“Bu iqtidar öz toyunda şuluq salan adam kimidir”

  • 03 sen 2016, 18:59
2014-cü ilin oktybarında Milli Şuranın Bakıda keçirdiyi aksiyada İŞİD bayrağının qaldırlması və bunun ardınca bir neçə nəfərin həbsi yəqin ki, çoxlarının yadındadır. Maraqlıdır, Milli Şuranın 11 sentyabr mitinqində yenidən İŞİD bayrağı və ya Fətullah Gülənin portreti qalxarsa, bu, müxalifətə yönəlik ümumi hücum və həbslərin reallaşmasına səbəb ola bilərmi? Mitinq təşkilatçıları təxribat təhlükəsindən özlərini necə sığortalayacaq?

Məsələ ilə bağlı açıqlama verən ehtiyatda olan ədliyyə generalı, Milli Şuranmın hüquq komissiyasının rəhbəri Vidadi Mirkamal hakimiyyət tərəfindən hər hansı təxribatın həyata keçiriləcəyini istisna etmədiyini vurğuladı:

"Bu hakimiyyət hər yerdə hər zaman müxalifət haqqında nə gəldi deyir. Mitinqdə hər hansı bir təxribatın baş verməsinə gəlincə, müxalifət özünə arxayındır. Müxalifət bilir ki, ora gələn insanlar başqa hərəkətə yol verməyəcəklər. Mitinqin keçiriləcəyi yer qapalı məkandır. Ora bir giriş var və həmin giriş də polislər tərəfindən tam nəzarətdə olur. Bu baxımdan xoşagəlməz təxribatın olmasını gözləmirik. Amma hakimiyyət tərəfindən hər hansı bir insanın plakat qaldırması, geyimini dəyişib gəlməsi, hər hansı bri yolla aranı qatması gözləniləndir. Bu cür olaylar əvəllər olub və bunun da qarşısı insanlar tərəfindən alınıb. 
Hər bir normal dövlət, hər bir normal hökumət çalışır ki, onun ölkəsində insanlar təhlükəsiz yaşasın. Öz konstitusion hüquqlarından təhlükəsiz şəraitdə istifadə etsinlər. Azərbaycan hakimiyyəti isə öz toyunda şuluq salan adamı xatırladır. Bu baxımdan "sürpriz” hakimiyyət tərəfindən ola bilər. Lakin bu bizi qorxutmur. Hesab edirəm ki, mitinq elan edilən şüara uyğun olaraq yüksək mübarizə əhval-ruhiyyəsində keçiriləcək və insanlar tərəfindən dəstəklənəcək”.

Seymur Əliyev 
Oxşar xəbərlər