Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:26 - 17.11.2019  
“Adam lap iyrənir” – Çingiz Abdullayev
Tarix: 11-09-2016, 10:38 | Bölmə: Xəbərlər » Müsahibə

“Adam lap iyrənir” – Çingiz AbdullayevTopaz Premyer Liqasının IV turunun "Neftçi”- "Qəbələ” matçı zamanı meydan sahiblərinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə bir çox məqamlara toxunulub.

 

- Nə varsa, biz rəsmi məlumat veririk, yazıblar ki, Müşahidə Şurasının bütün üzvlərini çıxarıblar. Halbuki elə şey yoxdu, çıxarda bilməzlər. Belə şayiələr nahaq yayılır. Biz istəyirik ki, yenidən baxaq görək klub necə işləyir. Baş məşqçimiz Vəli Qasımovun gecə ürəyi tutub, xəstəxanaya aparıblar. Bir jurnalist gedib xəstəxanaya guya görüb ki, Vəli Qasımov orda yoxdu. Adam lap iyrənir. Yalandan yazırlar. Gəlin mərc gələk ki, Vəli hazırda xəstəxanadadı. Əgər orda yoxdusa, mən sizə 1000 manat verməyə hazıram. Orda olsa, sən mənə 1 manat verib, hamının yanında üzr istəyəcəksən.

 

- Bu cür məlumatların yayılmasında, klubun da günahı var. Çünki klub rəsmi məlumat vermir...

- Axı nəyə görə uydururlar? Mən məgər sizdən nəyisə gizlədirəm. Nə vaxt zəng edirsiz, danışıram. Nə sualınız olsa, soruşun danışım. Özünə hörmət edən adam yalandan xəstəxanaya düşər? Bir az insafınız olsun. Bəhram Bağırzadə bu gün Vəli Qasımovun yanında palatada olub.

 

- Səhmdarlarla görüş nə vaxt olacaq?

- Səhmdarla görüş keçən ay olub. Danışmışıq, müzakirə aparmışıq ki, vəziyyəti necə düzəldək. Avqustun 27-də bizim 5 saatlıq iclasımız oldu. Biz istəyirik ki, bəzi islahatlar edək. Xaricə də müraciət etmişik ki, bəlkə, peşəkar gəlib bizə kömək etsin. Məgər biz "Neftçi”ni sevmirik? Biz də istəyirik ki, uğur qazanaq. Yalandan yazırlar ki, "Neftçi” həmişə uduzur. Axı bu, düzgün deyil. Keçən il komandanın qarşısında avrokuboklara qatılmaq və kubokun finalına çıxmaq məqsədi qoyulmuşdu. Biz kubokda "Qəbələ”ni keçib, finala adladıq. Bu, asan məsələ deyildi. Avrokuboklar uğrunda mübarizədə AZAL-ı qabaqladıq. "Neftçi” Avropada yeganə klubdu ki, 5 il ardıcıl finala çıxıb. Düzdü, finalda uduzduq, ancaq "Qarabağ” bizdən qat-qat güclü idi. Hazırda əvəzedici heyətimiz 1-ci yerdə gedir. Bunu niyə görmürsüz? Samir Əliyevi qoymadız işləməyə. Gəldi dedi ki, istefa verirəm, getdi. Əsgər Abdullayevi də işləməyə qoymadız. İndi də Vəli Qasımovu qoymursuz. Yeni məşqçini gətirsək, o da deyəcək ki, "mənə bir il imkan verin”. Axı bir oyuna görə məşqçini çıxarmaqla iş həll olunmur. Nəticələrə baxılacaq, bizim məqsədimiz var ki, "Neftçi” ən azı "üçlük”də olsun. Çətin olsa da, məqsədimiz budu. İstəyərik ki, çempion olaq, ancaq reallıq budu ki, "Qarabağ” hazırda çox güclüdü. Komandamız cavan uşaqlardan qurulub. Bu gün uşaqlarla çox ciddi danışmışıq. Demişik ki, biz sizdən yaxşı oyun tələb edirik. Görsünlər ki, vuruşursuz. Belə davam etsə, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik.

 

- Ruslan Qurbanovun "Neftçi”ylə bağlı son açıqlamasına münasibətiniz necədi?

- O, Müşahidə Şurasına, şəxsən mənə öz təşəkkürünü bildirib. Sadəcə, klubda konfliktləri olub. Hamısını açıqlamaq istəmirəm. Bizdə qanun var ki, kluba gələndə, icazə alıb əşyalarını götürməliydi.

 

- Dünənki görüşdə kiminsə istefaya göndəriləcəyilə bağlı qərar qəbul olundu?

- Bizim təsisçimiz gəldi, onunla bir neçə saat danışdıq. Qərara gəldik ki, klubda çox ciddi dəyişikliklər olsun. Bayramdan sonra qərarlar qəbul edəcəyik. Adamı da Qurban bayramından qabaq işdən çıxararlar? İnsafınız olsun (gülür). Bayramdan sonra yavaş-yavaş dəyişikliklər edəcəyik. Əgər heyətimiz zəifdisə, niyə Prosineçki 3 nəfəri milliyə götürüb, niyə Şikov Makedoniya millisinə çağırılıb. Axı niyə bütün dünya məşqçiləri bu futbolçuları bəyənirlər, bizbəyənmirik. Digər tərəfdən isə uduzuruqsa, biz də narazı qalırıq. Uduzan kimi hamnı istefaya göndərmək olmur axı. Biz həmişə mətbuata açığıq. Soruşun, dəqiq məlumat yazın. Tam məsuliyyətlə deyirəm ki, mən gələndən "Neftçi”də bir qəpik də ora-bura gedə bilməz. Ermənistanda, Gürcüstanda elə Azərbaycanın özündə də belə klub yoxdu. Yeganə klubuq ki, bizdə maliyyə məsələlərini müstəqil audit yoxlayır. Başımla cavabdehəm.

 

P.S. Müsahibə  "Neftçi-Qəbələ" qarşılaşmasından öncə alınıb.

Xəbər 2517 dəfə oxunub






Oxşar xəbərlər

17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31695] initstartout [0.00023] initstartin [0.00097] calstart [0.01144] calend [0.00053] topnewsend [0.00489] rsssend [0.00000] ehgend [0.01328] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28493]