siyasətində hansı dəyişiklikləri gözləmək olar?

- Dinlərin tarixinə nəzər salsaq müxtəlif zamanlarda dini radikalizmin baş qaldırdığını görə bilərik. Bəzən qərb mətbuatında radikalizmdən danışanda yalnız islam dinini nəzərdə tutmaq istəyirlər. Amma hesab edirəm ki, bu, doğru deyil.

Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır. Biz tarixən ənənəvi islam dövlətiyik və ölkəmizin özünəməxsus milli adət-ənənələri var. Bu adət-ənənələrimiz də islam dini ilə bağlıdır. Əhalinin 96 faizi islama sitayiş edir.

Ölkəmizdə islam dininin mövcud olduğu dövrdən tarixin istənilən mərhələsinə nəzər salsaq Azərbaycanda dini baxımdan qarşıdurma, toqquşma baş verməyib. Lakin Azərbaycanda da müxtəlif qeyri-islami dini cərəyanları, o cümlədən xristian dininin özünün inkar etdiyi radikal xarakterli cərəyanları yaymaq istəyənlər var. Bu cür cəhdlər var.

Dini radikalizmə qarşı mübarizənin ən başlıca yolu maarifləndirmədir. Eyni zamanda burada hüququn, qanunun bizə verdiyi üstünlüklərdən istifadə etməliyik. Maarifləndirmə aparılacaq, qanunçuluğa riayət ediləcək, həmçinin dini radikalizmi yaradan səbəbləri arayıb taparaq aradan qaldıracağıq.

- Dini radikalizmə qarşı mübarizədə xristian və islam liberalizmi birləşib və eyni cəbhədə döyüşür. Azərbaycan hərbçiləri koalisiyanın tərkibində dini radikallara qarşı cəbhədədir. Digər tərəfdən, az da olsa Azərbaycanın dini radikalları qarşı tərəfdə döyüşür. Münasibətiniz?

- BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində biz bütövlükdə radikalizmə, terrorizmə qarşı birliyi görməkdəyik. Bunun başlıca səbəbləri ondan ibarətdir ki, dini radikalizm sözün əsl mənasında terrorizmin ideya mənbələrindən birinə çevrilməkdədir. İstər xristian, istər islam, istərsə də buddist radikalistlər olsun, fərqi yoxdur. Bunlar terrorizmin mənbəyinə, ideoloji mənbəyinə çevrilirlər. Ona görə də harada dini radikalizm baş qaldırırsa, istər-istəməz həmin radikalizmin aradan qaldırılmasında beynəlxalq səviyyədə birliyin olması vacib şərtlərdən birinə çevrilir. Əlbəttə, dini radikalizmin elementlərini biz Yaxın Şərqdə daha aydın şəkildə görməkdəyik, xüsusilə özünü islam xilafəti, islam dövləti adlandıran terrorçu qruplaşmaların bu ad altında öz məqsədlərinə çatmaq üçün silahlı dəstələrdən istifadə etdiyini görməkdəyik. Bu, çox pis bir nümunədir. Eyni zamanda biz dini radikalizmi terror qrupları şəklində xristian ölkələrində görməkdəyik. Təbii ki, bunlar da qarşısı alınmalı olan məsələlərdir.

O ki qaldı, Azərbaycandan radikal dartışmalarda iştirak etmək məsələsinə, bəli, Azərbaycanda da bəzi radikal qruplar, qeyri-ənənəvi islam qruplarının nümayəndələri təşviqat yolu ilə bəzi gəncləri öz təsir dairəsinə salaraq onları bu cür hərbi əməliyyatlara sövq edə biliblər. Bunun qarşısını almaq üçün də ölkəmizdə həm hüquqi, həm dini maarifləndirmə ilə, həm də hüquq-mühafizə orqanlarının yolu ilə işlər görülür. Bunların qarşısı alınır və alınacaq.

- Dini radikal cərəyanların liderləri islam dövlətinin yayılma coğrafiyasının Qafqaz və Orta Asiya regionuna doğru genişlənəcəyini bəyan ediblər. Bu baxımdan radikal islam toxumlarının Azərbaycanda cücərməməsi üçün nə etmək lazımdır?

- Onların bunu etməyə nə maddi imkanları, nə də fiziki gücləri var. Eyni zamanda onların təşviq etdikləri "ideologiya” da xalqlar tərəfindən qəbul edilmir. Buraya toplaşanlar əslində bir tərəfdən terrorla məşğul olanlardır, digər tərəfdən müəyyən təsir altına düşən insanlardır. Eyni zamanda macəraçı insanlar da bu aradadır. Bu tərəfdarlar ki, toplaşaraq əlinə silah götürüb müəyyən ərazilərə hücumlar təşkil edirlər, onların hücumlarının qarşısı alınacaq. Bu baxımdan onların Qafqaza gəlib çıxması sıfıra bərabərdir. Bunun qarşısını almaq üçün biz lazımi tədbirlər görürük, görəcəyik. Biz Azərbaycanda ənənəvi klassik şəkildə formalaşmış islamı dəyərlərdən kənar hansısa qeyri-islami xətlərin, cərəyanların, qrupların ayaq açmasına imkan verməyəcəyik. Biz əsas müqəddəs kitabımız "Qurani-Kərim” və ondan irəli gələn müddəaları əhaliyə daha geniş şəkildə çatdırmaqla həmin xırda qrupların, radikal dairələrin söylədikləri fikirlərin islama aid olmadığını onların diqqətinə çatdırmağa qadir olacağıq. Bununla da onun qarşısını alacağıq. Digər tərəfdən, biz hüquq-mühafizə orqanlarımızın vasitəsi ilə qanunun verdiyi üstünlüklərdən, imkanlardan istifadə edərək onların qarşını qətiyyətlə alacağıq.

- Azərbaycanda dini radikalizmin siyasi proseslərə təsir etməməsi üçün hansı qabaqlayıcı tədbirlər görülür? Artıq bu prosesin Yaxın Şərqdə dağıdıcı təcrübəsi var?

- Dinin siyasətə müdaxilə etməsi birinci dəfə deyil. Din vasitəsi ilə siyasətə müdaxilə edərək siyasi məqsədlərini reallaşdırmaq istəyənlər həmişə olub, bundan sonra da olacaq. Lakin Azərbaycanda din dövlətdən ayrıdır, biz dünyəvi dövlətik. Azərbaycanın dünyəvi dövlət olması dini təbliğat pərdəsi altında müəyyən siyasi məqsədlərə çatmağın qarşısını alır. Azərbaycan qanunları, konstitusiyası imkan yaradır ki, bunların qarşısını hüquqi yolla da alaq. Azərbaycanda dini radikal dairələrin siyasi proseslərə müdaxilə imkanları demək olar ki, çox məhduddur. Onların bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatına, ictimai-siyasi prosesə, fəaliyyətə təsirləri çox aşağı səviyyədədir.

- Azərbaycanda vaxtaşırı yas mərasimlərində israfçılığa qarşı mübarizə məsələsi qaldırılır. Amma indiyədək effektiv nəticələri olmayıb. Bu dəfə necə, nəticə olacaq?

- Yas və dəfn mərasimlərində qaydalar bizim düşüncəmizə görə belə olmalıdır: İnsanlar dəfn mərasimlərində süfrələrinə qoyacaq təamlar varsa, bu təamlar insanları doydurmaq üçün deyil. Həmin dəfn mərasimi orada iştirak edən insanların müəyyən zaman çərçivəsində rəhmətə gedən şəxs haqqında söhbətlər aparmaq üçün bir vasitə rolunu oynamalıdır. Söhbət dəfn mərasimlərində süfrələrə nəyinsə qoyulmasının dayandırılmasından getmir. Bunlar yalnız və yalnız müəyyən zaman çərçivəsində insanların özünün razılığı, hər kəndin, qəsəbənin, cəmiyyətin razılığı ilə baş tutan məsələdir. Əminəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti bu qaydaları dəyişmək istəyir.
Xəbər 2317 dəfə oxunub






Oxşar xəbərlər

GÖMRÜK İNSPEKTORU VƏZİFƏSİNDƏN QOVULDU - Rüşvətə görə
Azərbaycanda Neftçilər günüdür
İlyas İsmayılovun oğlu öldürülüb; qatil polis polkovnikidir!
Hindistanda “islam boşanması” qadağan olundu
Bəşər Əsəd də Putinə başsağlığı verib
DGK sədri Səfər Mehdiyev Latviya səfiri ilə görüşüb
Köçəryan Paşinyanı “tez alışıb yanan” meteoritə bənzətdi
40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.14892] initstartout [0.00018] initstartin [0.00093] calstart [0.01118] calend [0.00057] topnewsend [0.00433] rsssend [0.00000] ehgend [0.00668] tagsstart [0.00054] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12446]